Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Devid Cuntoli
Devid Cintoli (ing. David Giuntoli, 18 iyun 1980, Miluoki, Viskonsin) — Amerikalı aktyordur. NBC-nin fövqəltəbii dram serialı olan Qrimm-də detektiv Nik Burkart obrazını canlandırıb. Bundan başqa o 13 Saat: Benqazinin gizli əsgərləri (2016) və Buddyun (2016) kimi filmlərdə də çəkilib. Hal-hazırda Bir milyon kiçik şey televiziya serialında Eddi Saville obrazını canlandırır. Cintoli Viskonsin ştatının Milwaukee şəhərində Meri və Devid Cintolinin ailəsində anadan olub. Atası italyan, anası isə polyak və alman əsillidir. O Missuri ştatının Sent-Luis şəhərinin ətrafındakı Huntleydə böyüyüb. Gən oğlanlıq vaxtlarında çox atletik olmadığını etiraf edən Giuntoli "Orta məktəbdə oxuyanda boyum indikindən 90 sm qısa idi" deyib. Sözlərinə başının eyni ölçüdə qaldığını əlavə edib.
Vitold Qombroviç
Vitold Qombroviç(pol. Witold Gombrowicz; 4 avqust 1904, Opatuv ətrafında Maloşitsa kəndi, Polşa — 24 iyul 1969, Vans, Fransa) — Polşa yazıçısı. Witold Gombrowicz elə bir yazıçıdır ki, xaricdə onun əsərlərini şedevr sayırlar, amma vətəni Polşada hələ də düz-əməlli tanınmır. Əlbəttə həm də ona görə ki, ömrünün böyük hissəsini xaricdə yaşayıb. Bir müddət Polşada əsərlərinin çapına qadağa qoyulub, bir müddət isə bunu özü istəməyib. Onun əsərləri əsasında Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə tamaşalar hazırlanıb, kitabları 30-dan çox dilə çevrilib. Bəs niyə Polşa kimi demokratik ölkədə onun yaradıcılığına maraq böyük deyil? Gombrowicz öz azadlığını, müstəqilliyini heç bir xalqın, cəmiyyətin, sosial qrupun maraqlarına qurban verməyən bir yazıçıdır. Onun əsərlərində polyakların öz ənənələri, tarixlərinə hədsiz bağlanmaları, Polşa mədəniyyəti, Polşa cəmiyyətinin müxtəlif təbəqələri sərt tənqidə, sarkazma məruz qalır. "Qanun" nəşriyyatının Azərbaycan dilində çap etdiyi "Ferdidurka" romanı da Gombrowicz-in belə amansız əsərlərindəndir.
Vitold Rostropoviç
Vitold Rostropoviç (rus. Витольд Ростропович; 22 aprel 1856, Varşava quberniyası, Rusiya imperiyası — 25 sentyabr 1913, Voronej, Rusiya imperiyası) — pianoçu, pedaqoq, bəstəkar, naşir və fortepiano üçün pedaqoji pyeslər toplusunun tərtibçisi. Violonçelist Leopold Rostropoviçin atası, violonçelist Mstislav Rostropoviçin babası. Vitold 1870-ci ildə Leypsiqə köçür və orada mühəndis işini öyrənir. Eyni zamanda konservatoriyanın professorları Reyneke və Yadassonun rəhbərliyi altında musiqi təhsili alır. Musiqiyə olan hədsiz məhəbbət onu təmamilə özünə cəlb edir və artıq 1870-ci illərin axırlarında Vitold Rostropoviç Voronejda müəllim kimi fəaliyyət göstərməyə başlayır. 1880-ci ilin sentyabr ayında Voronej oğlanlar gimnaziyasında fortepiano üzrə müəllim işləyir. 16 il gimnaziyada müəllimlik fəaliyyət göstərən Rostropoviçin rəhbərliyi altında çoxlu gənc istedadlar təhsil almışlar. 1880-ci illərin əvvəllərində Voronejda musiqi həyatının canlandığı bir zamanda musiqiçilərin qastrol səfərləri, gecə konsertləri, şəxsi məktəblərin açılması bütün qüvvə və həvəslə işləyən yerli insanlardan güc tələb edirdi. Belə ki, 1883-cü ildə "Rus musiqi cəmiyyəti" şöbəsinin Voronejda yaradılmasında zəhməti olanlar sırasında xüsusilə pianoçu Vitold Rostropoviçin də böyük rolu olmuşdur.
Vitold Zqlenitski
Vitold Zqlenitski (pol. Witold Zglenicki; 6 yanvar 1850 – 3 iyul 1904, Bakı) — Azərbaycanda fəaliyyət göstərmiş polyak alim, geoloq və xeyriyyəçi. İlk dəfə o, Xəzər dənizinin dibindən neftin çıxarılması təklifini verib. Göstərdiyi fəaliyyətə görə Çar Rusiyası tərəfindən kollej asessoru rütbəsi alıb və Qacar şahı Müzəffərəddin şah Qacar tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif olunub. Ölümündən sonra bütün sərvətini elm və xeyriyyə fondlarına vəsiyyət edib. Xeyriyyəçilik fəaliyyətinə görə "Polşalı Nobel" adını alıb. 1850-ci ildə Polşanın Mazoviya vilayətində Varqava Stara kəndində anadan olub. 1859-1866-cı illərdə Plotsk Qubernator Gimnaziyasında təhsil alıb. 1866-cı ildə Varşava İqtisadiyyat Məktəbinə daxil olub. 1870-ci ildə Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsini, 1875-ci ildə isə Peterburq Dağ-Mədən İnstitutunu birinciliklə bitirib.
Voyçex Vitold Yaruzelski
Voyçex Vitold Yaruzelski (pol. Wojciech Witold Jaruzelski; 6 iyul 1923[…], Kurov, Lyublin voyevodluğu[d] – 25 may 2014[…], Varşava) — Polşa dövlət və hərbi xadimi, keçmiş kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı. Polşa Xalq Respublikasının Milli müdafiə naziri (1969–1985) və baş nazir (1981–1985), Polşa Birləşmiş Fəhlə Partiyasının birinci katibi (1981–1989), Dövlət Şurasının sədri (1985–1989) və 1989–1990-cı illərdə Polşa Xalq Respublikasının və kommunizmdən sonrakı dövrdə Polşa Respublikasının ilk prezidenti olmuşdur. Voyçex Yaruzelski 1923-cü il iyulun 6-da kəndli ailəsində doğulub. Voyçex Yaruzelski Polşa Hərbi Akademiyasını bitirib. 1960-cı illərdən Polşa Silahlı Qüvvələrində yüksək vəzifələr tutub. 1981-ci ildə Polşa Xalq Respublikasının baş naziri, sonra Polşa Kommunist Partiyasının birinci katibi, Dövlət Şurasının sədri olub. 1989–1990-cı illərdə Polşa prezidenti postunu tutub. Voyçex Yaruzelski 1981-ci ildə Lex Valensanın "Solidarnost" təşkilatı inqilaba qalxanda Polşada hərbi vəziyyət elan etməklə hakimiyyəti ələ alıb, 1990-cı ildə isə siyasətdən birdəfəlik çəkilib. Voyçex Yaruzelski 25 may 2014-cü ildə 91 yaşında Varşava Hərbi Tibb İnstitutunun hospitalında vəfat edib.
Ralf Uold Emerson
Ralf Uold Emerson (25 may 1803[…], Boston – 27 aprel 1882[…], Konkord[d], Massaçusets) – Amerika yazıçısı və filosofu, Transsendentalizm fəlsəfi hərəkatının banisi. Baxışları ziddiyyətli kimi qəbul edilir. Ona Platon və ya yeni platonçular – Göte, Karleyl, ingilis romantik şairləri U.Vordsvort və S.Kolric, həmçinin Şərq mistikləri təsir göstərmişdir düşünürlər. E-un T-inə görə "fəlsəfənin əbədi problemi" Ruh və Materiyanın münasibətlərindən ibarətdir. O bu problemi idealist kimi həll edir: "Təbiət ruhun rəmzidir". Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır. Qnoseologiyada isə Emerson İntuitivizmə yaxın olmuşdur; seyr, sonra isə intuisiya və vəcdəgəlmə şeylərin mahiyyətinə nüfuz etməyin ən yaxşı üsullarıdır. Dünyada hər yerdə gözəllik mövcuddur; harmoniya, kamillik və mənəvilik gözəlliyin əsas cəhətləridir. "Gözəlliyi yaratmaq sənətdir, incəsənətdir". Emersona görə tarixdə həlledici rol böyük adamlara xasdır (və ümmumiyyətlə "bütün dərin biliyə nüfuz etmək, fərdiyyətçiliyin nəsibidir"); onlar cəmiyyətin, şəxsiyyətin əxlaqi təkmilləşməsindən ibarət tərəqqisinə kömək edirlər.