over1
n 1. artıq; əlavə pul / ödəniş; 2. radio, qəbula keçmə
over2
adj 1. yuxarı; 2. daha yüksək rütbəli; 3. artıq; əlavə; 4. bitmiş, qurtarmış, keçmiş
over3
adv 1. Bir əşyanın üstündən aşıb keçmək mənasına işarə edir: to jump ~ üstündən hoppanmaq; 2. Üstündə yerləşməyə işarə edir: to hang ~ head baş üstündə asılı olmaq; 3. Əks istiqamətə / tərəfə keçməyə işarə edir: to sail / to swim ~ o biri tərəfə / sahilə / taya üzüb keçmək (çayı, gölü və s.); 4. Hər hansı bir tərəfdə olmağa işarə edir: ~ by the hill təpənin o tərəfində / arxasında; 5. Yenidən / Bir daha təkrara işarə edir: to do smth. ~ bir şeyi yenidən etmək; 6. İşin / Hərəkətin sona çatdırılmasına, həmçinin onun dəqiqliklə yerinə yetirilməsinə işarə edir: to think smth. ~ bir şey haqqında yaxşı-yaxşı / dəqiq fikirləşmək , bir şeyi götürqoy etmək; 7. Hərəkətin bitməsinə işarə edir: The lesson is over Dərs bitdi / qurtardı / sona çatdı: 8. Hərəkətin hər yerə yayılmasına işarə edir: He ached all over Onun hər yeri ağrıyırdı: 9. Hər hansı prosesin müəyyən vaxt ərzində uzun müddət davam etməsinə işarə edir: ~ until Sunday bazar gününə kimi / qədər; 10. Bir şeyin bir kəsdən digərinə ötürülməsinə işarə edir: to make a property ~ to smb. əmlakı bir kəsə vermək
over4
prep Azərbaycan dilinə çıxışlıq hal şəkilçisi (-dan, -dən) və yerlik hal şəkilçiləri (-da, -də), və -la, -lə şəkilçiləri vasitəsilə tərcümə olunur. Aşağıdakı mənaları ifadə edir: 1) Bir əşyanın üstündə olmağı və ya hərəkət etməyini bildirir; a flight ~ the sea dənizin üstündən uçuş; 2) bir əşyanın üstündə olma vəziyyətini bildirir; His hand was over his heart Onun əli ürəyinin üstündə idi; 3) bir şeyin üstündən keçmə mənasını bildirir: a new bridge ~ a river çay üstündən yeni körpü; 4) bir şeyin hər hansı yolla / vasitə ilə ötürülməsinə / göndərilməsinə / yola salınmasına işarə edir: ~ the telephone telefonla; 5) bir şeyin o tayında / arxasında olma mənasını bildirir: ~ the river çayın o tayında / tərəfində; 6) bir şeyin yaxınlığında olma mənasını bildirir: to be ~ the fire ocağın yanında olmaq; 7) paltarın geyilməsi / üzlüyün və s. taxılmasına işarə edir: to put an apron ~ the dress paltarın üstündən önlük geyinmək; 8) Hərəkətin baş vermə müddətinə işarə edir: ~ the last three years axırıncı üç il ərzində; 9) Mübahisənin, müzakirənin predmetinə işarə edir: to dispute ~ smth. bir şey haqda / barəsində mübahisə etmək