Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaşinqton Uizards
Vaşinqton Uizards — Amerika Birləşmiş Ştatlarının paytaxtı olan Vaşinqton şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
AVN Awards
AVN Awards – ABŞ-nin "AVN" (Adult Video News) jurnalı tərəfindən pornofilmlərdə qazanılmış naaliyyətlərə görə verilən mükafatdır. İlk dəfə 1984-cü ildə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində təltif edilməyə başlanmışdır. Pornoqrafik filmlər üçün bu mükafat Oskar mükafatına bənzəyir.
Filmfare Awards
Filmfare Mükafatları hər il Times Group tərəfindən Bollivud mütəxəssislərini həm bədii, həm də texniki cəhətdən təltif etmək üçün verilən film mükafatlarıdır. Filmfare mükafatlarının təqdim olunduğu mərasim Hindistan kinosunda ən qədim və ən mühüm film hadisələrindən biridir. Mükafatların ilk dəfə verildiyi 1954-cü il həm də Milli Film Mükafatlarının verilməyə başladığı il olmuşdur. Əvvəlcə onu “The Times of India” jurnalının və onun naşiri Clare Mandynin şərəfinə Clare Mükafatları (Clare Awards) adlandırılırdı. Tədbirin qaliblərini müəyyən etmək üçün 1956-cı ildən ikiqat səsvermə sistemi tətbiq olunmuşdur. Milli Film Mükafatları tədbirində isə bundan fərqli olaraq, Hindistan hökuməti tərəfindən təyin olunan münsiflər heyəti tərəfindən mükafatın kimə veriləcəyi haqqında qərar verilir. İlk mükafatlandırma mərasimində yalnız beş kateqoriya üzrə mükafatlar verilmişdir. Bu gün bu rəqəm otuza çatıb. Filmfare Mükafatları ictimaiyyət və ekspertlər komitəsi tərəfindən səsə qoyulur. Filmfare Mükafatları ümumiyyətlə Hind kinosunda Oskarların ekvivalenti kimi qəbul edilir.
Webby Awards
"Webby Awards" və ya "Vebbi" mükafatları — beynəlxalq peşəkar internet mükafatı. Hər il dünyanın ən yaxşı veb layihələri mükafatlandırılır. "Vebbi" mükafatları 1996-cı ildə təsis edilmişdir. Veb layihələr dünya internetinin tanınmış və səlahiyyətli şəxsləri tərəfindən seçilir. Onların arasında musiqiçi Devid Boui, "Simpsonlar" serialının yaradıcısı Mett Qreyninq, "Real Networks" şirkətinin baş direktoru Rob Qleyzer və Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyasını (IADAS) təşkil edən 550-dən çox mütəxəssis var. 2006-cı ildə münsiflər heyətinin üzvləri və ümumxalq səsverməsinin iştirakçıları 60 ölkədən 8 minə yaxın veb layihə arasından namizəd və laureatları seçiblər. Bu illər ərzində "Vebbi" mükafatlarının qalibləri öz şəbəkə seqmentlərində lider olan layihələr olub: "Russia Today", "Amazon", "eBay", "Yahoo!", "iTunes", "Google", "BBC", "CNN", "Vikipediya", "YouTube" və s.. Mükafat bəzən "İnternet Oskar" kimi də adlandırılır."Vebbi" mükafatları veb-saytların, interaktiv reklamların, mobil telefon xidmətləri və videolarının tədqiqi və dizaynı, yaradılması, məlumat və marketinq inkişafı ilə məşğul olan bütün təşkilatlar və şəxslər, habelə onların sahibləri və pərəstişkarları üçün açıqdır.
Zirve Awards
Azerbaijan Woman Awards
People's Choice Awards
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat.1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.