Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uqor dilləri
Qədim türklər Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə obsk-uroq dillərindən ayrı göstərilmişdir.
Fin-uqor dilləri
Türk mənşəyli . Fin-uqor dilləri (uqro-finadı variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Uqor-Türk müharibələri
Uqor-türk müharibələri (mac. az ugor–török háború) — ilk dəfə Armin Vamberinin Macar və türk-tatar haqqında müzakirələr (mac. Magyar és török-tatár szóegyeztetések) kitabında, dilçilər arasında macar dilinin fin-uqor və ya Türk dillərinə aid olması haqqında akademik debatlar haqqında işlədilmiş ifadə. == Tarix == Vamberi 1870-ci ildə yazdığı kitabı bir sıra mübahisəli elmi işlərinin başlanğıcı olub.
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
I İqor
I İqor və ya İqor Rürikoviç (qəd-isl. Ingvar 878-945) — Kiyev Knyazlığının 2-ci Böyük Knyazı. Letopislərə əsasən Rürikın oğlu. Bizans və qərb mənbələrinə görə ilk rus knyazı. == İqor qədim rus salnamələrində == "Müvəqqəti illər hekayəsi" salnaməsinə əsasən qədim rus knyazları sülələsin yaradan Rürik 879-cu ildə ölür və hakmiyyəti Oleqa verir. 882-ci ildə Oleq Rürikın oğlu İqorla Kiyevə yaxınlaşır və orada qanunsuz knyazlığ edən varyaqları Askold və Diri aldadaraq şəhərdən çıxarır. Görüşdə Oleq Askold və Dirə deyir:"Siz knyaz deyilsiniz, heç knyaz soyundan belə deyilsiniz. Amma mən knyaz soyundanam bax bu isə Rürikın oğludur" deyəndən sonra varyaqları öldürmək əmrini verir. == Mənbə == İlk Novqorod letopisi. — М.-Л.: "SSRİ elmlər akademiyası nəşriyyatı", 1950.
Umor xan
Umor xan (bolq. Умор; VIII əsr – 766) — Bulqar xanı. 766-cı ildə hakimiyyətdə olmuşdur. == Hakimiyyəti == Cəmi 40 gün hakimiyyətdə qalmışdır. Uokil sülaləsindən idi. Barəsində məlumat yox deyiləcək qədər azdır.
İqor Ametov
Ametov İqor Mamedoviç — texnika elmləri doktoru, professor. == Həyatı == Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə "Neft və qaz yataqlarının işlənilməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə AzNKİ-nin neft-mədən fakültəsini bitirdikdən sonra bu institutun aspiranturasına qəbul olunub və Azərbaycan EA DNQYPİ-da işləməyə başlamışdır. 1972-ci ildən Uxta Sənaye institutunun "Neft və qaz yataqlarının işlənilməsi və istismarı" kafedrasında assistent, baş müəllim, hidravlik kafedrasının müdiri işləmişdir. 1973-cü ildə "Neft-mədən mexanikasının bəzi məsələlərində ikifazalı sistemlərin hərəkətinə ağırlıq qüvvəsinin təsirinin tədqiqi" mövzusunda namizədlik, 1979-cu ildə isə "Neft və qazın hasilatı zamanı müvazinətsizliyin xüsusiyyətlərinin nəzərə alınması əsasında əsas texnoloji proseslərin, bu proseslərin hesabat üsullarının və keyfiyyətinin artırılması yollarının işlənilməsi məqsədi ilə təhlili" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1984-cü ildən ÜETNSİ (Moskva ş.) laboratoriya müdiri, baş direktorun elmi işlər üzrə müavini kimi vəzifələrdə işləmişdir. Ametov İ.M. Uxta Dövlət texniki universitetinin neft və qaz yataqlarının işlənilməsi və istismarı və yeraltı hidromexanika kafedrasının professoru olmuşdur. Ametov İ.M. Beynəlxalq Şərqi Neft akademiyasının, Rusiya Federasiyası Dağ elmləri Akademiyasının həqiqi üzvü olmuşdur. == Elmi fəaliyyəti == Ametov İ.M. - neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi-tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi, layların neftveriminin artırılması; neft və qaz hasilatının texnika və texnologiyası; neft layının fizikası.
İqor Aşurbəyli
İqor Aşurbəyli (tam adı: İqor Rauf oğlu Aşurbəyli; d. 9 sentyabr 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri; "Almaz-Antey"” konstruktor bürosunun sabiq rəhbəri (2001-2011). Texnika elmləri doktoru. Socium Holdinq İdarə Heyətinin prezidenti. Asgardia Kosmos Millətinin qurucusudur. == Həyatı == Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub. == Təhsili == 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib.
İqor Belanov
İqor İvanoviç (və ya İqor İvanoviç) Belanov (ukr. Ігор Іванович Беланов; 25 sentyabr 1960, Odessa) — hücuma meylli yarımmüdafiəçi və ya ikinci hücumçu kimi oynamış təqaüdçü Ukrayna futbolçusudur. == Karyerası == Beş böyük titul qazanan və 1986-cı ildə Avropada ilin Futbolçusu adına layiq görülən "Dinamo Kiyev" in əfsanəvi futbolçudur. Sonra altı ilini Almaniyada iki komanda ilə keçirdi və az uğur qazandı. The Times qəzetinin yazdığına görə, bütün zamanların ən yaxşı 100 futbolçusu sırasında o da yer alıb.Belanov Sovet İttifaqını bir Dünya Kubokunda və bir Avropa Çempionatında təmsil etdi. 2011-ci ildə İqor Belanov Oleq Blohin və Vitaliy Staruxin ilə birlikdə Futbol qalibiyyətində "Ukrayna futbolunun əfsanələri" adını aldı.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). == Bioqrafiyası == Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
İqor Burqanov
İqor Burqanov (rus. Бурганов Игорь Александрович; d. 14 iyul 1973, Moskva, RSFSR, SSRİ) — Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, professor. == Sərgiləri == 2013-cü ildə Bakı şəhərindəki Xalça muzeyində fərdi sərgisi təşkil olunmuşdur. == Xalça == == Ədəbiyyat == А. Бурганов, В. Ванслов, Т. Малинина, С. Орлов, Ю. Смоленкова |Игорь Бурганов. — Москва: Белый город, 2007. — С. 47. — ISBN 978-5-7793-1394-0. Игорь Бурганов. Музей в XXI веке.
İqor Dodon
İqor Nikolayeviç Dodon, (mold. Игорь Николаевич Додон, 18 fevral 1975) — Moldova Respublikası Sosialistlər Partiyasının sədri, Moldova Respublikası Parlamentinin deputatı, iqtisad elmləri doktoru. 13 noyabr 2016-cı tarixində Moldova prezident seçkilərinin ikinci turunda Moldova Respublikasının 5-ci Prezidenti seçilib. == Ailəsi == 1999-cu ildən Qalina Dodonla evlidir. Ailənin üç oğlu var: Boqdan, Vlad və Nikolay.
İqor Dyakonov
İqor Dyakonov (tam adı: İqor Mixayloviç Dyakonov, rus. И́горь Миха́йлович Дья́конов; 30 dekabr 1914 (12 yanvar 1915), Petroqrad – 2 may 1999, Sankt-Peterburq) — Rusiya və Sovet tarixçisi, şərqşünası və dilşünası. == Həyatı == == Yaradıcılığı == İ.M.Dyakonovun işlətdiyi terminlərlə eyni olan buradakı terminlərdə bəzi fərqlər vardır. Bunlar müxtəlif oxunuşdan, müxtəlif ədəbiyyatdan gələn fərqlərdir. Sag-giga sözü aydındır: sag - şumer dilində ‘baş’ deməkdir, giga sözü isə ‘qara’ sözünü mühafizə edir - hərfən ‘başı qara’ - qarabaşlar mə’nasındadır. Y. Yusifovun dediyi "kengir" sözünün izahına İ.M. Dyakonovda rast gəlirik. İ.M.Dyakonov göstərir ki, Şumer sözü mixi yazılarda Kİ.EN.Gİ işarəsi ilə yazılır. "Belə bir fikir yayılmışdır ki, bu sözü fonetik cəhətdən *Kegi(r) şəklində oxumaq lazımdır, çünki Şumer sözünün dialekt formasının prototipidir. Lakin k>ş dialekt keçidinə kifayət qədər inandırıcı dəlil yoxdur, ona görə də Kİ.EN.Gİ yazılış formasını Şumer oxunuşu ilə tərkibi ideoqram kimi düşünmək daha yaxşı olar". Buradan aydın olur ki, Kiengi (və başqa variantlardakı Kegir, Kengir) "Şumer" deməkdir.
İqor Getman
İqor Yevgeneviç Getman (rus. Игорь Евгеньевич Гетман; 7 iyun 1971, Bakı, Azərbaycan SSR, SSRİ) — keçmiş Azərbaycan futbolçusu və Azərbaycan milli futbol komandasının oyunçusu. İqor Getman öz futbolçu karyerasını "Termist", "Neftçi Bakı" kimi Azərbaycan klublarında başlamış, sonradan Rusiyaya köçmüşdür. "Dinamo Stavropol" klubunda bir oyun belə keçirmədən "Anji Mahaçqala" klubuna transfer olunmuşdur. 1998-ci ildə Azərbaycana qayıtmış və bütün qalan futbolçu karyerasını "Neftçi Bakı" klubunda oynamışdır. İqor Getman futbolçu karyerasını 23 may 2007-ci ildə "Turan Tovuz" komandasının heyətində bitirmişdir. "Neftçi Bakı" klubundakı fəaliyyətinə görə klub prezidenti Rövnəq Abdullayev ona "Daewoo Nexia" avtomobili hədiyyə etmişdir.
İqor Korotçenko
İqor Korotçenko (rus. И́горь Ю́рьевич Коро́тченко; 15 fevral 1960, Riqa, Latviya SSR, SSRİ) — Rusiya jurnalisti və hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru; "Dünya Silah Ticarəti Analizi Mərkəzi" MMC-nin təsisçisi və direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, ehtiyatda olan polkovnik.
İqor Kovalenko
İqor Kovalenko (latış. Igors Kovaļenko‎, 29 dekabr 1988, Dnepropetrovsk vilayəti, Ukrayna) — Latviya şahmatçısı, qrosmeyster (2011). Ukraynalı qrosmeyster hazırda Latviyanı təmsil edir. Beynəlxalq usta (2008) və qrosmeyster (2011). O, 2013-cü və 2014-cü illərdə Latviya Çempionatının qalibi və 2013-cü ildə 27 Qrossmeysterin iştirak etdiyi Riqa Texniki Universiteti Open turnirinin birincisi olmuşdur. İqor Kovalenko 2014-cü ildə 41-ci Tromso Olimpiadasında Latviya komandası heyətində ikinci lövhədə oynayaraq (+5 −2 =4) nəticəsini göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Igor Kovalenko. Chess-DB.com Arxivləşdirilib 2016-08-02 at the Wayback Machine (ing.) Igor Kovalenko. 365chess.com (ing.) Igor Kovalenko. fide.com (ing.) Igor Kovalenko.
İqor Kurçatov
İqor Kurçatov (rus. И́горь Васи́льевич Курча́тов; 8 (21) yanvar 1903 və ya 30 dekabr 1902 (12 yanvar 1903) – 7 fevral 1960[…]) — Rus fiziki. Rəhbərlik etdiyi qrup 1946-cı ildə Avropada ilk atom reaktorunu düzəltmişdir.
İqor Kvaşa
İqor Kvaşa — Rusiya Federasiyasının xalq artisti, tanınmış kino və teatr aktyoru, “Jdi menya” (Gözlə məni) verilişinin aparıcısı == Həyatı == İ.Kvaşa 1933-cü ilin fevral ayının 4-də Moskvada anadan olub. 1955-ci ildə M.Qorki adına Moskva Bədii Akademik Teatrının nəzdindəki studiya məktəbini bitirib. 1957-ci ildə isə “Sovremennik” teatrına dəvət alıb. O, ömrünün sonunadək bu teatrda çalışıb. İ.Kvaşaya RF-nın xalq artisti adı 1978-ci ildə verilib. "Sovremennik" teatrının yaradıcılarından biri, "Birinci kanal"ın "Jdi menya" verilişinin aparıcısı İqor Kvaşa 30 avqust 2012-ci il saat 17:00-da vəfat edib.
İqor Makeyev
İqor Vladimiroviç Makeyev (27 oktyabr 1971, Kirovabad – 2 avqust 1992, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == İqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1979-cu ildə 39 saylı məktəbə getmiş, 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edir və burada çavuş məktəbində təhsil alır. Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : "Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı?
İqor Mitreski
İqor Mitreski (mak. Игор Митрески; doğ. 19 fevral 1979, Struqa, Yuqoslaviya) — müdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı. == Karyerası == === Klub karyerası === İqor Mitreski peşəkar karyerasını 1997-ci ildə Skopye şəhərini təmsil edən "Makedoniya" klubunda başlayıb. 1997-ci ildən 2001-ci ilə qədər Şimali Makedoniyanın müxtəlif klublarında forma geyinib. 2001-ci ildə Rusiyanın "Spartak Moskva" komandasına transfer olunub. Bu komandanın heyətində 2001-ci ildə ölkə çempionatının, 2003-cü ildə isə ölkə Kubokunun qalibi olub. 2004-cü ildə komandaya yeni baş məşqçi təyin olunmuş Aleksandr Starkov, heç bir səbəb göstərmədən Mitreskini əvəzedici heyətə göndərmək qərarını qəbul edib. Bu hadisədən sonra Mitreski agentinin köməyi ilə Moskva təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
İqor Netto
İqor Aleksandroviç Netto (rus. Игорь Александрович Нетто;9 yanvar 1930[…], Moskva – 30 mart 1999, Moskva) — Sovet futbolçu və xokkey oyunçusu, futbol məşqçisi. Əməkdar idman ustası SSRİ (1954), Əməkdar məşqçi RSFSR (1986), Spartakın (1949–1966) və SSRİ milli komandasının yarımmüdafiəçisi. 1960-cı ildə Avropa çempionu və 1956-cı ildə Olimpiya çempionu, bir neçə dəfə SSRİ çempionu. 22 rəsmi matçda iştirak edən və "qol + ötürmə" sistemi üzrə 29 qol vuran Spartakın xokkey klubu üçün də çıxışları var.Səslənən səsi və uzun boyu üçün tərəfdaşlardan "Goose"(Qaz) ləqəbini almışdı. == Haqqında == Moskva Spartakının gənclər komandasının şagirdi olub . Sahədə topun yüksək ustalığı, sahəni görmək və hadisələri qabaqcadan görmək qabiliyyəti ilə fərqlənirdi. SSRİ çempionatı da 368 oyun keçirib və 36 qol vurub. SSRİ millisində (1952–1965) 54 oyun keçirib və 4 qol vurub. 1952 və 1956 Olimpiya Oyunlarının üzvü.
İqor Paşkeviç
İqor Paşkeviç (rus. Игорь Анатольевич Пашкевич; 1 iyul 1971, Moskva – 26 mart 2016, Mayami, ABŞ) — Fiqurlu konkisürmə üzrə beynəlxalq səviyyəli idman ustası, 1996-cı il Avropa Çempionatının gümüş mükafatçısı və məşqçi == Həyatı == İqor Paşkeviç 1 iyul 1971-ci Moskva şəhərində anadan olmuşdur. İqor Paşkeviç əvvəlcə SSRİ-ni, sonra Rusiyanı, 1997-ci ildən başlayaraq isə Azərbaycanı təmsil etmişdir. Həyatının son illərində məşqçi kimi ABŞ-də çalışmışdır. 44 yaşında ikən ABŞ-də faciəvi şəkildə vəfat etmişdir. == Uğurları == O, 1990-cı ildə gənclər arasında dünya çempionatının qalibi olmuş.
İqor Ponomaryov
İqor Ponomaryov — Azərbaycanın futbol mütəxəssisi == Həyatı == 24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov Neftçi Bakı klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli "Norrçyopinq" komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, Qarabağ və Xəzər-Lənkəran, eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib. Anatoli Ponomaryovun atasıdır.
İqor Protti
İqor Protti (it. Igor Protti; 24 sentyabr 1967, Rimini, Emiliya-Romanya) — İtaliyalı keçmiş peşəkar futbolçu. Hücumçu mövqeyində oynayıb. == Karyerası == O, karyerasının çox hissəsini B Seriyası və C Seriyası klublarında keçirib. İqor Protti karyerasına 1983-cü ildə "Rimini" komandasında başlayıb. 27 may 1984-cü ildə "Rimini" klubu ilə 16 yaşında C1 seriyasında peşəkar futbolçu kimi debüt etdi. Ancaq burada cəmi 7 oyunda meydana çıxır. 1985-ci ildə "Livorno" klubuna transfer edilir. 3 il "Livorno" klubunun formasını geyinən futbolçu, meydana çıxdığı 75 oyunda 12 dəfə fərqlənir. 1988-ci ildə "Virtus Bergamo Alzano" klubuna keçir və burada meydana çıxdığı 30 oyunda rəqib qapılarına 10 dəfə yol tapır.
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. == Uğur rəmzləri == Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. == Müvəffəqiyyətdə uğurun rolu == İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Üör
Üör — Cənubi Azərbaycan mənşəli, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən pagan black metal qrupud . Qrup adını Tenqriçilikdəki bir ruh adı olan üördən götürür. Üör intihar edən insanların və şamanların ruhuna deyilir. == İfa tərzi == Azərbaycan metal səhnəsində paqan blek metal ifa edən ilk qrupdur. 2011-ci ildə qurulan qrup, ən çox bütpərəstlik və İslam öncəsi mifologiyaya müraciət edir və dinə qarşı musiqi ifadə edən ilk Azərbaycan qruplarından biridir. Qrupun mahnı sözləri azərbaycan dilində, ingilis dilində, uyğur dilində və türk dilindədir. Səsyazma tərzində orijinal black metal üslubunu qorumağa çalışan qrup ən çox ABŞ, Türkiyə və Azərbaycanda məşhurdur. Qrup albomlarını pulsuz olaraq yayımlayır.
Oğuzhan Uğur
Oğuzhan Uğur (1984, Ankara) — Türkiyə musiqiçisi, prodüseri, ssenaristi, karikaturaçısı və yutuberi.
Uğur Dündar
Uğur Dündar — Türkiyə jurnalisti, xəbər aparıcısı. == Həyatı == Dündar 1 yanvar 1943-cü ildə İstanbulda doğuldu. Lisey təhsilini Vəfa Liseyində tamamladı. Ardından İstanbul Universiteti İqtisad Fakültəsi Jurnalistika İnstitutundan məzun oldu. 1993-cü ildə Yasəmən Baradan ilə evləndi və 3 uşağı oldu. 1970-ci ildə TRT tərəfindən açılan bir imtahanı qazandı və televiziya prodüseri olaraq işə başladı. və Rəsmi Qəzet yazıçısı oldu. Eyni il içində İngiltərədə BBCin "Televiziyada istehsal-Rəhbərlik" kursuna qatıldı. Türkiyəyə döndükdən sonra TRT-də prodüser, rejissor və aparıcı olaraq dəyişik televiziya proqramlarına imza atdı. Bu günə qədər saysız proqrama imza atan Uğur Dündar xəbər proqramı Arenanın ümumi rejissorluğunu etdi.
Uğur Pamuk
Uğur Pamuk (azərb. Uğur Pamuk‎; 26 iyun 1989, Bilefeld, Almaniya) — Türkiyənin Manisaspor klubunun hücumçusu. == Karyerası == Uğur Pamuk 1989-cu ildə Almaniyada türk ailəsində anadan olub. Uğur Pamuk Arminiya klubunun yetirməsidir. 2007-ci ildə bu komanda ilə rəsmi müqavilə bağlayıb. Gələn il Tus Dornberg klubuna transfer olunub. 2012-ci ildə Uğur Pamuk Sumqayıt klubuna keçib və 1 il ərzində 28 oyun keçirərək 2 qol vurub. 2013-cü ilin yanvar ayında Uğur Pamuk Xəzər-Lənkəran klubuna keçib. == Milli komanda == 2012-ci ildə Uğur Pamuk Azərbaycan milli futbol komandasının heyətində 1 oyun keçirib.
Uğur Pəkdaş
Uğur Pəkdaş (türk. Uğur Pektaş; 16 aprel 1979, İstanbul) — Türkiyə aktyoru.
Uğur İsmayılzadə
Uğur Hidayət oğlu İsmayılzadə (18 iyul 1995; Yevlax rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Uğur İsmayılzadə 1995-ci il iyulun 18-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Uğur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Uğur İsmayılzadə oktyabrın 16-da Ağdərə ərazisində Ağaçuq adlandırılan ərazidə şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Uğur Şahin
Uğur Şahin (19 sentyabr 1965, İskəndərun, Hatay ili) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq. Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır. == Həyatı və təhsili == Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu. Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır. 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi. == Təhsili == Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı.
İgor Cukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. == Həyatı == İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. == Avroviziya == Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
Hunor və Maqor
Hunor və Magor — Ural-Altay və macar mifologiyalarında mifik xaqanlar. İki qardaşdırlar. Hunların və macarların atası olaraq qəbul edilərlər. Hunor Hun qolunu, Magor isə Macar qolunu təmsil edər. Macarlara günümüzdə Avropada verilən iki ad (Magyar və Hungar) yenə burada qaynaqlanar. Kimi fikirlərə görə əslində mənşəyi çox qədim qədər uzanmaqdadır və Skif mənşəli söylencelerin inkişafıyla meydana gəlmişdir. Hunor, qardaşı Magor ilə birlikdə müqəddəs bir maralın arxasında dənizi keçərək macarıstan torpaqlarına çatar. Hunorun nəslindən Attila Xanın gəldiyi deyilər. Magorun nəslindən isə Almos gəlir. Başqa bəzi orta asiya əfsanələrində Skiflərin qurucusu olan iki qardaşdırlar.