Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lyunak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Jumak
Jumak (kor. 주막) - Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Yomak
Barnett Nyuman
Barnett Nyuman (ing. Barnett Newman) (29 yanvar, 1905 - 4 iyul, 1970) - Məşhur amerikan rəssam, abstrakt ekspressionizm cərəyanı və Rəngli Sahə rəssamlığının nümayəndəsi.
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Pol Nyuman
Pol Nyuman (ing. Paul Leonard Newman; 26 yanvar 1925[…] – 26 sentyabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == Yəhudi bir ata ilə katolik ananın oğlu olaraq 26 yanvar 1925-ci ildə Klivlenddə anadan olmuş Pol Nyuman Yel Universitetində aktyorluq dərsləri keçib. Brodveydə ilk addımını 1953-cü ildə Uilyam İngenin "Piknik" əsəri ilə atan Nyuman Hollivudun yaraşıqlı starı olaraq yüksəlmək yerinə çətin rollara imza atmağı seçdi. 10 dəfə Oskar namizədi olmuş Pol Nyuman bu mükafatı 1986-cı ildə "Pulun rəngi" (Color of Money) filmindəki roluna görə alıb. Nyuman Kann və Berlin Film Festivallarında da ən yaxşı aktyor mükafatlarını alıb.
Rendi Nyuman
Rendi Nyuman (ing. Randy Newman) – amerikalı müğənni, tənqidçi, bəstəkar və pianist. Mian, fərqli səs, mordant (və tez-tez satirik) pop mahnılar və film skorları üçün tanınır.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Naruto Uzumaki
Naruto Uzumaki (うずまき ナルト Uzumaki Naruto), Masaşi Kişimoto tərəfindən yazılmış və çəkilmiş, 1999-cu ildən etibarən yayımlanan Naruto adlı manqa seriyasının baş qəhrəmanıdır.Eyni zamanda 2002-ci ildən başlayaraq anime seriyası da yayımlanmışdır.
Yuma
Yuxa (ing. Yuha) — ABŞ ərazisində yerləşən Sonora səhrasının qərb hissəsini təşkil edən qumlu səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır (Arizona ştatı ABŞ və Aşağı Kaliforniya Meksika). Səhra Arizona ştatının cənub-qərbində, Hila çayından cənubda, Kolorado çayından isə şərqdə yerləşir. Səhranın cənubu Meksika sərhədinə yaxın Böyük səhra (ing. Great Desert, isp. Gran Desierto) adlandırılır. Yayı dəhşətli istiləri, qışı isə orta temperaturları ilə seçilir.
Yunak iyesi
İma Sumak
İma Sumak (ing. Yma Sumac, Imma Sumack, əsl adı — Soila Auqusta İmperatris Kavarri del Kastilyo (Zoila Augusta Emperatriz Chavarri del Castillo); 10 sentyabr 1923 — 1 noyabr 2008) — dünya şöhrətli Peru opera müğənnisi və aktrisası, 7 alt oktavalı və iki səslə oxuya bilirdi == İstinadlar == == Mənbə == Vikianbarda İma Sumak ilə əlaqəli mediafayllar var.
Umak adası
Umak adası (ing. Umak Island, aleut. Uhmax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Kiçik tanaqa adasından şimal-şərqdə yerləşir. 11,7 metr uzunluğa, 7,8 km enə malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır.
Uyuk Arxan
Abidə Uyuk çayının sol sahilindən 2 km aralıda tapılmışdır. Abidə çay daşından ibarətdir. Orxon-Yenisey əlifbası ilə yazılmış 5 sətrlik yazının üstündə maral və qaban şəkilləri var. Abidə qədim türk-run abidələrini tədqiq edən alimlərin bir çoxu tərəfindən tərcümə və nəşr edilmişdir.
Uyuk Tarlık
Abidə fin ekspediyası tərəfindən Uluğ-Kem çayının qolu Uyuk-Tarlık çayının sahilində Mixaylovo kəndinin 3 km-də tapılmışdır. Boz salants daşı üzərində iki sətir yazıdan ibarətdir. Daşın yuxarı hissəsində damğa da var. Abidənin ətrafli təsvirini D.A.Klementov verib. Daşın üzərindəki yazılar bir sıra türkoloqlar tərəfindən tərcümə və nəşr edilib.
Uyuk Turan
Abidə Uyuk çayının sol qolu Turan çayının sağ sahilində Turan kəndi yaxınlığında tapılıb. Tünd qəhvəyi rəngli əhəng daşıdır. Daşın hündürlüyü 255, eni 33, qalınlığı 25 sm-dir. İki enli üzü Orxon-Yenisey əlifbası ilə yazılmışdır. Hər üzündə 3 sətir yazı var. Daşın Şimal üzündə heyvan şəkli də var. Həmin üzdə xaç və yarımdairə də var. Daşın digər üzündə də xaç var. Qədim türklər xristian olmadığı üçün bunlar güman ki damğadır.
My Last Breath (Ceyms Nyuman mahnısı)
My Last Breath (tərcümə:Mənim son nəfəsim)-Ceyms Nyumenin mahnısı.Fevral ayında Nyumenin 2020 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı bu mahnı ilə təmsil edəcəyi açıqlandı.Mahnının sözləri Adam Erql və Ayein Ceymsə,musiqisi isə Nyumenə məxsusdur.Mahnı ilk gündən dinləyicilər tərəfindən maraqla qarşılansa da,tənqidçilər tərəfindən qarışıq cavablar alıb.Bəziləri mahnının 20-liyə belə çıxmayacağını deyərkən,bəziləri öz içlərində qaliblərini seçiblər. == Mahnının yaranması == Yanvar ayları Nyumen BBC Radiodakı müsahibəsində demişdi ki,Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək üçün namizədliyini irəli sürəcək.Fevralın ayında nəfəskəsən musiqi yarışması başladı və tez də bitdi.Nyumen birbaşa Avroviziya finalına vəsiqə qazandı.O,"Kiçik uşaq olduğumdan həmişə özüm sənətkar və ifaçı olmaq istədim.Təmsil etmək üçün doğru vaxtın olduğunu hiss edirəm" deyə qalib Nyumen qalib olandan sonra ilk müsahibəsini verdi. Nyumen müsahibəsində mahnının yanvar ayında,soyuq bir bağçada yarandığını qeyd edib.Adam Erql və Ayein Ceymslə birlikdə soyuğun nəfəs kəsdiyini biliblər və ilhamlanıb belə mahnı yazıblar.Mahnının klipi fevral ayında çəkilmişdir.Klip soyuq bir yerdə,dənizdə həyatda qalmağa çalışan bir adam barədə çəkilən sənədli filmdən götürülüb.Klipdə Buz adam kimi tanınan Vim Hof da var. Ayein Ceyms təkcə,bu mahnının sözlərinin yox,2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana birincilik gətirən Running Scared mahnısının da müəllifi olub.Bu da çox maraqlı məlumatdır. Bildiyiniz kimi,bu mahnı 16 may 2020-ci ildə Nyumen tərəfindən oxunulacaq.Görəsən,Azərbaycana birincilik gətirən Ayein Ceyms Böyük Britaniyaya uğur qazandıracaqmı?
Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar
«Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar» (ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar) — rejissor Biban Kidron tərəfindən 1995-ci ildə komediya janrında ekranlaşdırılan film. Baş rolda Patrik Sueyzi, Uesli Snayps və Con Legizamo oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 8 sentyabr 1995-ci ildə baş tutmuşdu. == Məzmun == İki transvestit kişi olan Noksima "Nokszi" Cekson (Uesli Snayps) və Vida Bohema (Patrik Sueyzi) transvestit yarışmasında qalib gələrək, Hollivuda getmək şansı qazanırlar. Lakin yarışmada uduzan gənc Çi-Çi Rodrigez (Legizamo) pilləkəndə oturaraq ağlayır. Vida ilə Noksi bu zaman qrim otağına gedirlər və təsadüfən onunla rastlaşırlar. Vida rəfiqəsi Noksinin bütün etirazlarına baxmayaraq, əsl "kraliça" kimi Hollivuda yeni tanış olduğu Çi-Çini də aparmağı qərara alır.
İbrahim Büyükak
İbrahim Büyükak (20 avqust 1983, İstanbul) — Türkiyə aktyor ve yazıçısı. Uludağ Üniversitetinin İqtisad fakültəsinin məzunu oldu. BKM Mutfak komandasına qatılan son üzvlərdən biridir. 2008-ci ildə Kanal D-də yayınlanmağa başlayan BKM Mutfaktaki Çox Gözəl Hərəkətlər Bunlar proqramında eskizləri yazıb oynadı. 2013-cü ildə Star TV-də 3+1 adlı TV proqramıyla Əsər Yenənlər və Oğuzhan Koç ilə bir gecə şousu yaratdılar. Acun Ilıcalının proqramı satın almasından sonra proqram 5 oktyabr 2013-cü ildə TV8's 3 Adam adıyla davam etdi. TV8-də yayımlanan Mənə ata dedi serialında Cüneyt obrazını canlandırmışdır. 2017-ci ildə 3 Adamın bitməsi ilə öz başına layihələr istehsal etməyə başlamışdır. Kiçik Əsnaf, Yol Yoldaşım, Yol Yoldaşım 2 və Satıcı İclası kimi filmlərin ssenaristi olsa da, 2021-ci ildə öz həyat hekayəsi ilə əlaqədar Bəzi Maraqlı Hadisələr adlı internet serialını çəkmişdir. Serialın hekayəsi, çəkilişi və baş rolu sənətkarın özünə məxsusdur.
Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar (film, 1995)
«Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar» (ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar) — rejissor Biban Kidron tərəfindən 1995-ci ildə komediya janrında ekranlaşdırılan film. Baş rolda Patrik Sueyzi, Uesli Snayps və Con Legizamo oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 8 sentyabr 1995-ci ildə baş tutmuşdu. == Məzmun == İki transvestit kişi olan Noksima "Nokszi" Cekson (Uesli Snayps) və Vida Bohema (Patrik Sueyzi) transvestit yarışmasında qalib gələrək, Hollivuda getmək şansı qazanırlar. Lakin yarışmada uduzan gənc Çi-Çi Rodrigez (Legizamo) pilləkəndə oturaraq ağlayır. Vida ilə Noksi bu zaman qrim otağına gedirlər və təsadüfən onunla rastlaşırlar. Vida rəfiqəsi Noksinin bütün etirazlarına baxmayaraq, əsl "kraliça" kimi Hollivuda yeni tanış olduğu Çi-Çini də aparmağı qərara alır.