Yomak

Yomaxdastan növü. Anadolu türkcəsində Yomak və müxtəlif Türk dillərində digər adları Yomaq, Yomok, Comoq, Comog, Yumah, Nomok, Zumakdır. Monqolca Domog şəklində adlandırılmışdır. Əfsanələrin ən diqqət çəkici və yaddaqalan, ən çox maraq çəkən izahat yollarından biridir. Yomaxçılar (dastan oxucuları) ən az üç illik bir təhsil və təcrübə müddəti yaşayarlar. Manasçı adı verilən Manas dastanı oxucuları ən çox tanınmışlardandır. Qırğız dastan oxucusu Sayakbay Karalayev indiyəqədərki ən yaxşı manasçı olaraq tanınmışdır. Yomaklar çox vaxt küğ (mənzum mətn, şeir) ünsürünü içərisində saxlayır.

Küğ[redaktə | mənbəni redaktə et]

Ümumi bir tərif olaraq şeir (mənzum mətn) deməkdir. Köğ və ya Küy olaraq da deyilər. Qafiyəli və ardıcıl halındakı cümlələrdən ibarət olan söz və ifadələr. Xalq ozanları tərəfindən ezgi (melodiya) ilə deyilən Qoşuq/Qoşuğ (xalq şeiri) adı verilən (altaylarda Qojon/Qoşon) forması ilə Qoşma adı verilən növü yayılmışdır. Köğük (Küğük) isə misra deməkdir. Söz, əsl olmağı ifadə edir. Yəni küğ, sözün aslıdır.

Qay[redaktə | mənbəni redaktə et]

Qay - müxtəlif türk dillərində dastan mənasını verər. Şeir şəklindəki əfsanə deməkdir. Qayçı adı verilən dastancılar tərəfindən əzbərdən oxunur. Manas dastanı dünyanın ən uzun dastanlarından biridir (kimi görüşlərə görə ən uzundur). Dastanları doğru oxumayan, bəzi yerlərini unudan və ya gözəl oxumağı bacara bilməyən Qayçıların, dastandakı qəhrəmanın ruhu (və ya dastanın qoruyucu iyəsi) tərəfindən xəstə ediləcəyinə hətta öldürüləcəyine inanılar. Dastanlar bütün xalqlarda rast gəlinən poetik hekayələrdir. Sürətli getmək, sürətli danışmaq mənasını verən Qay/Kay kökündən törəmişdir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Yum/Yom/Com) kökündən törəmişdir. Izah etmək, demək mənaları vardır. Yom (bəxt, tale) ilə də əlaqəlidir. Köhnələrin hekayələrinin şəxslərə müsbət təsir edəcəyi və ya onlardan güc alınacağı inancını ağıla gətirir. Tunqus və mançjur dillərində Nımka / Nima olaraq adlandırılmışdır. Qamlama (şaman prosedurası), şamanın hekayə izah etməsi, keçmişdən xəbər verməsi kimi mənalar daşıyar.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]