Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həlaçin
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Valasin
Valasin — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Alakin (Çaroymaq)
Alakin (fars. الاكين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (24 ailə).
Kəlkin (Kəleybər)
Kəlkin (fars. كلكين‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (6 ailə).
Vəlin (Miyanə)
Vəlin (fars. وليين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (24 ailə).
Qvardiya ölür, lakin təslim olmur!
"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir. 1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir.
Jelatin
Jelatin (fr. gelatine, lat. gelātus "dondurulmuş") — Jelatin qida, eləcə də, qeyri-ərzaq sənayesində geniş tətbiq olunan, toksik olmayan və bioloji parçalana bilən xüsusiyyətlərə malik, heyvanların birləşdirici toxumalarından alınan makromolekulyar birləşmədir. Ayrı-ayrı spiral zəncirlərin ümumi molekulyar ox ətrafında spiralvari şəkildə bağlandığı üç zəncirli quruluşa malik ağ və ya sarımtıl, şəffaf, parıltılı bərk maddədir. Jelatin kollagenin dönməz şəkildə hidrolizə edilmiş formasıdır, burada hidroliz protein liflərini daha kiçik peptidlərə azaldır; denaturasiyanın fiziki və kimyəvi üsullarından asılı olaraq, peptidlərin molekulyar çəkisi geniş diapazona düşür. Jelatin kövrəkdir, təbəqə, lopa və ya toz şəklində ola bilir. İsti su, qliserin və sirkə turşusu kimi polyar həlledicilərdə həll olur, lakin spirt kimi üzvi həlledicilərdə həll olma başş vermir. Jelatin suda çəkisinin 5-10 qatını uda bilir və bu zaman gel əmələ gətirir. Jelatinin əmələ gətirdiyi gel yenidən qızdırılmaqla əridilə bilər və gərginlik altında artan özlülüyünə malikdir. Jelatin-su qarışığının özlülüyü jelatinin konsentrasiyası yüksək olduqda və qarışıq təxminən 4 °C (39 °F) temperaturda sərin saxlanıldıqda ən yüksək həddinə çatır.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Velan
Velan (fr. Velanne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38531. Kommunanın 2006-cı il üçün əhalisi 463 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 509 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənubda, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Velikan burnu
Velikan burnu — Saxalin adasınin cənub-şərqində, Tonino-Aniv yarımadasının şərq sahillərində yerləşir. Saxalin vilayətinin yerli əhəmiyyətli təbiət abidəsi olaraq qorunur. Əsas təbiət cizgiləri onun əsrarəngiz dəniz terrasına sahib olmasıdır. Burada dəniz terrası üzərində olan iynəyarpaqlı ağaclar, qaya bitkiləri qorunur. Dənizə doğru çıxan qayalar üzərində suiti sürülərini və quş koloniyalarını müşahidə etmək olur.
Velikiy Novqorod
Veliki Novqorod (rus. Великий Новгород) — Rusiya Federasiyasında yerləşən şəhər, Novqorod vilayətinə daxildir. 1999-ci ilə qədər rəsmi adı Novqorod olub.
Pavel Velski
Pavel Velski Azərbaycan kinosunda əsasən rejissor, ssenarist kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. Pavel Velski Azərbaycan kinosunda rejissor, ssenarist və bədii rəhbər kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. O, rejissor kimi "1 may 1925-ci il" və "Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı" sənədli filmlərini çəkmiş, "Mədənçi-neftçi istirahətdə və müalicədə" və "Əvəz-əvəzə" bədii filmlərinin ssenarisini yazmışdır. Həmçinin, ssenarisini yazdığı 2 filmdə aktyor kimi də çıxış etmişdir.
Steysi Nelkin
Steysi Nelkin (ing. Stacey Nelkin; 10 sentyabr 1959, ABŞ) - ABŞ aktrisası. Steysi Nelkin 10 sentyabr 1959-cu ildə Nyu-Yorkda anadan olmuşdur. İlk film karyerasına 1978-ci ildə başlamışdır. 1987-1991-ci illər arası ABŞ müğənnisi və aktyoru Berri Bostvik ilə ailə həyatı qurmuşdur. 1982-ci ildə ilk məşhur filmi "Hellovin 3" filminə çəkilir. Sonralar yenidən televiziya seriallarına çəkilmişdir.
Veliki Novqorod
Veliki Novqorod (rus. Великий Новгород) — Rusiya Federasiyasında yerləşən şəhər, Novqorod vilayətinə daxildir. 1999-ci ilə qədər rəsmi adı Novqorod olub.
Daşınmaz əmlakın inkişafı
Daşınmaz əmlakın inkişafı və ya mülkiyyətin inkişafı mövcud tikililərin təmiri və yenidən icarəyə verilməsindən tutmuş xam torpağın alınmasına və inkişaf etdirilmiş torpaq və ya torpaq sahələrinin başqalarına satılmasına qədər fəaliyyətləri əhatə edən biznes prosesidir. Əmlak inkişafetdiriciləri bütün bu fəaliyyətləri koordinasiya edən, ideyaları kağızdan daşınmaz əmlaka çevirən insanlar və şirkətlərdir. Daşınmaz əmlakın inkişafı konstruksiya və tikintidən fərqlidir, baxmayaraq ki, bir çox inkişafetdirici də tikinti prosesini idarə edir və ya konstruksiya ilə məşğul olur. İnkişafetdiricilər torpaq alır, daşınmaz əmlak sövdələşmələrini maliyyələşdirir, layihələr tikir və ya sifariş verir, birgə müəssisələr vasitəsilə layihələr hazırlayır və inkişaf prosesini əvvəldən sona qədər yaradır, təsəvvür edir, nəzarət edir və təşkil edir. İnkişafetdiricilər çox vaxt daşınmaz əmlakın yaradılmasında və ya təmirində ən böyük riski götürür və böyük gəlir əldə edirlər. Tipik olaraq, inkişafetdiricilər torpaq alır, əmlakın marketinqini müəyyənləşdirir, tikinti proqramını və dizaynını hazırlayır, lazımi ictimai razılıq və maliyyələşdirməni əldə edir, strukturları tikir, icarəyə verir, idarə edir və son nəticədə satır. Bəzən əmlak inkişatetdiriciləri prosesin yalnız bir hissəsini öz üzərinə götürürlər. Məsələn, bəzi inkişafetdiricilər bir əmlak alır və planları və icazələri ilə birlikdə əmlakı yüksək qiymətə inşaatçıya satmazdan əvvəl planları və icazələri təsdiqlədərlər. Alternativ olaraq, həm də inşaatçı olan bir inkişafetdirici, planlaşdırma və icazə təsdiqini ala bilməmək riskindən qaçınmaq və dərhal tikintiyə başlaya bilməsi üçün planları və icazələri olan bir əmlak ala bilər. İnkişafetdiricilər bu prosesin hər bir addımında memarlar, şəhər planlaşdırıcıları, mühəndislər, tədqiqatçılar, müfəttişlər, podratçılar, hüquqşünaslar, lizinq agentləri və s.
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Velki Krtiş
Velki Krtiş (slovak. Veľký Krtíš, mac. Nagykürtös) — Slovakiyanın mərkəzində, Krupinska Planina dağ massivinin ətəklərində yerləşən kiçik bir Əhalisi 14 min nəfərə yaxındır. Slovaklar – 86,9% Macarlar – 6,2% Çexlər – 0,8 % Qaraçılar – 2,0% Ukraynalılar – 0,1 % roma-katolikləri 54,26 % ateistlər 21,58 % yevangelik kiləsi v.d. 16,00 % yunan-katolikləri 0,34 % pravoslavlar 0,16 % Ana məktəblər: MŠ - ul. Št. Tučeka MŠ - ul. P. O. Hviezdoslava MŠ - ul. Poľná MŠ - ul. SNP MŠ - ul.
Fok (Eakın oğlu)
Fok ( q.yun. Φῶκος ) — yunan mifologiyasında Eak və nereida Psamafayanın oğlu. Telamon və Peley onun cəsədini gizlətmiş, lakin həqiqət tezliklə üzə çıxmış və Eak oğullarını Egina adasından qovmuşdur. Egina üzərində Eakion yaxınlığındakı Fokun məzarı vardır. == İstinadlar == .
Elayın kitabı (film,2010)
İlayın kitabı (ing. The Book of Eli) — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Filmin rejissorları Hyuz qardaşlarıdır. Denzel Vaşinqton "İlay" personajının rolunu canlandırmışdır.
Veliki adası (Kandalakşski körfəzi)
Veliki adası — Ağ dənizə daxil olan Kandalaşski körfəzində yerləşən iri ada. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Ada Şimal Qütb dairəsi enliyində yerləşir. Adanın uzunluğu 21 km, eni 8 km, hündürlüyü 79 metr təşkil edir. Ada meşə ilə örtülü olsa da, sahilləri bitki örtüyündən məhrumdur. Şimal və hissələri təpəlidir. Cənubn-şərqində qayalı korojnı burnu vardır. adanın mərkəzində Kumyajı gölü yerləşir. Ada materikdən Velikaya Saalma boğazı (eni 3 km) və Babe More körfəzi ilə ayrılır. Materikin adaya baxan hissəsində bioloji stansiya yerləşir.
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı. Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.