Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vərnəsər
Vərnəsər (az-əbcəd. ورنه‌سر‎, fars. وزنه‌سر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 52 nəfər yaşayır (20 ailə).
Cərgəvər
Cərgəvər (lat. Polystichum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinə aid bitki cinsi.
Tərkəvər mahalı
Tərkəvər mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi.
Tərkəvər nahiyəsi
Tərkəvər mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi.
Vələver
Vələver — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim vələ (təpəlik) və ver (yuxarı) komponentlərindən düzəlib. Təpəlik yer yüksəklik mənasındadır. Əhalisi 555 nəfərdir.
Serveyer proqramı
Serveyer proqramı(ing. Surveyor program) — NASA tərəfindən 1966-cı ilin iyul ayından, 1968-ci ilin yanvar ayına qədər Ayın səthinə 7 kosmik robot göndərilməsindən ibarət missiyadır. Proqramın əsas məqsədi Ay səthinə təhlükəsiz eniş etməyin mümkünlüyünü göstərmək idi. Serveyer proqramı ümumi dəyəri rəsmi olaraq 469 milyon $ təşkil etmişdir. Serveyer 1 də daxil olmaqla 7 kosmik robotdan 5-i Ay səthinə təhlükəsiz eniş edə bildilər. Serveyer 2 və Serveyer 4 missiyaları isə uğursuz oldu. 7 kosmik robot hələ də Ay səthində qalmaqdadır. Serveyer proqramı çərçivəsində göndərilən kosmik robotlardan heç birinin Yerə qayıtması planlaşdırılmamışdı. Serveyer 3-ün bəzi hissələri Apollon 12 missiyasının ekipajı tərəfindən Yerə gətirilib. Bu zondun kamerası Milli Hava və Kosmik Muzeyində saxlanılır.
Vələver nekropolu
Vələver nekropolu — Ordubad rayonunun Vələver kəndindən şərqdə, təpənin üzərində arxeologi abidə. Nekropol q.-ş. istiqamətinə yönəldilmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərin ətrafına dördkünc formada çay daşları düzülmüş bəzi qəbirlərin üzərində isə daş yığınları meydana gəlmişdir. Qəbirlərin bəzisinin üzərində qoç daşlar vardır. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarındandır. Lakin yonulmuş baş daşlarına da rast gəlinir. Onlar dördkünc olub, yuxarıda tağşəkilli formaya malikdir. Baş daşlarının bəzisində ərəb əlifbası ilə kitabə vardır. Nekropol XIV–XVIII əsrlərə aid edilir.
Yan Vermeer
Yohannes və ya Yan Vermeer (oktyabr 1632[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…] – 15 dekabr 1675[…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[…]) — gündəlik həyatı təsvir edən tabloları ilə tanınan hollandiyalı barokko rəssamı, holland rəssamlığının qızıl dövrünün nümayəndəsi. Vermeer həyatı boyunca müvəfəqiyyətli rəssam kimi tanındı. Nisbətən çox az tablo çəkdiyi və ölümündən sonra arvadı və uşaqlarına borc qoyduğu üçün zəngin bir adam kimi xatırlanmır.
Aliyə Timisi Ərsevər
Aliyə Timisi Ərsevər (25 fevral 1963, Divriği, Sivas ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Aliyə Timisi Ərsevər 25 fevral 1963-cü ildə Sivas ilinin Divriği ilçəsində anadan olub. Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub. Maliyyə institutlarında, həmçinin təhsil və sığorta sahələrində rəhbər vəzifələrdə təmsil olunub. Almaniyanın Münster şəhərində Baş Konsulluqda sosial işçi olaraq çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Ankara il, CHP Çanqaya ilçə İdarə Heyətlərinin, həmçinin CHP qadın qanadı İdarə Heyətinin üzvü olub. 2014-cü ildə Çanqaya Bələdiyyəsi Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub.