1. Çox nağıl bilən və onları məharətlə danışmağı bacaran adam. Nağılı nağılçıdan öyrən. ( Ata. sözü ).
[Molla Abbas:] Necə nağıl de? Nə zəvzək danışırsan?… Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm?
[Əsgər] nağılçı deyil. O sənə Leyli və Məcnun məsələsini misal göstərdi.
2. Çoxdanışan, çərənçi, boşboğaz, naqqal, lağlağı; uydurmaçı. [Məşədi Rüstəm:] Bizə nə versələr, ikiqat qiymətini alsınlar.
Sən nə nağılçı kişisən.
Danabaşlılar [Xəlili] “nağılçı”, yaxud “qəzetçi Xəlil” adlandırırlar.