Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. == Xarici keçidlər == Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Josef Vaçal
Josef Vaçal (çex. Josef Váchal; 23 sentyabr 1884[…], Milavçe[d] – 10 may 1969[…], Studenanı[d]) — çex yazıçısı, oymaçı, kitab qrafiki, xəttat və mətbəəçi. == Bioqrafiya == Josef Vaçalın atası məşhur sənətçi Mikolaş Aleşin əmisi oğludur. Josef Çexiyanın Cənubunda Pisek şəhərində babası və nənəsinin yanında böyümüşdür. O, 1898-ci ildə Praqaya getmiş, cildləmə sənətini öyrənmiş və əmisi oğlu Mikolaş Aleşlə tanış olmuşdur. XIX əsrin sonu — XX əsrin əvvəllərində ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət olan moderndən təsirlənmişdir. Josef Vaçal 1900-cü ildə şeir yazmağa başlamış və 1903-cü ildə Praqa Teosofiya Cəmiyyətinə qatılmışdır. O, 1904-cü ildə Rəssamlıq Akademiyasına daxil olmuş, Alois Kalvodanın tələbəsi olmuşdur. Josef Vaçal 1910-cu ildə ilk iki kitabını nəşr etdirmişdir. O, Birinci Dünya müharibəsində iştirak etmiş (1916–1918), bu barədə "Cəbhədə rəssam" adlı qeydlərində yazmışdı.
Le-Vibal
Le-Vibal (fr. Le Vibal, oks. Lo Bisbal) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Pon-de-Salar. INSEE kodu — 12297. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 15 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 482 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 292 nəfərdən (15-64 yaş) 214 nəfəri iqtisadi cəhətdən fəal, 78 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.3%, 1999-cu ildə 73.6%).
De Vaal
De Vaal — Şimali Hollandiya əyalətində yerləşən kənd. Den Helder şəhərinin şimalında 15 km aralıqda yerləşir. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 188 nəfər yaşayır. 0.06 km2 ərazidə təxminən 78 yaşayış məntəqəsi mövcuddur.
Alçaq sabal palması
== Təbii yayılması == Təbii şəraitdə Kuba, Meksika və Venesuela da bitir. == Botaniki təsviri == Hündürlüyü 60- 80 sm-ə çatır.Alçaq sabal gövdəsiz olub, torpaq qatının üst hissəsində yerləşir.Yarpaqları çətirşəkilli, uzun, əyri saplaqlarda ( 70 sm-ə qədər) yerləşir.Yarpaq ayasının uzunluğu 30- 60 sm olub, göyümtül – yaşıl, yumru, hissələrə bölünmüşdür, orta hissəsində uzunluğu 90 sm-ə çatır.Çiçək qrupları (1-3) mürəkkəb- süpürgəvaridir, yuxarı hissəsində açılmışdır, uzunluğu 1m-ə qədərdir.Çiçəkləri ikicinsli, xırda, ağımtıl və yaşılımtıldir.Çiçəkyanlığı 6 ləçəkli, erkəkçikləri 6 ədəd, yumurtalığı 3 yuvalı, sütuncuğu üçkünc olub, başcığı dişicik ağızlıdır. İyulun axırı – avqustun əvvəlində çiçəkləyir.Meyvəsi şarşəkilli, qara, diametri 1 sm-ə qədərdir, noyabrda yetişir. Toxumu şarşəkilli, qonur rəngli, az hamardır, diametri 0,8 sm-dir.Toxumla çoxalır. == Ekologiyası == Qumlu və əhəngli torpaqlarda bitir, nəmişliyə çox tələbkardır. -10-11 C dərəcə şaxtalara dözür.Bu palmanı külək və qar çox zədələyir, yarpaqlarını qırır.Yay aylarında sabal palmasını bol suvarmaq lazımdır.Zəif böyüyür, vegetasiya dövründə 3-5 yarpaq əmələ gətirir. == Azərbaycanda yayılması == Alçaq sabal 1963- cü ildən Mərdəkan dendrarisinə introduksiya olunmuşdur. Bakı , Gəncə , Qəbələ , Lənkəran , Zaqatala və digər şəhərlərdə park və bağlarda becərilir. == İstifadəsi == Qazon əkinlərində, küləkdən qorunan rütubətli yerlərdə tək və qrup halında becərilməyə yararlıdır. == İstinadlar == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Cabal ad Dukhan
Cabal ad Dukhan (ərəb. جبل الدخان‎) — Bəhreyn dövtəlinin ən hündür zirvəsi. Zirvənin hündürlüyü 134 metrdir. Zivə ölkənin ən iri adası olan Bəhreyn adasında yerləşir. Ərəb dilindən tərcümədə "Tüstülənən dağ" mənasını verir. İsti günlərdə dağda duman əmələ gəlir. Görünür dağın adı buradan götürülmüşdür. Burada daş dövrünə aid çaxmaq daşından hazırlanmış silahlar aşkar edilmişdir.
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Haqqında == "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.
Mari Joy Tabal
Mari Joy Tabal (13 iyul 1989) — Filippinli marafonçu. Mari Joy Tabal Filippini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mari Joy Tabal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 2 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 124-cü yeri tutdu.
Tomas De Vaal
Tomas de Vaal (ing. Thomas de Waal; 7 dekabr 1966, Nottingem, İngiltərə) — britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi; Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir. Bir çoxları kimi Tomas de Vaal da the BBC World Service, the Moscow Times, və The Times üçün çalışmışdır. 2008-ci ilin dekabrınadək o, Müharibə və Sülh Xəbərləri İnstitutunda Qafqaz üzrə redaktor, sonralar isə sülhməramlı QHT olan Barışıq Resurslarında tədqiqatçı olaraq çalışmışdır. O, "Çeçenistan: Qafqazda fəlakət" kitabının (New York 1998) həmmüəllifi və "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının (New York 2003) isə müəllifidir. Müəllif, Oksfordda yerləşən Balliol Kollecini Müasir Dillər (Rus və Müasir Yunan dili) Birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı kitabının rus dilinə tərcümə edilmiş versiyasını təqdim etmək üçün Rusiyaya gəlmək istəyən müəllifə Rusiya Xarici İşlər Nazirliyi viza verməmişdir. Səbəb olaraq isə qeyd etmişdilər ki, "dövlət təhlükəsizliyini təmin etmək məqsədilə" viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad etmişlər. == Əsərləri == Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (2003) Çeçenistan: Qafqaz fəlakəti / Chechnya: Calamity in the Caucasus (1998) Chechnya: Calamity in the Caucasus. NYU Press.
Tom de Vaal
Tomas de Vaal (ing. Thomas de Waal; 7 dekabr 1966, Nottingem, İngiltərə) — britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi; Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir. Bir çoxları kimi Tomas de Vaal da the BBC World Service, the Moscow Times, və The Times üçün çalışmışdır. 2008-ci ilin dekabrınadək o, Müharibə və Sülh Xəbərləri İnstitutunda Qafqaz üzrə redaktor, sonralar isə sülhməramlı QHT olan Barışıq Resurslarında tədqiqatçı olaraq çalışmışdır. O, "Çeçenistan: Qafqazda fəlakət" kitabının (New York 1998) həmmüəllifi və "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının (New York 2003) isə müəllifidir. Müəllif, Oksfordda yerləşən Balliol Kollecini Müasir Dillər (Rus və Müasir Yunan dili) Birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı kitabının rus dilinə tərcümə edilmiş versiyasını təqdim etmək üçün Rusiyaya gəlmək istəyən müəllifə Rusiya Xarici İşlər Nazirliyi viza verməmişdir. Səbəb olaraq isə qeyd etmişdilər ki, "dövlət təhlükəsizliyini təmin etmək məqsədilə" viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad etmişlər. == Əsərləri == Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (2003) Çeçenistan: Qafqaz fəlakəti / Chechnya: Calamity in the Caucasus (1998) Chechnya: Calamity in the Caucasus. NYU Press.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Avdal
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. Avdal (Tovuz) — Tovuz rayonunda kənd.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Babol
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi".Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi. Bu nəinki ebal üçün həm də qonşu bölgələr üçün böyük bazar və limandır.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir.Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır. Azərbaycan tarixçisi Mirzə Adıgözəl Bəy kabarları Qarabağın qədim sakinlərindən biri saymışdır.
İqbal
İqbal — kişi adı.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.