Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danish Singles Chart
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Güllər vadisi
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi. Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb.
Hitan vadisi
Əl-Hitan vadisi (ərəb. وادي الحيتان‎, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir. Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır. == Tarix == Ərazidə tapılan fosillər ən qədim qalıqlar olmaya bilər, lakin ərazidəki miqdarı və qorunma dərəcəsi o qədərdir böyükdür ki, hətta bəzi daxili quruluşlar da toxunulmaz olaraq qalmışdır. Əl-Hitan vadisində tapılan köpəkbalığı, timsah, mişar balığı, tısbağa və skat kimi digər erkən heyvanların fosillərinin olması, bu dövrün ekoloji şərtlərini yenidən canlandırmağa imkan verir. Balinaların ilk qalıq skeletləri 1902-1903-cü illərin qışında aşkar edilmişdir. Sonrakı 80 il ərzində əsasən əraziyə çatmaq çətinliyi ilə əlaqədar olaraq ərazi daha az maraq görmüşdür.
Kanisi (Urmiya)
Kanisi (fars. كنيسي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (73 ailə).
Krallar vadisi
Krallar vadisi və ya Fironlar vadisi (ərəb. وادي الملوك Wadi Biban el-Muluk)‎) — Misirdə yerləşən vadi. On səkkizincı sülalə və İyirminci sülalədən olan fironların və onlara yaxın olan əyanlardan bəzilərinin məzarları burada yerləşir.
Kurtlar Vadisi
Qurdlar Vadisi — Osman Sınav tərəfindən yaradılmış və Raci Şaşmazın qələmə aldığı Türkiyənin siyasi məsələlərindən bəhs edən türk film və teleserial seriyasıdır. Seriyanın serial və filmlərində bir çox məşhur aktyorlar oynayıb. Serialın ilk 55 bölümündə prodüser və rejissor Osman Sınav, 56–97-ci bölümlər arasında prodüser Raci Şaşmaz və rejissor kürsüsündə Sərdar Axar əyləşmişdir. 97-ci bölümdəki finaldan sonra Qurdlar Vadisi: Terror adı ilə 2 bölüm izləyici qarşısına çıxıb. Bu serialın yayımnan çıxarılmasından sonra Qurdlar Vadisi: Pusqu 300 seriya ilə izləyici qarşısına çıxıb. 2013-cü ildə Şaşmaz qardaşlarının fikir ayrılığı üzərinə, Raci Şaşmaz və Bahadır Özdənər seriyanın ssenari müəllifi və prodüser vəzifələrindən istefa veriblər. Onların yerinə Cahid Qayaoğlu kimi daha təcrübəsiz adlar gəldi və nəticədə reytinqlər düşməyə başladı. Qurdlar Vadisi: Pusqunun son bölümü olan 300-cü bölümdə reytinqlər 4-ə qədər düşüb. Serialın bitməsindən 1 il sonra TRT 1-də yayımlanan Qurdlar Vadisi: Vətən 5,43 reytinq alıb. Ən çox reytinq alan teleserial bölümləri 23 reytinq xalı ilə Qurdlar Vadisinin finalı olan 97-ci bölüm, və 25,43 reytinq ilə Qurdlar Vadisi: Pusqunun 45-ci bölümüdür.
Körpübaşı (Manisa)
Körpübaşı (türk. Köprübaşı) — Manisa ilinin ilçəsi. == Təhsil == İlçədə 4 ibtidai təhsil məktəbi, 1 çox proqramlı lisey, 1 Anadolu lisesi və Cəlal Bayar Universitetinə bağlı 1 Peşə Yüksekokulu var.
Küplər vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Kəşmir vadisi
Kəşmir vadisi — Böyük Himalay dağları və Pir-Pəncəl silsiləsi arasında tektonik çökəklik. 1600 m yüksəklikdədir. Uzunluğu təqribən 200 km, eni isə 65 km-dir. İqlimi mülayim istidir. Çoxlu göl var. Vadidən gəmiçiliyə yararlı Celam çayı axır. Palıd, göyrüş, ağcaqayın meşələri, yamaclarında iynəyarpaqlı meşələr var. İqlim kurortudur. Turizm inkişaf etmişdir. Hindistanın Srinaqar şəhəri Kəşmir vadisindədir.
Loire Vadisi
Luara vadisi (fr. Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Luara vadisi
Luara vadisi (fr. Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Manisa Tarzanı
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Manisa ili
Manisa ili — Manisa, Türkiyənin bir ili və ən sıxlıq on dördüncü şəhəri. 2014 etibarilə 1.363.995 əhaliyə malikdir. Ege Bölgəsində iştirak edən ildə 17 ilçe tapılar. Əhali baxımından İzmirdən sonra bölgədəki 2. böyük ilidir. "Şehzadeler Şəhəri" olaraq da bilinir. Şəfalı Mesir pastası və Sultaniyə Üzümü ilə tanınır. Antik dövrdə "Magnesia", Roma İmperatorluğu dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq adlandırılmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. == Təsvir == Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Muradımov vadisi
Muradımov vadisi — Başqırdıstan Respublikası ərazisində yerləşən təbiət parkı. Başqırdıstan Respublikası Nazirlər Kabinetinin «„Muradımov vadisi“ təbiət parkı haqqında» 10 saylı 23 yanvar 1998-ci il qərarı ilə təşkil olunmuşdur. Çayın axdığı ərazilərdə əhəng daşı suxurlarının olduğundan dfərənin dərinliyi bəzən 100 metrə çatır. Geoloji tədqiqatlar üçün mükəmməl çılpaq qayalar əlçatandır. Respublikanın cənub-şərq hissəsindən və Çelyabinsk vilayətindən parka Maqnitoqorsk — Sibay — Baymak — Zilayir — Mrakovo — Təbiət parkı avtomobil xətti ilə gəlmək mümkündür. Orenburqun yaxın rayonlarından Orenburq — Kumertau — Mrakovo, Tyulpan — Nazarkino — Mrakovo, Saraktaş — İsyakul — Mrakovo avtomagistralları ilə gəlçmək mümkündür. Mrakovodan Muradımova qədər məsafə 22 km-dir. Yol çınqılı örtüyə sahibdir. Parkın ərazisini əhatə edən ərazinin inkişaf tarixi uzun və mürəkkəbdir. Bölgə relyefinin formlaşmasına daha çox geoloji proseslər təsir göstərmişdir.
Xaniş
Xanış adası (ərəb dilində:جزر هانيش‎‎) — Qırmızı dənizdə arxipelaq. Onun adalarının çoxu Yəmənə məxsusdur, lakin 1995-1998-ci illərdə bu adalara Eritreya da iddia etmişdir. Arxipelaq üç böyük adadan və çoxlu xırda adalardan ibarətdir. Ən böyük ada - Zukar adası (Sahəsi - 120 kv. km.-dir) arxipelaqın şimalında yerləşir. İkinci böyük ada olan Əl-Xaniş-əl-Kabir (Great Ḩanīsh) adası (sahəsi - 116 km. km.-dir) isə arxipelaqın cənubunda yerləşir. Bu iki adanın arasında Əl-Xaniş-əl-Saqir (Little Ḩanīsh) adası və bir neçə kiçik ada yerləşir. 1923-cü ilədək Xaniş adasına Türkiyə iddia etmişdir.Həmin vaxtdan 1941-ci ilədək Xaniş arxipelaqı İtaliya müstəmləkəsi olan Eritreyanın idarəsi altında olmuşdur. 1941-ci ildə İtaliyanın müstəmləkə ordusu məğlubiyyətə uğradıqdan sonra Britaniya ordusu Eritreya üzərində protektoratlığını elan etdi.
Şanış
Şanış (az-əbcəd. شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).