Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cesika Qədirova
Cesika Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. İkiqat Avropa çempionu. Əkiz bacısı Ceniferlə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.
Cesika Senfild
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Velika Plana
Velika Plana (serbcə: Велика Плана) — Serbiyanın Podunavlye rayonunda yerləşən qəsəbə və bələdiyyədir. Bələdiyyə Morava çayının sol sahilində yerləşir. Ərazisi 345 km² olan bələdiyyənin əhalisi 2011-ci ildəki statistik məlumatlara əsasən 40,578 nəfər təşkil edir. Velika Plananın iqtisadiyyatı sənayeyə əsaslanır və şəhərdə dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin istehsalçısı olan Goša FOM-un bir filialı və müdafiə sənayesi üçün detallar tədarük edən fabrik yerləşir.
Cessika
Cessika — ad. Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Cessika Steffens — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Cessika Muskat — Malta müğənnisi və aktrisası.
Ivesia
Qaytarma (lat. Potentilla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Pentaphylloides Duhamel Quinquefolium Ség.
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Leksikologiya dilin lüğət tərkibindən bəhs edir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.
Meksika
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
VXSİDA
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edir. Agentliyin vəzifəsi həmçinin xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 13 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Həmin ilin sentyabrın 5-də prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Agentliyin fəaliyyətə başlaması 29 dekabr 2012-ci ilə təsadüf edib. 2014-cü ilin 13 fevralında Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib. Həmin ilin yayında Agentliyin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin sonlarında, 15 dekabrda Agentlik OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü. 2015-ci ildə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb.
Versiya
Versiya (lat. versio — dəyişiklik) — hansısa faktın müxtəlif izahı. Versiya — cinayət işinin baxılmasında müstəntiqin və məhkəmənin düzgün qərar üçün təxmin etdiyi mülahizə. Versiya — 1)rəvayət, şayiə; 2)xəbər; 3)eyni hadisənin və ya faktın başqa variantda (bir-birindən fərqli), bir neçə cür ifadə və izah edilməsi; 4)müəyyən proqramlaşdırma dilinin hazırlanan və yayılan növbəti variantı; 5)ehtiyatların paylanması sisteminin əvvəllər alınmış ehtiyata (məsələn, yaddaş bloku, rabitə xətti və s.) qaytarılması; 6)proqram məhsulunun redaksiyası. Adətən, ədədlərlə ifadə olunur, məsələn 2.0 onu bildirir ki, bu, proqramın ilk buraxılışının ikinci redaksiyasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Erika
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Evnika (nereida)
Evnika (yun. Εὐνείκη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Grevillea vestita
Grevillea vestita (lat. Grevillea vestita) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea vestita (Endl.) Christenh. & Byng Manglesia vestita Endl. Grevillea vestita subsp. isopogoides McGill. Grevillea vestita subsp.
Hydrangea vestita
Hydrangea heteromalla (lat. Hydrangea heteromalla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Ivesia aperta
Potentilla aperta (lat. Potentilla aperta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Ivesia aperta (J.T.Howell) Munz Potentilla aperta var. aperta Potentilla aperta var.
Ivesia argyrocoma
Potentilla argyrocoma (lat. Potentilla argyrocoma) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Horkelia argyrocoma Rydb. Ivesia argyrocoma (Rydb.) Rydb. Potentilla argyrocoma var. argyrocoma Potentilla argyrocoma var.
Ivesia baileyi
Potentilla baileyi (lat. Potentilla baileyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Horkelia baileyi (S.Watson) Rydb. Ivesia baileyi S.Watson Ivesia baileyi subsp. typica D.D.Keck Potentilla baileyi var. baileyi Potentilla baileyi var.
Ivesia callida
Potentilla callida (lat. Potentilla callida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Ivesia callida (H.M.Hall) Rydb. Potentilla shockleyi var. callida (H.M.Hall) Jeps.
Vesta
Ivesia gordonii
Potentilla gordonii (lat. Potentilla gordonii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Horkelia gordonii Hook. Ivesia gordonii (Hook.) Torr. & A.Gray Potentilla gordonii var. alpicola (Rydb. ex Howell) Mosyakin & Shiyan Potentilla gordonii var. gordonii Potentilla gordonii var. ursinorum Jeps. Potentilla gordonii var.
Ivesia jaegeri
Potentilla jaegeri (lat. Potentilla jaegeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Ivesia jaegeri Munz & I.M.Johnst.
Ivesia longibracteata
Potentilla longibracteata (lat. Potentilla longibracteata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Ivesia lycopodioides
Potentilla lycopodioides (lat. Potentilla lycopodioides) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Horkelia lycopodioides (A.Gray) Rydb. Ivesia gordonii var. lycopodioides (A.Gray) S.Watson Ivesia lycopodioides A.Gray Ivesia lycopodioides subsp. typica D.D.Keck Potentilla gordonii var. lycopodioides (A.Gray) Greene Potentilla lycopodioides var. lycopodioides Potentilla lycopodioides var. megalopetala (Rydb.) J.T.Howell Potentilla lycopodioides var.
Ivesia unguiculata
Potentilla unguiculata (lat. Potentilla unguiculata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Horkelia unguiculata (A.Gray) Rydb.
Deşima
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi. Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu.
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az-əbcəd. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
Beşik
Beşik — körpə uşaqlar üçün nəzərdə tutlmuş kiçik yataq - kiçik çarpayı və ya zənbil. Bəzən "Beşik" sözünü məcazi məna da da işlədirlər. Məsələn, "Azərbaycan muğam sənətinin beşiyidir" və ya "Qarabağ Azərbaycan musiqisinin beşiyidir".
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Əşiya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.