VXSİDA

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edir. Agentliyin vəzifəsi həmçinin xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etməkdir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Loqonun şəkli
Azərbaycan Respublikasının Dövlət Gerbi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 13 iyul 2012
Tabelik Azərbaycan Respublikasının Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Akademik Həsən Əliyev küçəsi, 36
Rəhbərlik
Sədr Ülvi Mehdiyev
Sədr müavini Ceyhun Salmanov

Rəsmi saytı vxsida.gov.az

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 13 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır.[1][2] Həmin ilin sentyabrın 5-də prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu.[3][4] Agentliyin fəaliyyətə başlaması 29 dekabr 2012-ci ilə təsadüf edib.[3] 2014-cü ilin 13 fevralında Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib.[5][6] Həmin ilin yayında Agentliyin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü.[7] 2014-cü ilin sonlarında, 15 dekabrda Agentlik OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü.[8]

2015-ci ildə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb.[9] Həmin ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub.[10]

"ASAN xidmət" mərkəzləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: ASAN xidmət

Agentliyin fəaliyyətə başladığı gün, 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu.[11][12] 3 may 2013-cü ildə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı olub.[13] Bundan bir neçə həftə sonra — mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı olub.[14] 2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur.[10] 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzin açılışı olub.[15] 2013-cü ilin sonlarında, dekabrın 21-də Gəncədə "ASAN xidmət" mərkəzinin açılışı oldu.[16] 2014-cü ildə mayın 7-də Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı oldu.[17] 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu.[18] Bundan təxminən üç ay sonra, 13 mart 2015-ci ildə Bərdədə Azərbaycanda sayca səkkizinci "ASAN xidmət" mərkəzinin açılışı oldu.[19] Həmin ilin yayında, iyulun 14-də 5 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı.[20] 2016-cı ildə MasallıQəbələdə də "ASAN xidmət" mərkəzinin açılışı olub.[21] 2017-ci ildə Qubada, 2018-ci ildə Mingəçevirdə, İmişlidə və Şəkidə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2019-cu ildə Şamaxıda, 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2021-ci ildə 6 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2022-ci ildə 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi, 7 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi, 2023-cü ildə Salyan regional "ASAN xidmət" mərkəzi və Naxçıvan regional "ASAN xidmət" mərkəzi, 2024-cü ildə Lənkəran regional "ASAN xidmət" mərkəzi əaliyyətə başlayıb.

"ASAN xidmət" mərkəzləri "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir.[22] "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur.[23] Xidmətlərin göstərilməsində ştatlı işçilərlə yanaşı könüllülər də çalışır.[24] "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları və özəl müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.[25] Bundan başqa xidmət mərkəzlərində bank, sığorta, hüquqi yardım və digər funksional yardımçı xidmətlər də təşkil olunur.[26][27] Həmçinin müxtəlif sosial layihələr də keçirilir.[28][29][30] İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 70 milyondan çox müraciət edilib.[31]

İdeya bankı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün 20 noyabr 2012-ci ildə yaradılıb və ilk ideya da elə həmin tarixdə qəbul olunub.[32][33] İdeya bankı vasitəsilə vətəndaşlar sistemin inkişafı üçün öz təkliflərini verə bilərlər.[6] İndiyə qədər İdeya bankına yüzlərlə təklif göndərilib və onların bir çoxu reallaşıb.[34] İdeya bankı vasitəsilə reallaşmış ideyalara xidmət mərkəzlərində vətəndaşların istifadəsi üçün yaradılmış "ASAN kitabxana", 2015-ci ilin sonlarından fəaliyyətə başlayan "ASAN Radio", Günəş batareyalarımodem ilə təchiz olunmuş "ASAN oturacaq", uşaqların yol hərəkəti qaydalarını öyrənməyi üçün nəzərdə tutulmuş "Uşaq avtoşəhərciyi"ni misal göstərmək olar.[33]

border=none Əsas məqalə: ASAN Radio

ASAN Radio Agentliyin tabeliyində fəaliyyətə göstərir. Radionun açılması ilə bağlı Milli Televiziya və Radio Şurası 8 sentyabr 2015-ci ildə 6 illik lisenziya verib[35] və ASAN Radio 24 dekabr 2015-ci ildə 100.0 MHz tezliyində sınaq yayımına başlayıb.[36] Radionun direktoru Emin Musəvidir.[37] ASAN Radio Azərbaycan dilində yayımlanır.[38]

  • İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat: 2014;
  • OHSAS 18001:2007 standartı: 2014;

"ASAN xidmət" mərkəzlərinə verilən mükafatlar

  • "Uğur 2013" mərkəzlərinin "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyası qalibi: 2013;
  • BMT-nin Dövlət Xidmətləri Mükafatı: 2015;
  • Britaniya Əməyin Mühafizəsi Şurası "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə mükafat: 2015;
  • "Dövlət saytı" nominasiyasında NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı: 2018
  1. ""Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 685 nömrəli Fərmanı" (az.). E-qanun.az. 2013-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
  2. "Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb" (az.). Trend.az. 13 iyul 2012. 2020-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  3. 1 2 "Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli "[[ASAN xidmət]]" mərkəzinin açılışında iştirak edib" (az.). Trend.az. 29 dekabr 2012. İstifadə tarixi: 28 aprel 2016.[ölü keçid]
  4. (az.). Trend İnformasiya Agentliyi. 7 sentyabr 2012. (#cite_web_url); (#accessdate_missing_url)
  5. ""ASAN Xidmət" İSO sertifikatı aldı" (az.). Lent.az. 25 fevral 2014. 2017-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  6. 1 2 "ASAN successes acknowledged in UK Parliament" (İngiliscə). teas.eu. 23 iyul 2014. 2015-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  7. "Azərbaycan iqtisadiyyatının liderləri "Uğur" mükafatına layiq görüldülər" (az.). Trend İnformasiya Agentliyi. 5 iyun 2014. 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  8. ""ASAN xidmət" beynəlxalq dərəcəli sertifikata layiq görülüb" (az.). Trend.az. 18 dekabr 2014. 2016-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
  9. ""ASAN xidmət" BMT-nin mükafatına layiq görülüb" (az.). Lent.az. 12 may 2015. 26 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
  10. 1 2 "Əmək mədəniyyəti və milli inkişaf" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 21 fevral 2015. 2020-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
  11. ""Asan xidmət"dən paytaxt sakinlərinə şad xəbər" (az.). Lent.az. 29 dekabr 2012. 2018-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  12. ""ASAN xidmət" mərkəzi fəaliyyətə başladı" (az.). Olaylar.az. 15 yanvar 2013. 2015-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  13. "Sumqayıtlıların işi "ASAN" olacaq" (az.). Lent.az. 3 may 2013. 5 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  14. "2 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb" (az.). Lent.az. 5 iyun 2012. 2018-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  15. "Bakılıların işi bir az da "ASAN" laşdı" (az.). Lent.az. 17 sentyabr 2013. 2018-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  16. "Gəncədə "Asan Xidmət" Mərkəzi açılıb" (az.). Lent.az. 21 dekabr 2013. 2013-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  17. "4 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı" (az.). Lent.az. 7 may 2014. 19 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  18. "Prezident Sabirabad rayonuna səfər edib" (az.). Lent.az. 15 dekabr 2014. 2014-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  19. "Qarabağ bölgəsində ilk "ASAN xidmət" mərkəzi açıldı" (az.). Lent.az. 13 mart 2015. 2015-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  20. "Prezident 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında" (az.). Lent.az. 14 iyul 2015. 2016-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  21. "Prezidentin tapşırığına əsasən "ASAN xidmət" fəaliyyətini və əhatə dairəsini genişləndirir" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2016. 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  22. Elmidar Əliyev. ""ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan brendidir" (az.). Anspress.com. 7 may 2014. 5 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  23. Elmidar Əliyev. "Azerbaijan: State Agency for Public Services and Social Innovations Under President Established". Trend.az (İngiliscə). Unpan.org. 19 may 2014. 21 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  24. Elmidar Əliyev. "İnam Kərimov: "Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz"" (az.). Anspress.com. 19 may 2014. 3 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  25. "Prezidentin tapşırığına əsasən "ASAN xidmət" fəaliyyətini və əhatə dairəsini genişləndirir" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2016. 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  26. Çingiz Rüstəmov. ""Guardian" qəzeti: Azərbaycanın dövlət xidmətləri üçün "bir pəncərə" mərkəzi səmərəliliyi artırır" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 1 avqust 2013. İstifadə tarixi: 12 aprel 2016.
  27. "Funksional yardımçı xidmətlər" (az.). Asan.gov.az. 2016-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  28. Mahir Babayev. ""Yaşıl dağ" aksiyası maraqla qarşılanır" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 6 noyabr 2015. İstifadə tarixi: 13 aprel 2016.
  29. Ülviyyə R. Əli. ""ASAN xidmət"dən "Sənədsiz məktəbli qalmasın" aksiyası" (az.). Oxu.az. 26 noyabr 2015. 2015-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  30. ""Əsgərə Məktub!" layihəsinə başlandı" (az.). lent.az. 5 aprel 2016. İstifadə tarixi: 19 aprel 2016.[ölü keçid]
  31. "Arxivlənmiş surət". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-04.
  32. ""ASAN xidmət"in "İdeya Bankı"nın əhatə dairəsi genişlənir" (az.). salamnews.org. 10 aprel 2015. 2015-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
  33. 1 2 "İdeya Bankı Haqqımızda" (az.). ideyabanki.org. 10 aprel 2015. 2016-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
  34. ""ASAN xidmət"in "İdeya Bankı"nın əhatə dairəsi genişlənir" (az.). Trend İnformasiya Agentliyi. 10 aprel 2015. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
  35. ""Asan radio" fəaliyyətə başlayır" (az.). publika.az. 9 sentyabr 2015. 2016-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  36. Yeganə Əsgərova. "Azərbaycanda yeni radio yayıma başladı" (az.). Anspress.com. 9 sentyabr 2015. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  37. ""ASAN FM" radiosunun rəhbəri məlum oldu" (az.). Trend.az. 5 oktyabr 2015. 2015-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  38. Elmir Murad. "Azərbaycanda daha bir radio fəaliyyətə başlayır" (az.). Trend.az. 23 noyabr 2015. 2016-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]