Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vickery
Coys Uinifred Vikeri (ing. Joyce Winifred Vickery; 15 dekabr 1908 – 29 may 1979, Melburn) — Avstraliya botaniki.
HMS Victory
“Əlahəzrətin gəmisi Viktoriya” (ing. HMS — Her or His Majesty’s Ship Victory; 1765) — üç dorlu, 104 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus I ranq xətt gəmisi. 23 iyul 1759-cu ildə əsası qoyulmuş və 7 may 1765-ci ildə suya salınmışdır. Bir çox döyüşlərdə, o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir. Məhz bu gəminin göyərtəsində Admiral Nelson yaralanmışdır. 12 yanvar 1922-ci ildən gəmi qədim tərsanə Portsmutda doka dayanmışdır. Hal hazırda muzey kimi istifadə edilir. Bu muzey Portsmutun ən görməli yerlərindən sayılır. == Sürsatı == HMS Victory gəmisi müxtəlif dövrlərdə bir neçə dəfə yenidən layihələndirilmişdir. İlk olaraq 100 döyüş topuna malik layihə 1758-ci ilə aiddir.
Victory (albom)
Victory (azərb. Qələbə‎) - 2002-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Villeroy & Boch
Villeroy & Boch (Fransızca tələffüz: [vilʁwa e bɔk], alman: [ˌvɪlərɔɪ.ʔʊntˈbɔx]) — keramik məhsullar istehsal edən Almaniya brendirir. Şirkətin əsası 1748-ci ildə Fransua Box və Nikolas Villerua tərəfindən qoyulmuşdur və şirkətin mərkəzi ofisi Almaniyanın Metlax şəhərində yerləşir.
Victory (Modern Talking albomu)
Victory (azərb. Qələbə‎) - 2002-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Ready For The Victory (Modern Talking)
Ready For The Victory (azərb. Qələbə üçün hazır‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Vilyam Viçerli
Vilyam Uiçerli(ing. William Wycherley, 1640 — 1 yanvar 1716) — ingilis dramaturqu. == Həyatı == Bərpa dövrünün ingilis komediyasının ən nümayəndəsi U.Uiçerlidir. Onun komediyalarının qəhrəmanı soyuq, abırsız, xudbin, ancaq öz ehtiraslarını təmin etməyə can atan bir zadəgandır. Dvoryan, yaxud iri burjua dairələrinə mənsub olmasından asılı olmayaraq o, ikrahedici, alçaq, əxlaqsız bir varlıqdır. Dramaturqun "Kənd arvadı" adlı komediyası bu baxımdan səciyyəvidir. Əsərin qəhrəmanı pozğun bir adamdır. London-da keçirdiyi sevgi macəralarından doyan qəhrəman kəndə gəlir, burada qonşu arvadlarla əylənməyə başlayır. Komediya kobud, açıq-saçıq səhnələrlə doludur. Dramaturq belə yüngül, sənətə zidd bir yolla tamaşaçıların diqqətini cəlb etməyə çalışır.
Çiçeron (film, 2019)
Siseron (türk. Çiçero) — 2019-cu ildə çəkilmiş Türkiyə bioqrafik dram filmi. Sərdar Akarın rejissorluğu, Gurxan Tanyaşın ssenaristliyi və Mustafa Uslunun prodüserliyi ilə "Dijital Sanatlar Yapımevi" tərəfindən çəkilən filmin baş rollarında Ərdal Beşikçioğlu, Burcu Biricik, Ərtan Saban, Tamer Levent və Cəm Qurdoğlu var. Film İkinci Dünya müharibəsi başlamazdan əvvəl Nasist Almaniyası üçün casusluq edən "Siseron" ləqəbli alban casus İlyas Baznanın həyatından bəhs edir. Filmin premyerasının 5 yanvar 2019-cu ildə keçirilmişdir. == Süjet == Film 1940-cı illərdə Türkiyədə yaşayan və Böyük Britaniya səfirliyində xidmətçilik edən, həmçinin səfirlikdən əldə etdiyi gizli sənədləri pul qarşılığında Nasist Almaniyasına verən İlyas Baznanın həyatından bəhs edir. == İstehsal == 28 mart 2018-ci ildə İstanbul şəhərində keçirilən mətbuat konfransında "Dijital Sanatlar Yapımevi"nin sədri Mustafa Uslu İlyas Baznanın həyatından bəhs edən bir film çəkdiklərini açıqlamışdır. Filmin rejissorluğunu Sərdar Akarın, ssenaristliyini Əli Can Yaraşın etdiyini bildirən Uslu "ilk dəfə bir türk filmində Çörçill, Hitler, Stalinlə Ruzvelt və İsmət İnönü bir yerdə olacaq" demişdir. Əlavə olaraq, Uslu Nasist Almaniyasının T-4 öldürmə proqramının "ilk dəfə bir kinoteatr filmində təsvir ediləcəyini" demişdir. "Ayla" filminin də prodüserliyini etmiş Uslu keçirilən mətbuat konfransında "filmin dünyada Ayladan daha çox mükafat görəcəyini" iddia etmişdir.