Çiçeron (film, 2019)

Siseron (türk. Çiçero) — 2019-cu ildə çəkilmiş Türkiyə bioqrafik dram filmi. Sərdar Akarın rejissorluğu, Gurxan Tanyaşın ssenaristliyi və Mustafa Uslunun prodüserliyi ilə "Dijital Sanatlar Yapımevi" tərəfindən çəkilən filmin baş rollarında Ərdal Beşikçioğlu, Burcu Biricik, Ərtan Saban, Tamer LeventCəm Qurdoğlu var. Film İkinci Dünya müharibəsi başlamazdan əvvəl Nasist Almaniyası üçün casusluq edən "Siseron" ləqəbli alban casus İlyas Baznanın həyatından bəhs edir.[2]

Siseron
türk. Çiçero
Filmin rəsmi afişası.
Filmin rəsmi afişası.
Janr Bioqrafik dram
Rejissor Sərdar Akar
Prodüser Mustafa Uslu
Əsərin müəllifi Piter Steyqer
Ssenari müəllifi Gurxan Tanyaş
Baş rollarda Ərdal Beşikçioğlu
Burcu Biricik
Ərtan Saban
Tamer Levent
Cəm Qurdoğlu
Operator Mustafa Preşeva
Bəstəkar Fahir Atakoğlu
Rəssam Soydan Kuş
İstehsalçı Dijital Sanatlar Yapımevi
İlk baxış tarixi 5 yanvar 2019 (Türkiyə)
Büdcə 20.000.000 [1]
Ölkə Türkiyə
Dillər Türk dili
İngilis dili
Alman dili
İl 2019
Rəng Rəngli
IMDb ID8385420

Filmin premyerasının 5 yanvar 2019-cu ildə keçirilmişdir.[3]

Film 1940-cı illərdə Türkiyədə yaşayan və Böyük Britaniya səfirliyində xidmətçilik edən, həmçinin səfirlikdən əldə etdiyi gizli sənədləri pul qarşılığında Nasist Almaniyasına verən İlyas Baznanın həyatından bəhs edir.[4]

28 mart 2018-ci ildə İstanbul şəhərində keçirilən mətbuat konfransında "Dijital Sanatlar Yapımevi"nin sədri Mustafa Uslu İlyas Baznanın həyatından bəhs edən bir film çəkdiklərini açıqlamışdır. Filmin rejissorluğunu Sərdar Akarın, ssenaristliyini Əli Can Yaraşın etdiyini bildirən Uslu "ilk dəfə bir türk filmində Çörçill, Hitler, Stalinlə Ruzveltİsmət İnönü bir yerdə olacaq" demişdir.[5] Əlavə olaraq, Uslu Nasist Almaniyasının T-4 öldürmə proqramının "ilk dəfə bir kinoteatr filmində təsvir ediləcəyini" demişdir.[6] "Ayla" filminin də prodüserliyini etmiş Uslu keçirilən mətbuat konfransında "filmin dünyada Ayladan daha çox mükafat görəcəyini" iddia etmişdir.[5] O, daha sonra filmin kinematoqrafı "Ayla" filmində birlikdə işlədiyi Jan-Pol Seresinin, rəssamının Yavuz Fazlıoğlunun, bəstəkarının isə Fahir Atakoğlunun olacağını açıqlamışdır.[7]

2018-ci ilin mart ayında İlyas Bazna rolunu Ərdal Beşikçioğlunun canlandıracağı və filmin aktyor heyətinin ümumi olaraq, xarici aktyorlardan ibarət olacağı açıqlanmışdır. Verilən açıqlamada Türkiyədən kənarda yaşayan aktyorlar ilə danışıqların hələ də davam etdiyi və bu aktyorlar arasında İtaliya aktrisası Monika Belluççinin olduğu bildirilmişdir.[8]

2018-ci ilin mart ayında keçirilən mətbuat konfransında filmin rejissoru olan Sərdar Akar çəkilişləri Berlin, Macarıstan, İstanbulAnkarada reallaşacağını və təxminən səkkiz həftə davam edəcəyini açıqlamışdır.[7] Filmin ümumi çəkilişlərinə 2018-ci ilin iyun ayının ikinci həftəsində start verilmiş, 31 iyul 2018-ci ildə isə sona çatmışdır.[9]

28 mart 2018-ci ildə İstanbul şəhərinin Əyyubsultanda yerləşən "Mələk" kinoteatrında gerçəkləşən təqdimat konfransında filmin premyerasının 9 yanvar 2019-cu ildə keçirilməsinin planlaşdırıldığı açıqlanmışdır.[5] Həmin təqdimat konfransında film ilk treyleri nümayiş etdirilmişdir.[10]

  1. "Ayla filminin yapımcısından bir casusluk öyküsü... Çiçero'nun çekimleri başladı". Haberturk.com (türk). haberturk.com. 29 mart 2018. 30 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  2. "Erdal Beşikçioğlu 'Çiçero' ile dönüyor". NTV (türk). ntv.com.tr. 29 mart 2018. 6 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  3. "Kahramanlık Hikayesi "Çiçero"dan İlk Fragman!" (türk). Beyazperde.com. 28 mart 2018. 6 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  4. "Yüzyılın Casusluk Hikayesi 'Çiçero'dan ilk fragman". NTV (türk). ntv.com.tr. 29 mart 2018. 30 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  5. 1 2 3 Uştuk, Hilal. "Yüzyılın casusluk hikayesi 'Çiçero' beyazperdeye aktarılıyor". Anadolu (agentlik) (türk). aa.com.tr. 28 mart 2018. 12 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  6. Qızgınyürək, Mustafa. "Erdal Beşikçioğlu ajan oldu: 'Almanlarda öz eleştiri var'". Sözcü (türk). sozcu.com.tr. 29 mart 2018. 12 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  7. 1 2 "Yüzyılın casusluk hikayesi Çiçero beyazperdeye aktarılıyor". NTV (türk). ntv.com.tr. 29 mart 2018. 28 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  8. "'Çiçero' için geri sayım başladı". Milliyyət (türk). milliyet.com.tr. 29 mart 2018. 5 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  9. "Erdal Beşikçioğlu ile "Çiçero"nun Çekimleri Başladı!" (türk). Beyazperde.com. 11 iyun 2018. 12 yun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.
  10. "Çiçero filminden ilk fragman". Milliyet Sanat (türk). milliyetsanat.com. 29 mart 2018. 30 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]