Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Avoska
Avoska — tor zənbil XIX əsrdə Çexiyada Vavrjin Krçil tərəfindən icad olunmuşdu. O saç üçün tor istehsalına başlayır. Lakin bunlara tələbat olmadığını gördükdə ona qulp əlavə edərək zənbil kimi satışa çıxarır. Tor zənbilin üstünlüyü onda idi ki, həm möhkəm olur, həm də cibdə rahat şəkildə yerləşirdi. 1935-ci ildən SSRİ-də geniş şəkildə istifadə olunmağa başlamışdır.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan - gəmi) - yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Kodak
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. == Mülkiyyət == Şirkət səhmləşdirilib və azad satışdadır.2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Kvokka
Kvokka və ya Qısaquyruq kenquru (lat. Setonix brachyurus) — Kenqurular fəsiləsinə, Qısaquyruq kenqurular cinsinə aid olan yeganə növ. == Ümumi xüsusiyyətlər == Kvokkalar xarici görünüş baxımından kenqurular və vallabilərə nisbətdə quyruqları daha kiçik olur və müdafiə xarekteri daşıya bilmir. Böyük ölçülü ev pişiyi və ya orta ölçülü köpək boyda olurlar. Bədənin uzunluğu yarım metr, quyruğu isə 30 sm-dir. Çəkiləri 2,5 - 5 kq arasınfda dəyişir. Gecə həyat tərzi keçirir. Yırtıcılar qarşısında olduqca aciz olurlar. Bu səbəbdən Bold, Rottnest, Pinqvin adalarında və qitənin albani rayonu ərazisinə yayılmışlar. Bu ərazilərdə tülkü və pişiklərə rastlanmadığından bu canılar sərbəst şəkildə yayıla bilirlər.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Toska
Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur. == Yaranma tarixi == Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1.Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.Sovet istehsalı yer-yer tipli operativ–taktiki raket kompleksi "Toçka-U". "Toçka –U" operativ–taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir.
Vodno
Vodno—(mak. Водно) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Vokal
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Volks
Volks (fr. Volx, oks. Vòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04245. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2887 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1815 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1283 nəfər iqtisadi cəhətdən fəal, 532 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 70.7%, 1999-cu ildə 69.6%). Fəal olan 1283 nəfərdən 1116 nəfər (632 kişi və 535 qadın), 116 nəfər işsiz (50 kişi və 66 qadın) idi.
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Alessandro Volta
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Anton Volks
Anton Çarles Volks (8 fevral 1997, London – 19 yanvar 2023, Mayami, Florida) — Tottenhem Hotspur klubuna məxsus, icarə əsasında Portsmut klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == Volks Tottenhem Hotspur akademiyası vasitəsilə inkişaf etmişdir. O, əsas komanda ilə debütünü 21 sentyabr 2016-cı ildə İngiltərə Liqa Kubokunda Gillingem klubuna qarşı oyunda etmişdir. 26 yanvar 2017-ci ildə Volks MLS təmsilçilərindən olan Atlanta Yunayted klubuna icarəyə verilmişdir. İcarə haqqları mediyaya açıqlanmamışdır.O, 2018-ci ilin yanvar ayında Portsmut klubuna icarəyə verilmişdir. == Karyera statistikası == 4 iyul 2017 tarixində yenilənib.
Dalğaqanad sovka
Dokka Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Elena Koşka
Elena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Guido Rokka
Guido Rokka (26 yanvar 1928, Milan – 15 may 1961, Milan) — italyan yazıçısı. == Əsərləri == L'importanza di avere un cavallo (racconto), 1950 (poi Milano, Mursia, 1962) Si spensero i fuochi, Genova, Seit, 1951. (romanzo) La ragazza imprudente, Milano, Corticelli, 1956.
Göybaftalı sovka
Honka FK
Honka - Finlandiya futbol klubu. == Tarixi == "Honka" 1957-ci ildə yaradılıb və tam adı "Football Club Honka Espoo"dur. == Stadionu == Tapiolan şəhərini təmsil edən komanda ev oyunlarını 6000 azarkeş tutumu olan Espoo stadionunda keçirir. Komandanın prezidenti Couko Haryunpaa, baş məşqçisi Mika Lehkosuodur. Komanda 2008/2009 mövsümünü ikinci pillədə başa vurub. == Uğurları == Komanda indiyə qədər ölkə çempionu ola bilməyib. Əvəzində üç dəfə ölkə kubokunu qazanıb: 1969, 2007, 2008. 2009-cu ilin əvvəlində "La Manga Cup"un qalibi olub. Komandada əsasən yerli futbolçulara üstünlük verir. Hoknanın heyətində cəmi bir əcnəbi futbolçu vardır.