Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. Vivo 2009-cu ildə Çində yaradılıb. Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır.
Ovod
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Antonov (zavod)
Antonov zavodu — Kiyevdə yerləşən Ukrayna aviasiya sənayesi dövlət müəssisəsi. Hal-hazırda Antonov ASTC im-ə bağlıdır. O. K. Antonov adına ASTC Dövlət Müəssisəsinin filialı adlandırılır. == Tarix == === 1920—1991 === 12 saylı Dövlət Aviasiya Zavodu (QAZ-12) 1920-ci il sentyabrın 9-da Hərbi Sənaye Şurasının 15178 saylı qərarı ilə kiçik təmir sexləri əsasında qurulmuşdur. Zavodun ilk direktoru və əslində onun təşkilatçısı professor V.Bobrov olmuşdur. İlk illərdə zavodun əsas fəaliyyəti istismarda olan xarici istehsallı təyyarələrin təmiri və onlar üçün ehtiyat hissələrinin istehsalı olur. 1923-cü ildə zavodda K. Kalinin rəhbərlik etdiyi konstruktor bürosu qurulur. 1925-ci ildə zavod 4 yerlik sərnişin təyyarəsi K-1 olan orijinal dizaynlı ilk təyyarənin istehsalını mənimsəyir. Bundan əlavə, zavod planerlər və hidroplanerlər istehsal edir, 1931-ci ildə avtojirlərin istehsalına da yiyələnir. 1932-1934-cü illərdə zavod yüksək sürətli altı oturacaqlı XAI-1 sərnişin təyyarəsini inkişaf etdirir (istehsal 1934-cü ildə mənimsənilir).
Kirov zavod
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Vinod Mehra
Vinod Mehra (13 fevral 1945, Amritsar, Britaniya Hindistanı – 30 oktyabr 1990, Bombey) 13 fevral 1945–ci ildə Amritsaredə anadan olub. Vinod kinoda uşaqkən 1958-ci ildə “Raagni” filmində debüt edib. Aktyor kimi 1971-ci ildə filmlərə çəkilməyə başlayıb. 20 il ərzində 100-dən artıq filmə çəkilib. Filmlərin əksəriyyətində baş rol ona həvalə edilib. Mehra Amitabh Baççan, Sanciv Kuçar, Rajeş Xanna, Dharmendra kimi aktyorlarla tərəf-müqabili olub. Rekha, Mouşmi Çatterci, Yoqita Bali, Şabana Azmi, Bindiya Qosvami kimi aktrisalarla çəkilib. Bir çox filmlərə çəkilməyinə baxmayaraq yalnız Amar Prem, Nagin, Jаni Dushman, Khuddar filmləri ona dünya şöhrəti gətirib. Anurodh (1977), Amardeep (1979) və Bemisaal (1982) filmlərinə görə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Filmfare mükafatı qazanıb. Ölümündən sonra 1990-cı ildə ekranlara çıxan “Üç hiddətli kişi” filminin rejissoru və prodüseri olub.
Vinod Xanna
Vinod Xanna (6 oktyabr 1946, Pişəvər, Britaniya Hindistanı – 27 aprel 2017, Mumbay) məşhur hind aktyoru və rejissoru olmuşdur. 1968-ci ildə başladığı aktyorluq karyerası 2017-ci ildəki vəfatına qədər davam etmişdir. O karyerası ərzində bir çox filmlərdə həm rol almışdır, həm də bir çox filmlərdə prodüserlik və rejissorluq etmişdir.
Dağlarda Zavod (1962)
Fabrik-zavod rayonu
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == CD1 == == CD2 == == DVD == == Mənbə == En Vivo - Genius.
Ovod (roman)
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
VLVO/X
Vikipediya:VikiLayihə Video oyunların Xəbərlər departamentinə xoş gəlmisiniz! Bu səhifə Video oyunlar VikiLayihəsi ilə əlaqədar xəbərləri əhatə edir. Səhifədə video oyunlarla bağlı məqalələrin və siyahıların laboratoriyaya verilməsi, aldığı və ya ala bilmədiyi statuslar barədə məlumat verilir. Xəbərləri oxumaq üçün bu səhifəyə daxil olun.
VLVO/İ
Salam! Bu səhifə Video oyunlar VikiLayihəsinin əhatə etdiyi video oyun-mövzulu səhifələrə töhfə verən istifadəçilər üçün nəzərdə tutulmuşdur. Layihənin bir iştirakçısı olmaq istəyirsinizsə istifadəçi adınızı aşağıdan qeyd edin: Aykhan Zayedzadeh (müzakirə • töhfələr) White Demon (müzakirə • töhfələr) Azerifactory (müzakirə • töhfələr) Babayevv (müzakirə • töhfələr) Neriman2003 (müzakirə • töhfələr) Anar kerimxanov (müzakirə • töhfələr) Hüseynzadə (müzakirə • töhfələr) Anar Məmmədov (müzakirə • töhfələr) Layihə iştirakçıları istifadəçi səhifələrinə {{İstifadəçi VLVO}} şablonunu əlavə edə bilərlər. Layihədə xüsusi fəallıq göstərən istifadəçilər {{Video oyun ulduzu}} ilə mükafatlandırılacaqlar.
İn vivo
İn vivo — ölü bir orqanizmdən, canlı orqanizmin və ya bir orqanizmin tamamının varlığını göstərmək üçün istifadə edilən söz. Biologiyada, in vitro təcrübələri orqan, hüceyrə, protein və ya biomolekullar üzərində tətbiq edilir, lakin tərsinə in vivo tədqiqatı bütün bir orqanizmin üzərində aparılır.
Dağlarda zavod (film, 1962)
Ovod (film, 1955)
"Ovod" (rus. Овод) — rejissor Aleksandr Faynsimmerin filmi. Film italyan vətənpərvərlərinin ana yurdun azadlığı uğrunda avstriyalı işğalçılara qarşı gizli mübarizəsindən bəhs edir. Bu hadisələrin mühitində insanın faciəli taleyi durur. Həmin insan çətinliklərdən keçərək təmiz qəlbli və şövqlü gəncdən barışmaz inqilabçıya — əfsanəvi və ələkeçməz Ovoda çevrilir. Film ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında çəkilmişir. Əsərin müəllifi : Etel Lilian Voyniç Ssenari müəllifi : Yevgeni Qabriloviç Quruluşçu rejissor : Aleksandr Faynsimmer Quruluşçu operator : Andrey Moskvin Baş rəssam : Yevgeni Yeney Bəstəkar : Dmitri Şostakoviç Geyim üzrə rəssam : B. Maneviç Səs operatoru : İ. Volk Qrim rəssamı : V. Ulyanov Filmin direktoru : M. Gendenşteyn Oleq Strijenov – Artur Marianna Strijenova – Cemma Nikolay Simonov – Montanelli Vladimir Etuş – Martini Semyon Svaşenko – Markone Pavel Usovniçenko – Cüzeppe Vadim Medvedyev – Ciovanni Vladimir Çestnokov – Dominikino Ruben Simonov – Kardi Antoni Xodurski – Qrassini Anna Lisyanskaya – Qrassininin arvadı Qriqori Şpigel – Ceyms Yelena Yunger – Yuliya Boris Dmoxovski – şəhər komendantı Yakov Malyutin – polkovnik Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Zod
Zod/Sotk (erm. Սոթք) — Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində kənd. Tarixi Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən kəndin adı 1995-ci ildən Sotk adlandırılmışdır. Bəzi açıqlamalara əsasən "Zod" qədim türk dillərində "sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri" deməkdir. Bir digər açıqlamaya əsasən, Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır. Yeri gəlmişkən, Kəlbəcər rayonu yaxınlığında, Dağlıq Qarabağın şimalından keçən silsilələrdən biri ermənicə Tsavdey silsiləsi adlanır. Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir. XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur.
Azərbaycanda zavod və fabriklər (siyahı)
Azərbaycanda zavod və fabriklər (siyahı)
S.M.Budennoqo adına zavod FK
Semyon Budyonnı tərəfindən əsası qoyulan sərnişin elektrovoz zavodunun işçiləri tərəfindən Bakıda əsası qoyulan futbol klubu. 1954-cü ildə kollektiv Azərbaycan SSR çempionu adını qazanmış, 1955-ci ildə gümüş 1956-cı ildə bürünc medala yiyələnmişdilər.
Yeni Zod
Yeni Zod (əvvəlki adı: Azad) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Azad kənd inzibati-ərazi vahidi tərkibindəki Azad kəndi Yeni Zod kəndi, Azad kənd inzibati-ərazi vahidi Yeni Zod kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin keçmiş adı Suluqdur. 1990-cı ilədək yaşayış məntəqəsinin əhalisi XIX əsrdə Cənubi Azərbaycanın Xoy mahalından köçüb gəlmə ermənilərdən ibarət olmuşdur. İndiki əhalisi Ermənistandan zorla çıxarılmış azərbaycanlılardır. Tarixi mənbələrin verdiyi məlumata görə, III-V əsrlərdə Azərbaycanda feodal istehsal üsuluna keçildi. Feodallar iki qrupa ayrılırdı: dünyəvi və ruhani feodallar. Dünyəvi feodallar iri və xırda feodallar təbəqəsindən ibarət idi. Xırda feodallar "azatlar" adlanırdı. Hökmdarların və iri I feodalların dayağı olan azatlar onların vassalları hesab edilirdilər.
Zod aşırımı
Zod aşırımı — Göyçə mahalı və Kəlbəcər rayonunu birləşdirən aşırım.Zod dağ aşırımı Zəngəzur silsiləsinin şimalinda, şərqi Göyçə silsiləsindədir. Hündürlüyü 2365 m. Tərtər çayının hövzəsindən Göyçə gölü hövzəsinə yol buradan keçir. Dağlıq Qarabağın şimalını Ermənistanla birləşdirən Zod aşırımı özünəməxsus yerdir. Şahdağ silsiləsinin cənub-şərqdində, Konqur zirvəsi (3043 m) ilə Kəmərqaya zirvəsi (3008 m) arasəndan keçərək, enlik istiqamətində Ermənistan Respublikası əarzisndəki Zod kəndinə enir. Keçidin mütləq yüksəkliyi 2200 m-dir. May-sentyabr aylarında hər cür nəqliyyat vasitələri üçün açıqdır. Qış dövründə isə xüsusi hazırlıqlı nəqliyyatdan istifadə olunur. Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisindəki Dəmirçidam yaşayış məntəqəsinə 6 km-ə qədər məsafə qət edilməlidir. Aşırıma hər iki tərəfdən hərəkət istiqaməti şay dərəsi boyu (Levçayın qolu) olduğundan su ehtiyatı kifayət qədərdir.
Zod kəndi
Zod/Sotk (erm. Սոթք) — Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində kənd. Tarixi Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən kəndin adı 1995-ci ildən Sotk adlandırılmışdır. Bəzi açıqlamalara əsasən "Zod" qədim türk dillərində "sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri" deməkdir. Bir digər açıqlamaya əsasən, Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır. Yeri gəlmişkən, Kəlbəcər rayonu yaxınlığında, Dağlıq Qarabağın şimalından keçən silsilələrdən biri ermənicə Tsavdey silsiləsi adlanır. Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir. XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur.
Zod (dəqiqləşdirmə)
Zod — Ermənistanın Geğarkunik mərzində, keçmiş Göyçə mahalında kənd. Yeni Zod — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Zod qızıl mədəni
Söyüdlü – Zod qızıl yatağı — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4–5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6–22,6 q/t) dəyişir. Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar.
Zod qızıl yatağı