Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. Flora caroliniana. 1788. Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Hellmuth Walter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.
Zeyad Mater
Zeyad Mater (18 dekabr 1991) — Yəmənli cüdoçu. Zeyad Mater Yəməni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Zeyad Mater birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində BƏƏ-in nümayəndəsi Viktor Skvortov ilə üz-üzə gəldi. Həmin görüşdə Zeyad Mater rəqibinə 0:101 hesabı ilə uduzdu. Mater Ölkələrin Paradında Yəmənin bayraqdarı idi.
Crataegus ater
Crataegus ater (lat. Crataegus ater) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Daptrius ater
Daptrius ater (lat. Daptrius ater) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin daptrius cinsinə aid heyvan növü.
Dromaius ater
Qara emu (lat. Dromaius ater) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin emu cinsinə aid heyvan növü.
Indris ater
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Milvus ater
Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür. Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s.
Parus ater
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Periparus ater
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
God Eater (anime)
God Eater (ゴッドイーター, Goddo Ītā, azərb. Tanrı yeyən‎) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq.
Harold Walter Bailey
Harold Volter Beili (16 dekabr 1899 - 11 yanvar 1996) — İngilis şərqşünas, İranşünas. O, XX əsrin ən böyük şərqşünaslarından biri hesab olunurdu.
Walter Houser Brattain
Ualter Houzer Bratteyn (10 fevral 1902[…] – 13 oktyabr 1987[…], Sietl, ABŞ) — Bell Labsdakı amerikan fiziki. O, elm adamları Con Bardin və Uilyam Şokli ilə birlikdə 1947-ci ilin dekabrında kontakt tranzistorunu ixtira etmişdir. 1956-cı ildə onlar öz ixtiralarına görə Fizika üzrə Nobel mükafatına layiq görüldülər. Walter Brattain onun fəaliyyətləri üçün geniş tanınmışdır. Mükafatlar Franklin İnstitutunun Stüart Ballantine Medalı, 1952 (Dr. John Bardeen ilə birlikdə) John Scott Medalı, 1954 (Dr John Bardeen ilə birgə) Fizika Nobel mükafatı, 1956 (Dr. John Bardeen və Dr. William B. Shockley ilə birgə) 1974-cü ildə Milli İnventorlar Şöhrət Zirvəsinə yüksəldi Üzvlüklər Milli Elmlər Akademiyası Franklin İnstitutu Amerika Fizika Cəmiyyəti Amerika İncəsənət və Elmlər Akademiyası Elmin inkişafı üçün Amerika Dərnəyi. Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyinin yarımkeçiricilər üzrə komissiyası Dəniz Araşdırmaları Məsləhət Komitəsi Fəxri dərəcə Elmlər doktoru, Portland Universiteti, 1952 Whitman Kolleci, 1955 Union Kolleci, 1955 (Dr.
Walter Owen Bentley
[mənbə göstərin] Volter Ouen Bentli (ing. Walter Owen Bentley) — ingilis konstruktoru və Bentley Motor şirkətinin təsisçisi. Volter Bentli 16 sentyabr 1888-ci ildə Londonda anadan olub. Ailədə ondan başqa daha 8 nəfər olub. Bentli ilk əmək fəaliyyətinə dəmir yolunda başlayıb.Əvvəlcə Şimali Britaniya dəmir yolunun deposunda usta şagirdi, daha sonra "Atlantik" parovozunda ocaqçı işləyib. Amma tezliklə motosiklet yürüşlərinə həvəs göstərməyə başlayıb, sonra Londonda fransız avtomobillərinin satışı ilə məşğul olub. Klifton kollecini bitirdikdən sonra Volter mühəndis dərəcəsi alıb və aviasiya mühərriklərinin layihələşdirilməsində iştirak edib. Amma onun həvəsi avtomobil sahəsinə, daha dəqiq desək, avtomobil yürüşlərinə idi. O hətta bir neçə avtomobil yürüşlərində iştirak etmişdi. Məhz həmin dövrdə yaxşı hərəkət keyfiyyətlərinə malik avtomobil yaratmaq ideyası onun ağlına gəlib, elə bir avtomobil ki, bahalı avtomobillərə xas olan etibarlılıq və uzunömürlülük keyfiyyətini özündə birləşdirsin.
Soluklu
Soluklu (Komican)
Double Double Whammy
Double Double Whammy — Deyv Benton və Mayk Karidi tərəfindən 2011-ci ilin oktyabrında yaradılmış müstəqil musiqi şirkəti. Onlar şirkəti Nyu-Yorkdakı SUNY kollecində təhsil alarkən təsis etmişdilər.
Soluklu (Komican)
Soluklu (fars. سلوكلو‎; azərb. Sülüklü‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 42 ailədə 107 nəfəri kişilər və 80 nəfəri qadınlar olmaqla cəmi 187 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Soluklu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Soluqlu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Solunlu Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Double jeopardy
Double jeopardy — eyni əmələ görə eyni əsaslar üzrə təkrar mühakimə etmənin qarşısını alan prosessual müdafiə üsulu. Double jeopardy ilə bağlı ABŞ Ali Məhkəməsinin ilk qərarlarının birində də qeyd edildiyi kimi, "qadağanın məqsədi şəxsin iki dəfə cəzalandırılmasının əleyhinə deyil, əksinə şəxsin iki dəfə təhlükə ilə üzləşməsinin qarşısını almaqdır.
Double Fantasy
Double Fantasy (azərb. İkiqat fantaziya‎) — 1980-ci ildə Con Lennon və Yoko Ono tərəfindən buraxılmış albom. Bu Lennonun həyatı ərzində buraxmış olduğu yeddinci və sonuncu studiya albomudur. İlk həftələr albom o qədər də uğurlu qəbul olunmayıb, ancaq albomun buraxılmasından üç həftə sonra Con Lennonun qətli alboma olan marağı artırıb, albomun satışları sürətlə artmağa başlayıb və kommersiya baxımından uğurlu olub. Albom 1982-ci ildə 24-cü Qremmi mükafatının təqdimetmə mərasimində ilin albomu nominasiyasında qalib olub. Con Lennonun bu albomun Mark Çepmen üçün imzaladığı nüsxəsi 2003-cü ildə 525 min ABŞ dollarına satışa çıxarılıb. 2010-cu ildə o yenidən satışa çıxarılıb. Bəzi məlumatlara görə 2011-ci ilin aprelində 530 min funta satılıb.
Qolubıe Dali (Soçi)
Qolubıye Dali — Rusiyada, Krasnodar diyarıının Soçi şəhərində mikrorayon. Mikrorayon Adler rayonu ərazisindədir. Mikroroayon Qara dənizə enən dağ yamacında, Xerota və İzvestinski çaylarının su ayrıcında yerləşir. Herota çayının və Qara dənizə enən İzvestinski çayının kiçik bir yamacında yerləşir. Sahildən mikrorayonu Adler stansiyası və Adler vaqon deposu olan dəmir yolu xətti ilə ayrılır. Bu adın mikrorayona verilməsinin səbəbləri ilə bağlı bir neçə fərziyyə var: Mikrorayonun əsas küçəsi dənizə baxan təpədə yerləşir. Mikrorayon ərazisində yarpaqları mavi rəngə boyanmış və vizual olaraq "mavi məsafə" yaradan mimoza plantasiyaları var idi. Adi insanlarda küçə sadəcə Dal adlanırdı. Mikrorayonda kütləvi inkişaf 1970-ci illərin əvvəllərində başlamış və bu günə qədər davam edir. İlk tikilən ev 18 nömrəli ev olub.
Atər mədəniyyəti
Atər mədəniyyəti — Şimali Afrikada(Mərakeş, Əlcəzair və Tunisin sahilyanı əzazilərindən Cənubi Böyük Səhradakı göllərədək) Mustye dövrünə aid arxeoloji mədəniyyət. Başlanğıc tarixi 28–25 min il əvvələ aiddir, son dövr tarixi aydın deyil. A.m 1870-ci illərdə Bir-əl-Atərdə (Əlcəzair) aşkar olunmuş və adı da bu yerlə əlaqədardır. A.m.-ə adi nukleuslar, sivri ucluqlar, ikiuclu mat-qab, sapı və iti kənarları olan üçkünc alətlər tapılmışdır. Antropoloji tapıntıların neandertallara yaxın olması ehtimal edilir.