Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xırmanlar
Xırmanlar — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd Qarabağ yaylasındadır. Keçmişdə köhnə xırmanların (taxıl döymək, təmizləmək və qurutmaq üçün hazırlanmış düzən yer, meydança xırman adlanır) yanında Xırmanlar adlanan binə XX əsrin 30-cu illərində daimi yaşayış məntəqəsinə çevrilmiş, kənd həmin adı saxlamışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Kirmanşah
Kirmanşah — İranın Kirmanşah ostanının və Kirmanşah şəhristanının mərkəzidir.
Kirmanşah bəylərbəyliyi
Kirmanşah bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Bəylərbəyiliyinin mərkəzi Kirmanşah şəhəri idi. Əyalətdə əsasən şiə kürdlər yaşayırdılar. Kirmanşahın böyük ellərindən biri Zəngənə idi. == İnzibati bölgüsü == == Mahalları == == Nahiyələri == == Hakimləri == Şeyxəli xan Zəngənə −1653-cü ildən əyalətin bəylərbəyi. Şahqulu xan Zəngənə −1680-ci ildən 1691-ci ilə qədər əyalətin bəylərbəyi.
Kirmanşah müqaviləsi
Kirmanşah müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanmış sülh müqaviləsi. == Kirmanşah müqaviləsinin bağlandığı tarixi şərait == XVIII əsrin 30-cu illərində Azərbaycanda siyasi vəziyyət kəskin şəkildə dəyişmişdir. Ölkə ərazisi Osmanlı və Səfəvi imperiyaları arasında gedən qanlı mübarizə meydanına çevrilmişdir. Ərazisinin bir hissəsi əfqan tayfaları, digər bir hissəsi (Xəzəryanı vilayətlər) Rusiya tərəfindən işğal edilmiş Səfəvi dövlətinin qərb hissəsini Osmanlılar zəbt etdikdən sonra onun bir dövlət kimi varlığı üçün ciddi bir təhlükə yaranmışdır. Şah II Təhmasib (1722-1732) və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Düşmənlərə qarşı mübarizədə yeganə çıxış yolu qüvvvələrin birləşdirilməsi idi. Bu mühüm vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürmüşdür. 1730-cu ildə o, əfqanları ölkədən qovaraq Heratı ələ keçirdi. Bu qələbə Nadirin nüfuzunu xeyli artırdı. == Osmanlı imperiyası ilə müharibə == Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı.
Kirmanşah ostanı
Kirmanşah ostanı — İranın qərbində ostan. Mərkəzi Kirmanşah şəhəridir. Ostanın ərazisi 24.741 km²-dir. 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.879.385 nəfər əhali yaşayır . == Sunqur şəhristanı == Ostanın şimali-şərqində - Həmədan ostanı ilə sərhəd ərazidə xeyli sayda azərbaycanlı əhali yaşayır. 2006-cı il siyahıya almasına əsasən Sunqur şəhristanın əhalisi 95,904 nəfərdir. Sunqur şəhərində əhalinin əksəriyyəti azərbaycanlılardan ibarətdir. Onlar sunqur dialektində danışırlar . Bu dialektdə danışan əhali Kirmanşah və Kürdüstan ostanlarında yaşamaqdadır . Sənəndəc (Sənnə) şəhərinin şimalında iki türk kəndinin əhalisi bu dialektdə danışır .
Kirmanşah şəhristanı
Kirmanşah şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kirmanşah şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 950,400 nəfər və 235,408 ailədən ibarət idi.
Ləşgərgah (Kirmanşah)
Ləşgərgah — İranda kənd. Pavə şəhristanında yerləşir.
Təzəabad (Kirmanşah)
Təzəabad— İranın Kirmanşah ostanının şəhərlərindən və Səlas Babacani şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,479 nəfər və 1,661 ailədən ibarət idi.
Kirmanşah sülh müqaviləsi
Kirmanşah müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanmış sülh müqaviləsi. == Kirmanşah müqaviləsinin bağlandığı tarixi şərait == XVIII əsrin 30-cu illərində Azərbaycanda siyasi vəziyyət kəskin şəkildə dəyişmişdir. Ölkə ərazisi Osmanlı və Səfəvi imperiyaları arasında gedən qanlı mübarizə meydanına çevrilmişdir. Ərazisinin bir hissəsi əfqan tayfaları, digər bir hissəsi (Xəzəryanı vilayətlər) Rusiya tərəfindən işğal edilmiş Səfəvi dövlətinin qərb hissəsini Osmanlılar zəbt etdikdən sonra onun bir dövlət kimi varlığı üçün ciddi bir təhlükə yaranmışdır. Şah II Təhmasib (1722-1732) və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Düşmənlərə qarşı mübarizədə yeganə çıxış yolu qüvvvələrin birləşdirilməsi idi. Bu mühüm vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürmüşdür. 1730-cu ildə o, əfqanları ölkədən qovaraq Heratı ələ keçirdi. Bu qələbə Nadirin nüfuzunu xeyli artırdı. == Osmanlı imperiyası ilə müharibə == Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı.
Kirmanşah zəlzələsi (2017)
Kirmanşah zəlzələsi — 2017-ci ilin 12 noyabr tarixində yerli vaxtla saat 18:18-də İran–İraq sərhəd bölgəsinə yaxın ərazidə baş vermiş 7.3 bal gücündə zəlzələ. Zəlzələ İranın Kirmanşah ostanında dağıdıcı fəsadlara yol açıb. Zəlzələnin episentri İraqın Hələbcə şəhərindən 32 km cənub və cənubqərbdə yerləşməkdədir. Təkanlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə də hiss edilmişdir. Kirmanşah zəlzələsi nəticəsində azı 452 nəfər həlak olub, 7.100-dən çoxu yaralanıb. == Zəlzələ == Zəlzələ, İran–İraq sərhədinə yaxın, Bağdad şəhərindən 220 km şimal-şərqdə, Ərəb və Avrasiya tektonik platasının yaxınlığında baş vermişdir. Amerika Birləşmiş Ştatlarının Geologiya Araşdırmaları mərkəzi tərəfindən verilən məlumata görə zəlzənin gücü 7.3 bal olmuşdur. Hadisə 1967-ci ilin yanvar ayında baş vermiş 6.1 bal gücündəki zəlzədən sonra ən güclü yeraltı təkan hesab olunur. İran Seysmologiya Mərkəzi, zəlzələdən dərhal sonra müxtəlif güclərdə olan 50-dən çox afterşok qeydə almışdır. == Xəsarət == Son məlumatlara görə hadisə nəticəsində azı 452 nəfər həlak olmuş, 7.100-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Kirmanşah (Kirman Səlcuq sultanı)
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.