YAMANLAMAQ

f.
1. Pisləmək, töhmətləndirmək, pisinə danışmaq.
…Yazıq məşədilər, gündə sizi qəzetlərdə yamanlayırlar ki, siz cümə günləri dükanları açıb alış-veriş eləyirsiniz. C.Məmmədquluzadə.

// Danlamaq, söymək, biabır etmək.
Günlərin birində bəyin bığıburma cavan oğlu at belində xırmana gəldi və Ramazanın atasını məhsulu gizlətməkdə təqsirləndirib yamanlamağa başladı. M.Hüseyn.

2. dan. Yaman yara çıxarmaq (bax yaman 5-ci mənada).

Синонимы

  • YAMANLAMAQ pisləmək — töhmətləndirmək
YAMANLAMA
YAMANLAŞMA

Значение слова в других словарях