Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hekayəti Xırsi-Quldurbasan
Hekayəti xırsi-quldurbasan — Azərbaycan dramaturqu, yazıçısı, maarifçisi, şair Mirzə Fətəli Axundovun ədəbiyyat tariximizə qızıl hərflərlə həkk olunmuş dram əsərlərindən biridir. Əsərin yaranma tarixi 1851-ci ilə təsadüf edir. == Məzmunu == Azərbaycanın ilk dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti xırsi-quldurbasan" əsərində kənd həyatından bəhs olunur. M. F. Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir. Dramın mövzusu kənd həyatından alınmışdır. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrətdirib quldurluğa göndərir.
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Adın mənşəyi == Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Kırılqız (qırğ.) — qırılmayan, vurula bilməyən Kırğın (qırğ.) — qırıcı, qıran Kıruu (qırğ.) — qırmaq, məhv etmək Azərbaycanca: qırğı — məhv edilmə Altay dilində: qırğın — qırıcı Qazax dilində: kıru — qırmaq, məhv etmək Monqol dilində: kırqı — məhv edilmə, qırılma Xakas dilində: xırqıs — qıran Yakut dilində: kırqısс (kırqıhın) — qırğı, məhv edilmə == Tarixi == == Mədəniyyəti == == Yaşadıqları ölkələr == Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
Qırğız Respublikası
Qırğızıstan (qırğız. Кыргызстан; rus. Киргизия) və ya rəsmi adı ilə Qırğız Respublikası (qırğız. Кыргыз Республикасы; rus. Кыргызская Республика) – Mərkəzi Asiyada dövlət. Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunmuşdur. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənubda Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. == Coğrafiya == Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır.
Qırğız atı
Qırğız atı— Qırğız atı bir at cinsidir. 4 min il əvvəl atçılıqla məşğul olan qırğızların qədim əcdadlarının atlarından törəmişdir. Monqol və qismən şərq at cinslərinin əhəmiyyətli bir təsirinə məruz qalmışdır. Qırğız atlarının qabarıq bir cins xüsusiyyətinə malikdir: qısa, maral boynuna bənzər boyuna, inkişaf etməmiş küt bir uzunsov bədənə və güclü kürəyə, sallanan krupa, çox güclü dırnaqlara sahibdirlər. Orta boy 137 sm, ön ətrafı sümüklərinin eni 17,5 smdir. Rəngi müxtəlifdir: ən çox yayılmış rəngi qəhvəyi və bozdur. Atlar çox davamlı və iddiasızdır. Demək olar ki, bütün il boyunca otlaqlarda otarılırlar. Yalnız qışda samanla bəslənilirlər. Qırğız atları istər minik istərsə yük heyvanalrı kimi istifadə olunurlar.
Qırğız birliyi
Qırğız Birliyi (qırğ. Кыргыз бирлиги) — 1514-cü ildə Moğolistan dövlətinin süqutu nəticəsində müasir Qırğızıstan və qonşu dövlətlərin ərazilərinə əsaslanan qırğız dövləti və qəbilə birliyidir.
Qırğız dili
Qırğız dili – Altay dilləri ailəsinin Türk dilləri qrupunun Qıpçaq boyuna aid olan danışıq dilidir. Həmçinin Qırğızıstanın rəsmi dövlət dilidir. Qırğızıstanın 5,264,000 nəfərlik əhalisinin 3,700,000 nəfərinin ana dilidir. == Qırğız əlifbası == К + а, о, у, ы ك => ق Г + а, о, у, ы گ => ع == Xarici keçidlər == Prof.Dr.Ömürkul Karayev THE TALKING KYRGYZ PHRASEBOOK Arxivləşdirilib 2010-06-20 at the Wayback Machine (ing.) Киргизско-Русский (Кыргызско-русский) словарь.
Qırğız diyarı
Qırğız diyarı — RSFSR–in tərkibində, 19 iyul 1919–cu ildən 26 iyul 1920–ci ilədək mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Orenburq şəhəri idi.
Qırğız mətbəxi
Qırğız mətbəxi (qırğ. кыргыз ашканасы) — qırğız xalqının milli mətbəxidir. Texnologiya və məhsul çeşidləri baxımından digər Türk köçəri xalqlarının mətbəxləri ona çox yaxındır. Ölkənin cənub və şimal bölgələrinin mətbəxlərində bəzi fərqlər var. Şimal və cənub qırğızlarının ənənəvi yeməklərindəki və ləzzətlərindəki bu fərqlər, bəzi bölgələrə parçalanmalarından və müxtəlif xalqlara yaxınlığından qaynaqlanır. Beləliklə, şimal bölgələrində əsas bayram yeməyi beşbarmaqdır - əriştə ilə incə doğranmış qaynadılmış ət, cənubda isə plov daha populyardır, görünür bu yeməklər oturaq Asiya xalqlarından mənimsənilmişdir. Çay seçimlərində də fərqlər var. Şimalda südlü qara çay populyardır, çay özü rus üsulu ilə dəmlənir və rus samovarları da burada populyardır. Cənubda südə çay əlavə edilmir, çay içmə ənənələri Özbəkistana bənzəyir, yaşıl çay da məşhurdur. Orijinal qırğız yeməklərinə (əsasən ət) əlavə olaraq, yerli düyü növlərindən olan plov cənubda çox populyardır (qırmızı uzqen və batken düyü sortları deozire və çongara Orta Asiya plovunun hazırlanması üçün ən yaxşı hesab olunur).
Qırğız türkləri
Tarixi Böyük Türküstanın yerli xalqlarından biri də Qırğız Türkləridir. Çin sərhəddində yerləşən Türk ölkəsi Qırğızıstan Qırğız Türklərinin yaşadığı tarixi Türküstanın bir parçasıdır. Qədim Çin və İslam müəllifləri Qırğızları "qumral saçlı, mavi gözlü və uzun boylu" kimi təsvir etmişlər. VIII əsrə aid bir Tibet mənbəsinə görə də "Uyğurlara bəzən dost, bəzən düşmən olan Qırğızlar mavi gözlü və qızıl saçlıdırlar" . Tarixi mənbələrə əsaslanaraq tədqiqatçılar həm də belə bir fikir irəli sürürlər ki: "Şimalda yaşayan Qırğız, Peçenek, Qıpçak və Bulqarlar ağ, cənubdakılar isə iqlim şəraitinə görə əsmər rəngdə olmuşlar" . Çin mənbəsi olan "Tan-su"ya görə "Qırğızlar hər fəsli üç ay hesab etmiş və onları on iki heyvan adı ilə adlandırıb təqvim kimi istifadə etmiş, ilkin başlanğıcına da "Mo-chenq ay" yəni "Buz ay" demişlər" . Qədim Qırğızlar ilin müəyyən günlərində toplanar, şənlik edər, musiqiçilər musiqi səsləndirər, mahnı oxuyar, rəqs edər, içki içər, Şamanlarını dinləyərdilər. Şamanları onlara il boyu nələrin baş verəcəyi haqqında məlumatlar verər, onlar da Şamanlarının dediyinə inanardılar. Şamanların tövsiyəsi olmadan ordunu toplamaz və savaşa getməzdilər. Onlar Şamanların verdiyi məlumatların Tanrıdan gəldiyinə inanardılar.
Qırğız xanlığı
Qırğız xanlığı və ya Qara-qırğız xanlığı (qırğ. Кара-кыргыз хандыгы) — 1842-1854-cü illərdə mövcud olan müvəqqəti dövlət. Müasir Qırğızıstan ərazisinin şimal hissəsində, bir sıra şimal qırğız qəbilələrinin birləşməsi nəticəsində elan edilmişdir. İlk və son xanı Ormon xan idi. 1844-cü ildə Omon xan Bişkek şəhərini Kokand xanlığının əlindən aldı. Ormon xanın ölümü Qara Qırğız xanlığının tamamilə parçalanmasına səbəb oldu və onun əraziləri Rusiya imperiyasına birləşdirildi. == Tarixi == === Xanlığın yaranması === 1842-ci ilin yayında, İssık-Kulun qərbində, Kotmaldı bölgəsində, bir sıra şimal qırğız qəbilələrinin qurultayı keçirildi. Qurultayda Sarıbağış, Buqu, Sayak, Solto, Saruu, Kuşçu, Monoldor və Jetigen qəbilələri iştirak edirdilər. Sarıbağış qəbiləsindən olan Ormon Niyazbek oğlu xan elan edildi və qədim bir ayinə əməl edərək ağ keçə döşəməyə mindirildi. Sonra ayinə uyğun olaraq "Ai Tuyak"adlı ağ ayğır at qurban kəsildi.
Qırğız xaqanlığı
Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı. == Tarixi == === İlk dövlət === Qırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. === İkinci dövlət === Qırğızlar 820-ci ilədək Göytürk xaqanlığı və Uyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü. Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı.
Qırğız ədəbiyyatı
Qırğız ədəbiyyatı — Qırğızıstanlı və qırğız şair, yazıçıların Qırğızıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələridir. == Qədim Qırğız ədəbiyyatı == == XIX əsr Qırğız ədəbiyyatı == Toktoqul Satılqanov bölgənin zarafatcıl, şirin lətifələr danışan, bədahətən şeirlər söyləyən, bugünkü mənada monotamaşalar göstərən insanlarından birisi olmuşdur. Toktoqulun anası da ürəkləri kövrəldən, necə deyərlər, daş ürəkli insanların da gözündən yaş çıxara bilən bir ağıçı olmuşdur. Uşaqlığını keçə çadırlarda, yayda yaylaqda, qışda qışlaqda keçirən, məktəb, mədrəsə üzü görməsə də, fitri istedadı, iti yaddaşıyla ailə üzvlərinin, qohumlarının, sonra da bölgədə yaşayanların diqqətini özünə cəlb edən Toktoqul yeniyetməliyində çobanlıq edərkən təbiətin hər cür sərt üzünü görür. Sürü otararkən borana da düşür, qoyunlara hücuma keçən ac yırtıcılarla da üzləşir. Hava xoş, kefi kök olanda dağ bulaqlarının suyundan içib çəmənlərdə oxumaqla səsini cilalayıb. Dağlara, göydə uçan quşlara “konsert” verə-verə bir akın kimi yetişib. Beləcə 13 yaşından yırlar söyləməyə başlayıb. Onun fitri istedadını ailəsi və Naken, Esenaman, Çondun kimi yırçıların şeirləri gəlişdirir. Tarixi mənbələrə sadiq qalan, əsərlərində fakt və sənədlərə dayanmağa üstünlük verən məşhur qırğız yazıçısı Tölöqon Qasımbekov “Gəlgəl” romanında bölgənin məşhur qopuz düzəldən və ifaçısı Niyazalı onu himayəsinə götürdüyünü, şagirdinə yalnız çalıb oxumağı, qırğızların ağızı ilə desək akınlığı öyrətmir, həm də quzunun və ya oğlağın bağırsaqlarını təmizlədikdən sonra onu tərsinə çevirərək necə qaşıyıb naziltmək lazım gəldiyini, həmin bağırsaqları kölgədə qurudarkən onun uzanması üçün hansı çəkidə daş bağlamaq lazım gəldiyini, necə deyərlər, bağırsaqdan qopuz üçün yüksək keyfiyyətli sim düzəltməyi, qopuzun çanağı və qolu üçün ağac seçməyi öyrədir.
Qırız dəhnə
Qrızdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qrızdəhnə oyk., miir. Quba r-nunun Əlik i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacmdadır. Oykonim qrız (etn.) və dahııə topokomponentlərindən ibarətdir. Keçmiş adı Hacıxan Dəhnə olmuşdur. Kənd Qudyal çayının Qnz kəndi yaxınlığında dağ dərələrindən düzənə çıxdığı yerdə, dəhnədə yerləşmişdir. Yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi.
Qırız xalçaları
Qırız xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Xirnik
Xirnik (Diospyros kaki) — Abnos fəsiləsinin xırnik cinsinə mənsub bitki. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. == Ümumi məlumat == Subtropik xırnik yapon xurması da adlanır və mədəni halda becərilir. Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada yayılmışdır. Bu xırniklər hündürboylu düzböyüyən ağacdır, 20 m-dən hündür olur. Iri ağaclar Şəki-Zaqatala zonasında çoxdur. Xırnik mayın əvvəllərində yarpaqlar əmələ gəldikdən sonra çiçəkləyir. Çiçəkləmə dövrü 10-20 gün davam edir.
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Qırğız Sovet Ensiklopediyası
Qırğız Sovet Ensiklopediyası (qırğ. Кыргыз Совет Энциклопедиясы) — Sovet dövründə Qırğızıstanda qırğız dilində nəşr olunmuş 6 cilddən ibarət universal ensiklopediya. 1976-1980-ci illərdə nəşr edilmişdir.
Qədim qırğız dili
Qədim qırğız türkcəsi — türk dil ailəsindən əski dil. Yenisey qırğızlarının dili olmuşdur. Qədim qırğızca göytürk dilinə eynidir deyəcək qədər yaxın olmuşdur. Ona görə də bəzi tədqiqatçılar Qədim qırğız türkcəsini Göytürk türkcəsinin bir dialekti hesab edir. Qədim qırğız dilindən müasir qırğız, xakas, sarıuyğur və şor türkcələri yaranmışdır. Dil Qırğız xaqanlığında rəsmi dil olmuşdur.
Qırğız-qıpçaq dilləri
Qırğız-qıpçaq dilləri və ya şərqi qıpçaq dilləri — bəzi dilçilərə görə daha böyük qıpçaq qrupuna, digərlərinə görə türk dillərinin xakas-altay qrupuna daxil olan dil qrupu. Buna uyğun olaraq, qərbi və ya şərqi türk dilləri kimi təsnif edilir və ya dağ-altay (orta-şərq) qrupuna daxildir. Son zamanlar ənənəyə görə birinci təsnifat köhnəlmiş hesab olunur. Bu, XX əsrin əvvəllərində mövcud olmuş, indi dialektlərin bir hissəsi qıpçaq-noqay dilləri təmasda olan Fərqanə qıpçaqcası və qırğız dilini, həmçinin, yəqin ki, lobnor və xoton dillərini (şimal qırğız tipli dialektlər) əhatə edir. Cənubi qırğız dialektləri qarışıq xarakter göstərir. Çox vaxt bu qrupa Cənubi altay dili də daxil edilir, lakin bəzi tədqiqatçıların fikrincə Şimali altay dili ilə birlikdə eyni qrupda yer alır. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Тюркские языки, М., 1960, 2006. Баскаков Н. А. Введение в изучение тюркских языков. М. 1969. Вербицкий В. И. Словарь алтайского и аладагского наречий тюркского языка, Казань, 1884 Архивная копия от 12 декабря 2005 на Wayback Machine Кормушин И. В. "Алтайский язык".
Xirsa
Xirsa (gürc. ხირსა) — Gürcüstanın Kaxetiya ölkəsində, inzibati mərkəzi Siqnaxi şəhəri olan Siqnaxi bələdiyyəsi ərazisində kənd. Yaxınlığındakı Tibaani kəndinin əvvəlki adı da Xirsa olmuşdur və Xirsa monastırı həmin kəndin ərazisindədir.
Qara-Qırğız Muxtar Vilayəti
Qara-Qırğız Muxtar Vilayəti (rus. Кара-Киргизская АО) — Orta Asiyasiyadakı Sovet vilayətlərindən biri idi. 14 oktyabr 1924-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikası daxilində qurulmuşdur.
Qızılsu-Qırğız Muxtar dairəsi
Qızılsu-Qırğız Muxtar dairəsi (qırğız.قىزىلسۇۇ قىرعىز اپتونوم وبلاسى Кызылсуу Кыргыз аптоном обласы; çin. 克孜勒苏柯尔克孜自治州 pinyin. Kèzīlèsū Kē'ěrkèzī Zìzhìzhōu; uyğ. قىزىلسۇ قىرغىز ئاپتونوم ئوبلاستى) — ÇXR-nın Sintszyan-Uyğur Muxtar Rayonunun qərbində muxtar bölgə. Qırğız dilindən tərcümədə Dairənin adı "qızıl (qırmızı) su" deməkdir, bu da bölgədə axan Qızılsu çayının adı ilə eyniyyət təşkil edir. Muxtar Dairənin səlahiyyətli idarəetmə orqanları Artuş şəhərində yerləşir. == Tarixi == Qədim dövrlərdə Akçi nahiyəsinin ərazisində Yuitou knyazlığı yerləşirdi. Han Tarixi Kitabı "Han Şu"da (尉 頭) belə təsvir edilir: "300 ailə, 2300 nəfər, 800 döyüşçü, 4 Çinli məmur. Əhali köçəridirlər, onlar Külçə tərəfdə məskunlaşan Usunlar kimi geyinirlər". Uluğçat nahiyəsinin ərazisində isə Juandu knyazlığı var idi.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina.Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Simsiz qoşulma
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.