Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
II Xəlilullah
II Xəlilullah (Bakı – 1535, Bakı) — Şirvanşahlar dövlətinin qırx birinci, Şirvanşah II İbrahimin oğlu. == Fəaliyyəti == II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanı onun böyük oğlu, II Xəlilüllah da adlandırılan Sultan Xəlil idarə etməyə başladı. O, Şah İsmayılın qızı Pərixan xanımla evlənməklə, onun himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, "qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi".O, mənbələrdə ağıllı və bacarıqlı, dəbdəbəli səfərləri, şərab və əyləncəni sevən hökmdar kimi səciyyələndirilir. Onun alim və şairlərlə ünsiyyəti sevməsi, son dərəcə səxavətli olması və bir o qədər də qəddar olması qeyd edilir. Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi. === Səfəvilərlə münasibətlər === Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri olmasına baxmayaraq, Xəlilüllahdan şübhələnməyə başladı. Şah Təhmasib Xəlilüllaha etibar eləmir, Şirvanşahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı. Şərəf xan Bidlisinin məlumatına görə Şah Təhmasib h.939 (1532-33)-cu ildə Şirvanın idarə olunmasını qardaşı Əlqas Mirzəyə tapşırdı.
I Xəlilullah
I Xəlilullah (1417, Bakı – 1465, Bakı) — Şirvanşahlar dövlətinin 35-ci hökmdarı, Şirvanşah I İbrahimin oğlu. == Hakimiyyəti == H.820 (1417)-ci ildə Şeyx İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I Xəlilüllah keçdi. Xəlilullah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə şiddətli mübarizə aparan Teymurilərə meyl göstərmək mövqeyində dururdu. Xəlilüllah 48 il hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür. === Teymuri Şahruxla münasibətlər === Gənc Xəlilullah Şirvanşah taxtına çıxan kimi Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla (1405–1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi və köçəri əmirlərin arasına çaşqınlıq saldı. Onların çoxu Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin oğlu İsgəndər (1420–1429 və 1431–1435-ci illər) bu vaxt Ağqoyunlu tayfasının başçısı Qara Yuluq Osmanla vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq Şahruxa tabe oldu və Sultaniyyə şəhərini ona təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu.
Şirvanşah I Xəlilullah

Xəbibulla İbrahimov
Xəbibulla Kəlimulla oğlu İbrahimov (rus. Хабибулла Калимуллович Ибрагимов, başq. Хәбибулла Кәлимулла улы Ибраһимов, d. 29 dekabr 1894, Orenburq, Orenburq vilayəti, Rusiya imperiyası — ö. 16 mart 1959, Ufa, Başqırd MSSR, SSRİ) — Başqırd əsilli SSRİ bəstəkarı və dramaturqu, musiqili-ictimai xadimi, Başqırdıstan MSSR-ın əməkdar incəsənət artisti (1951), Başqırdıstan MSSR Bəstəkarlar İttifaqının üzvü (1941–1959). == Bioqrafiya == Xəbibulla İbrahimov 29 dekabr 1894 tarixində Rusiya imperiyasının Orenburq vilayətinin inzibati mərkəzi olan Orenburq şəhərində, bir başqırd ailəsində anadan olmuşdur. İbrahimov 1915-ci 1929-cu illərdə, müşayiətçi olaraq həvəskar konsertlərdə ifa etmiş, səhnə istehsalı üçün musiqili müşayiət yaratmışdır. 1919-cu ildə Türkistan Cəbhəsi Siyasi İdarəsində cəbhə teatrının musiqi direktoru olmuşdur. 1920-ci 1937-ci illərdə, fasilələrlə rəssam və musiqiçi olaraq, eləcə də, Başqırdıstan Dram Teatrının musiqi hissəsinin rəhbəri kimi işləmişdir. 1922-ci 1926-cı illərində, Şərq Xalqları İnstitutunun musiqi fakültəsində təhsil almışdır.
Qəliulla (Bakalı)
Qəliulla (başq. Ғәлиулла, rus. Галиуллинка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 31 km, kənd sovetliyindən (Köhnə Əzey): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 93 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (90%) üstünlük təşkil edir.