Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hərb
Hərb — mənası döyüş, savaş anlamına gəlir. Qədim dövrlərə gedib çatan bir tarixə malikdir. Hərbidə işləyən və ya xidmət edən şəxsə isə hərbçi deyilir. Hərbçilərin mülki şəxslərdən fərqi odurki, onlar nizamnamə çərçivəsində hərəkət edir, müəyyən hərbi və mülki biliyə sahib, ekstremal vəziyyətlərdən çıxış yolunu asanlıqla tapan, fiziki cəhətdən güclü və mənəvi cəhətdən iradəli olurlar. İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tətbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrinin və inkişaf etməkdə olan ölkələrində hərbi xidmət 18 və ya 12 aydır. Azərbaycanda hərbi xidmət 18 ay müddətində olur.
Qərb
== Coğrafi izahı == Qərb və ya Batı Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir. == Siyasi mənası == 1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir. == Xristianlıqda istifadə == Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb.
Xərv
Xərv — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,931 nəfər və 3,181 ailədən ibarət idi.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Dərb Beheşt
Dərb Beheşt — İranın Kirman ostanının Ciruft şəhristanının Sarduiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,456 nəfər və 562 ailədən ibarət idi.
Dərb Günbəd
Dərb Günbəd — İranın Luristan ostanının Kuhdəşt şəhristanının Dərb Günbəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,119 nəfər və 451 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir və lək dilində danışırlar.
Falanqa (hərb)
Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8-16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800-1000 hoplit olan 8-16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə - lohlara, ayırdı. == Makedon falanqası == Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar. E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi.
Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Hərb incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Hərb küçəsi
Hərb küçəsi — Azərbaycanda, İçərişəhərdə yerləşən küçə. Mirzə Əhməd məscidi burada yerləşir.
Hərb medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Hərb sənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Kirind Qərb
Kirind Qərb — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,894 nəfər və 2,041 ailədən ibarət idi.
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Qərb Universiteti
Qərbi Kaspi Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.. Universitetin təsisçisi Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovdur. == Tarixi == Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin əsası 1991-ci ildə Qərb Universiteti adı ilə qoyulmuşdur. 2017-ci ildən adı dəyişdirilərək Qərbi Kaspi Universiteti olmuşdur. 2021-ci ildə dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reytinqdə Qərbi Kaspi Universiteti 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb. Universitet ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə əldə edib və bu istiqamətlərdə dünyanın ən yaxşı 201–300 universitetindən biri olub. == Tərkibi == === Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi === Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları" adı ilə fəaliyyətə başlamışdır. Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti üzrə, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinə çevrilmişdir. === Dizayn və Memarlıq Məktəbi === 2017-ci ildə Qərbi Kaspi Universitetində Dizayn və Memarlıq məktəbi yaradıldı.
Qərb ardıcı
Qərb ardıcı (lat. Juniperus occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Qərb bloku
Qərb bloku (ing. Western Bloc) — Soyuq müharibə dövründə Şərq blokuna qarşı ABŞ və NATO ilə müttəfiq olan ölkələrə verilən ad. Şərq blokuna SSRİ və ÇXR rəhbərliyindəki Varşava Müqaviləsi Təşkilatı ölkələri daxil idi. Qərb bloku ölkələrinin hökumətləri və mətbuatlarını özlərinə "Azad dünya" və "Qərb dünyası", Şərq bloku ölkələrinə isə "Kommunist dünyası" və ya "İkinci dünya" deyirdilər. == Qərb bloku assosiasiyaları == === NATO === Belçika Kanada Danimarka Fransa Almaniya (1990-cı ildən) Qərbi Almaniya (1955-ci ildən) Yunanıstan (1952-ci ildən) İslandiya İtaliya Lüksemburq Niderland Norveç Portuqaliya İspaniya (1982-ci ildən) Türkiyə (1952-ci ildən) Böyük Britaniya ABŞ === ANZYUS === Avstraliya Yeni Zelandiya ABŞ === SEATO === Avstraliya Fransa (1965-ci ilə qədər) Yeni Zelandiya Pakistan (1972-ci ilə qədər) Filippin Tailand Cənubi Vyetnam (1975-ci ilə qədər) Böyük Britaniya ABŞ == Həmçinin bax == Antanta İttifaq dövlətləri Antihitler koalisiyası Berlin-Roma-Tokio oxu Şərq bloku == Ədəbiyyat == Matloff, Moris. Makers of Modern Strategy. Ed. Peter Paret. Prinston: Princeton UP. 1971. 702.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Quru, daşlı torpaq şəraitində bitir. == Ekologiyası == Quru, daşlı torpaq şəraitində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. == İstifadəsi == Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
Qərb divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. == Tərifləri == Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. == Tarixçə == Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. == Din == Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Qərb fəlsəfəsi
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır Fəlsəfə → XX əsr Qərb fəlsəfəsi Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur. «Neopozitivizm» cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri P.Karnap, A.Ayer, B.Rassel, L.Vitgensiteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm «hadisələri və faktları», daha doğrusu subyektin şüurundakı «hissi məlumatları» hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir.
Qərb gölü
Qərb gölü (çincə. 西湖) — Çinin Hanqzhou şəhərində göl. Göl üç cığır yolu ilə beş bölməyə ayrılmışdır. Göldə çox sayda məbəd, paqoda, bağça və süni adalar var. Qərb gölü təbii gözəlliyi və tarixi əsərləri ilə Çin tarixi boyunca şair və rəssamları təsirləndirmiş və Çin bağça dizaynerləri üçün ən vacib ilham qaynağı olmuşdur. 2011-ci ildə UNESCO dünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Gölün köhnə adı Ulinshui olub. Daha sonra, göl tarixdə müxtəlif adlarla bilinirdi, ancaq ən çox bu adlardan istifadə olunurdu: Qiantanq (əvvəllər Hanqzhou şəhərinə "Qiantanq" deyilirdi) və Xihu (yəni "Qərb gölü". Hanqzhounun qərbində göl). "Xihu" adı ilk dəfə Bo Juyinin iki şeirində ortaya çıxdı.
Qərb kilsəsi
Qərb xristianlığı — Qərbi Roma imperiyasının Latın kilsəsindən meydana gələn kilsələrə verilən addır. Bu anlayış ümumiyyətlə Şərq Provaslav Kilsəsi xaricindəki kilsələri tanıtmaq üçün istifadə edilir. Qərb kilsələri bunlardır: Roma Katolik Kilsəsi Anqlikan kilsəsi Protestant Lüter Kilsəsi və Reformist Kilsələr == Mənbə == "Western Church." Oxford Dictionary of English 2e, Oxford University Press, 2003.
Gerb
Gerb (pol. herb alm. Erbe‎ — irs) və ya Tuğra - irslə ötürülən və ölkəni, şəhəri, nəsli, fərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblem. Gerblərləri heraldika elmi tədqiq edir. Gerb aşağıdakı əsas qruplara bölünür: dövlət gerbləri, torpaq gerbləri (şəhər, vilayət, quberniya, əyalət və s.), korporativ gerbləri (orta əsr sexləri), nəsil gerbləri (zadəgan nəsilləri).
Serb
Serblər — Avropada xalq.
Xero
Xero - Linkin Parkın ilk yazılma kasseti. Linkin Parkın ilk yazdığı mahnılar bu kassetdədir. == Kassetdəki mahnılar == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Xeb
Xeb (çex. Cheb, Çexcə tələffüz: [xɛp]; alm. Eger‎) — Çexiyada şəhər. Oqrje çayı (Labanın qolu) sahilindədir. Dəmiryol qovşağıdır. Burada velosnped və saat istehsal olunur. Pambıq parça, keramika, optika sənayesi var. == Təhsil == Qərbi Bohemiya Universitetinin pedaqoji və iqtisadi fakültəsinin Xebdə ayrıca məkanı mövcuddur və orada təhsil proqramları açılır. == İdman == Şəhəri "Hvezda Xeb" futbol klubu təmsil edir. Çexiya futbol sisteminin 4-cü pilləsində çıxış edir.
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.