Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Xəvaci Məhəmməd-Mirzəyev
Xəvaci Məhəmməd-Mirzəyev — Böyük Vətən müharibəsi iştirakçısı, süvari, pulemyotçu, baş çavuş, Sovet İttifaqı Qəhrəmanı. Milliyətcə çeçendir. == Bioqrafiya == Xəvaci Məhəmməd-Mirzəyev kasıb bir ailədə anadan olmuşdur. Qroznı Pedaqoji Məktəbini bitirib, doğma kəndində müəllim və məktəb direktoru işləyir. 1930-cu illərdə Uzaq Şərqdə sərhədçi olaraq xidmət edir. Sərhəd pozucusu saxlanılarkən yaralanır və tərxis edilir. 1940-cı ildə Daşkənddəki Yanğından Mühafizə Baş İdarəsinin orta komandanlıq məktəbini bitirib, sonra Leninabadda (Tacikistan) yanğın müfəttişi işləyir. 1941-ci ilin sentyabrında cəbhəyə gedir. Süvari alayında Mərkəzi Cəbhənin 61-ci Ordusunun 7-ci Süvari Korpusunun 16-cı Qvardiya Çernigov Süvari Diviziyasının 3-cü eskadronunun taqım komandirinin köməkçisi olaraq xidmət edir. Stalinqrad döyüşündə iştirak edir.
“Bir vahid” xətası
"Bir vahid" xətası (off-by-one error-OBOE) – proqramlaşdırmada: hər hansı əməlin yerinə yetirilmələrinin sayını bir vahid azaltdıqda, yaxud artırdıqda meydana çıxan xəta. Tutaq ki, verilmiş massivin m-dən n-dək (daxil olmaqla) elementləri emal olunmalıdır. Burada cəmi neçə element var? İntuitiv cavab n−m ola bilər, ancaq bu, "bir vahid"i nümayiş etdirən "çəpər dirəyi" xətasıdır (FENCEPOST ERROR); düzgün cavab n−m+1 olacaq. Ona görə də hesablama aralıqlarını çox zaman yarım-açıq intervallar vasitəsilə göstərirlər; "bir vahid" xətalarından qaçmaq üçün m-dən n-dək (daxil olmaqla) aralıq m-dən (daxil olmaqla) n+1-dək aralıq kimi göstərilir. Məsələn, beş dəfə təkrarlanan dövrü 0-dan 5-dək yarımaçıq interval kimi yazmaq olar: Dövrün gövdəsi öncə i-nin 0 qiyməti üçün yerinə yetirilir; sonra i ardıcıl iterasiyalarla 1, 2, 3 və sonda 4 olur. Bu nöqtədə i-nin qiyməti 5 olur və bu halda i < 5 yalan olduğundan dövr sona çatır. Ancaq müqayisə üçün <= (kiçik, yaxud bərabərdir) operatorundan istifadə oluncaydı, onda dövr altı dəfə yerinə yetirilərdi: bu halda i dəyişəni 0, 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Eyni zamanda, əgər i dəyişəninə başlanğıc qiymət olaraq 0 deyil, 1 mənimsədilsə idi, onda iterasiyaların sayı 4 olardı: bu halda i dəyişəni 1, 2, 3 və 4 qiymətlərini alır. Bu iki halın hər biri "bir vahid" xətasına səbəb ola bilər.
Dora Vass
Dora Vass — 1991-ci ildə anadan olmuşdur. Macarıstanlı bədii gimnastdır. Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Dora Vass 1991-ci ildə anadan olmuşdur. == Karyerası == Dora Vass 2015-ci ildə Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
Levaşi
Levaşi (darg. Лаваша) — Dağıstan Respublikası, Levaşi rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Levaşi rayonunun və Levaşi kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Levaşi kəndi Mahaçqaladan 95 km cənub-qərbdə, Qalaqork çayının yatağında (Paraulozen çayının hövzəsi), 1222 metr yüksəklikdə, Buynaks dəmiryolu stansiyasından 67 km cənub-şərqdə yerləşir. Yolların qovşağındadır. == Kəndin tarixi == Kənd XVII əsrdə salınmışdır. İlk əvvəllər Levaşı kəndi bir yüksəklikdə yerləşirdi. Yerli əhali bu zirvəni «Kyak» adlandırır (təpə mənasını verir). Kəndlərin mənşəyi haqqında müxtəlif fərziyyələr vardır.
Sevast
Sevast (yun. σεβαστός, mənası – hörmətli) və ya sevasta (yun. σεβαστή; qadın variantı) — latınlara aid Avqust titulunun yunan variantı kimi istifadə edilən termin. Bu termin, eləcə də sevastokrator kimi törəmələri XI əsrin sonlarından Komninlər dövrünə qədər Bizans imperiyasının titul sisteminin əsasını təşkil etmişdir. == Mənbə == Kajdan, Aleksandr. The Oxford Dictionary of Byzantium (ingilis). Oksford və Nyu-York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. Maqdalino, Pol.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Levaşi rayonu
Levaşi rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 830 km², inzibati mərkəzi Levaşi kəndidir. == Əhalisi == Rayonun əhalisi 74.044 nəfərdir (2015-ci il).
Artur Evans
Sir Artur Con Evans (8 iyul 1851[…] – 11 iyul 1941[…]) ― ingilis arxeoloq. Krit adasında Minoy sivilizasiyasına məxsus olan Knos sarayını taparaq məşhur olmuşdur.
Evans Kiplaqat
Evans Kiplaqat (d. 10 noyabr 1988 Nayrobi, Keniya) — Keniya əsilli Azərbaycanlı atlet (marafon və yarım-marafon yarışı üzrə). Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Niderlandın paytaxtı Amsterdam şəhərində baş tutan Avropa Çempionatı və Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Evans Kiplaqat 10 noyabr 1988-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində anadan olub. O, 2016-cı ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. == Karyerası == Evans Kiplaqat Azərbaycan bayrağı altında birinci yarışına 2016-cı ildə qatıldı. O, Niderlandın paytaxtı Amsterdam şəhərində кeçirilən 23-cü Avropa Çempionatında yarım-marafon yarışlarında iştiraк etdi və 1 saat 5 dəqiqə 1 saniyəliк nəticə ilə 92 atlet sırasında 19-cu yeri tutdu. Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarında təmsil etdi və məsafəni 2 saat 15 dəqiqə 31 saniyəyə qət edərək 28-ci yeri tutdu.
Evans burnu
Evans burnu (ing. Cape Ewans) — Mak-Medro boğazında, Ross adasının qərb sahilərində yerləşən burun. Burun qayalıqdan ibarətdir və şimal hissəsində Erebus buxtası yerləşir. Burun ilk dəfə 1901-1904-cü illər təşkil olunmuş «Diskaveri» ekspedisiyası zamanı Robert Skott tərəfindən Skuary burnu olaraq adlandırılmışdır. Skottun ikinci «Terra Nova» (1910—1913) ekspedisiyası zamanı isə burunun adı Kral donanmasının leytenantı Edvard evansın şərəfinə adlandırılmışdır. Burun Robert Skottun ikinci ekspedisiyası zamanı qərargah olmuşdur. Bu baza 1914—1917-ci illər Ernest Şekltonun rəhbərlik etdiyi Britanoiyanın Transantartika ekspedisiyası zamanı istifadə edilmişdir.Tikili hal-hazırda da qalır və Skott daxması (ing. Scott's Hut) adlanır 1987 - 1992-ci illər ərzində Beynəlxalq Qeryi-Hökumət ekologiya təşkilatı olan Qrinpisə aid Dünya Okeanı vbazası fəaliyyət göstərmişdir. Evans burnu insanın Antrakridada ilk addımları baxımından olduqca əhəmiyyətli ərazidir. Bu səbəbdən bölgə 1997-ci ildə Antraktidanın xüsusi qorunan ərazisi elan edilmişdir.
Evans qambiti
Evans qambiti — şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-c4 Ff8-c5 4. b2-b4. gedişləri ilə başlanan debüt 1824-cü ildə ingilis V. Evans kəşf edib.
Kris Evans
Kris Evans (aktyor) (d. 1981) — ABŞ aktyoru. Kris Evans (alim) (d. 1951) — Britaniya alimi.
Li Evans
Li Evans (ing. Lee John Martin Evans; 25 fevral 1964, Bristol) — komediya janrına daxil olan ingilis aktyor, yazıçı və musiqiçi. Channel 4-də 100 Ən Yaxşı Komediyaçıda 17-ci sırada qərarlaşıb. == Bioqrafiyası == Li Evans İngiltərədə anadan olub. Ailəsi 1975-ci ildə məktəbdə oxuduğu Esseks köçərək Bristoldan ayrıldı. İngiltərədə bir stand komediyaçı kimi məşhurdur. Bir turda rekord vuran 12 milyon funt sterlinqə sahib olmuşdur. Li Evans atasının peşəsini miras aldı. Eyni zamanda Bristol və Esseksdəki gecə klublarında məşhur bir komediya şousu ifaçısı idi. Hezer Naddsla evləndi və bir övladı var.
İndiana Evans
İndiana Rouz Evans (ing. Indiana Rose Evans; 27 iyul 1990, Sidney, Yeni Cənubi Uels, Avstraliya) — Avstraliya aktrisası, müğənnisi və bəstəkarı.
Georq de Xeveşi
Georq de Xeveşi- (alm. Georg Karl von Hevesy‎, 1 avqust 1885[…], Budapeşt, Avstriya-Macarıstan – 5 iyul 1966[…], Frayburq im Breisqau, Qərbi Almaniya) Nobel mükafatı laureatı olan macar alim. Hollandiyalı alim Dirk Koster ilə birlikdə Hafnium kimyəvi elementini kəşf etmişdir. == Həyatı == Georq de Xeveşi 1885-ci ilin avqustun 1-də Budapeştdə anadan olmuşdur. 1908-ci ildə Budapeşt universitetini bitirmişdir. Sonra mühəndis-kimyaçı olmaq qərarına gələn Xeveşi Berlin texnologiya universitetində təhsilini davam etdirir və bundan sonra Almaniyanın cənubunda yerləşən Frayburq universitetində oxuyur və burada fiziki kimya onun əsas fənni olur. 1908-ci ildə ərimiş natrium hidroksid ilə metallik natriumun qarşılıqlı təsirinə həsr olunmuş dissertasiya işini müdafiə edərək doktorluq dərəcəsi alır. O, 1911-1913-cü illərdə Sürix universitetində, Karlsruedə Ali texniki məktəbdə F. Qaberin laboratoriyasında, Mançester universitetində E. Rezerfordun yanında işləmişdir. 1913-cü ildə isə Vyanada Radium institutunda F.A. Panetin yanında çalışmışdır. Georq de Xeveşi Birinci Dünya Müharibəsi zamanı Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.
Kris Evans (aktyor)
Kristofer Robert "Kris" Evans (d. 13 iyun 1981, Boston) – ABŞ aktyoru. Evans Marvel Kinematoqrafiya Kainatının filmlərində Kapitan Amerikanı və Fantastik dördlük filmlərində Conni Ştormu canlandırmasına görə tanınır. Karyerasına 2000-ci ildə "Qarşı cins" teleserialı ilə başlamışdır. Bundan bir çox filmlərdə görünmüşdür: "Uşaqlara aid olmayan kino", "Gün işığı", "Skott Pilqrim dünyaya qarşı", "Qar kürələyən", "Hədiyyə edilmiş" və s. 2014-cü ildə "Biz getməmişdən qabaq" filmi ilə dram debütünü etmişdir. == Həyatı == Boston şəhərində anadan olmuş, Sadböri qəsəbəsində böyümüşdür. Anası Liza Konkord Gənclik Teatrında rəssamlıq direktoru, atası Robert diş həkimi idi. İki bacısı var: Karli və Şanna. Karli Nyu-York Universitetinin nəzdində Tiş İncəsənət məktəbində oxuyub və Linkoln-Sadböri Regional Liseyində müəllimdir.
Code Geass: Lelouch of the Rebellion seriyalarının siyahısı
Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ, Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu) Sunrise, Mainichi Broadcasting System və Project Geass tərəfindən istehsal olunmuş anime serialıdır. Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir. Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir. "Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir. Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır. Mövsümün son iki seriyası 29 iyul 2007-ci ildə efirə buraxılmışdır, amma bir həftə əvvəl Tokio və Osaka teatrlarında göstərilmişdir. Bandai Visual animenin seriyalarını 9 cilddən ibarət DVD, Blu-ray və Universal Media Disc formatlarında yayımlamışdır. Hər cildə bonus olaraq şəkilli dorama əlavə edilmişdir. Bu doqquz cild yenə iki cildlik DVD formatında, daha sonra isə yenə "Special Edition Black Rebellion" adlı xüsusi adaptasiyada yayımlanmışdır.