Georq de Xeveşi

Georq de Xeveşi- (alm. Georg Karl von Hevesy‎, 1 avqust 1885[1][2][…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan[4]5 iyul 1966[1][2][…], Frayburq-im-Braysqau, Qərbi Almaniya[4]) Nobel mükafatı laureatı olan macar alim. Hollandiyalı alim Dirk Koster ilə birlikdə Hafnium kimyəvi elementini kəşf etmişdir.[5]

Georq de Xeveşi
alm. Georg Karl von Hevesy
Doğum tarixi 1 avqust 1885(1885-08-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 iyul 1966(1966-07-05)[1][2][…] (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Kopli" medalı
İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georq de Xeveşi 1885-ci ilin avqustun 1-də Budapeştdə anadan olmuşdur. 1908-ci ildə Budapeşt universitetini bitirmişdir. Sonra mühəndis-kimyaçı olmaq qərarına gələn Xeveşi Berlin texnologiya universitetində təhsilini davam etdirir və bundan sonra Almaniyanın cənubunda yerləşən Frayburq universitetində oxuyur və burada fiziki kimya onun əsas fənni olur. 1908-ci ildə ərimiş natrium hidroksid ilə metallik natriumun qarşılıqlı təsirinə həsr olunmuş dissertasiya işini müdafiə edərək doktorluq dərəcəsi alır. O, 1911-1913-cü illərdə Sürix universitetində, Karlsruedə Ali texniki məktəbdə F. Qaberin laboratoriyasında, Mançester universitetində E. Rezerfordun yanında işləmişdir. 1913-cü ildə isə Vyanada Radium institutunda F.A. Panetin yanında çalışmışdır. Georq de Xeveşi Birinci Dünya Müharibəsi zamanı Avstriya-Macarıstan ordusunda xidmət etmişdir. 1913-1920-ci illərdə Budapeşt universitetində çalışmışdır (1918-ci ildən professor vəzifəsində). 1920-1926 və 1934-1943-cü illərdə Kopenhagen, 1926-1934-cü illərdə Freyburq və 1943-cü ildən Stokholm universitetlərinin Georq de Xeveşi professoru olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xeveşinin əsas elmi işləri radiokimya sahəsindədir. O, birincilərdən biri kimi  belə nəticəyə gəlmişdir ki, eyni elementlərin izotopları kimyəvi olaraq eynidir. Panet ilə birlikdə 1913-cü ildə izotop indikatorları üsulunu təklif etmişdir. Radioaktiv yerdəyişmələr qanununun ifadəsinin hazırlanmasında aktiv iştirak etmişdir.

Hafnium elementinin kəşfi

[redaktə | mənbəni redaktə et]

Hafnium gümüşü rəngli korroziyaya dayanıqlı plastik metaldır. 1911-ci ildə fransız kimyaçısı Jorj Urben ilk olaraq atom kütləsi 72 olan elementin kəşfi haqda xəbər vermişdir. Lakin Georq de Xeveşi hollandiyalı Dirk Koster ilə birlikdə bu elementi Danimarkada kəşf etmiş və onun rentgen şəkillərini təqdim edərək, elementi kəşf etdiklərini sübüt etmişlər. Bundan başqa onlar sübut edirlər ki, Hafnium sirkoniumun kimyəvi analoqudur. Günümüzdə Hafnium metalı nüvə reaktorlarının tənzimləyici elementlərinin hazırlanmasında istifadə olunur. Xeveşi 1923-cü ildə birinci olaraq bitkilərdə qurğuşunun paylanmasını öyrənmək üçün biologiyada radioaktiv indikator (radium D) istifadə etmişdir. 1927-ci ildə nadir torpaq elementlərini 2 sıraya (Ce-dan Eu-a qədər və Gd-dan Lu-a qədər) ayıraraq və ittriumun xüsusi mövqeyini izah edərək bu elementlərin sistematikasını təklif etmişdir. 1931-ci ildə alim kimyəvi elementlərin rentgen şüalanması zamanı ikinci şüaları buraxması hadisəsini müəyyən edir. Bu da analizin fluoresent üsulunun əsasını təşkil etmişdir. Xeveşi 1932-ci ildə izotop durulaşdırma üsulunu işləyib hazırlamış və 1934-cü ildə radioaktiv izotopları biokimyəvi prosesləri öyrənmək üçün tətbiq etmişdir. 1936-cı ildə macar kimyaçısı Q. Levi ilə birlikdə neytron aktivləşdirici analiz üsulunu işləyib hazırlamışdır. 1941-ci ildə isə canlı orqanizmlərdə su balansını müəyyən etmək üçün ağır su istifadəsi imkanını kəşf etmişdir.

1944-cü ildə Xeveşi “ izatopların kimyasal proseslərin araşdırılmasında izləyici olaraq istifadəsi” ilə bağlı apardığı tədqiqatlara görə , 1943-cü il Nobel Kimya mükafatına layiq görülmüşdür.[6] Bundan başqa macar alim 1958-ci ildə sülhyönümlü radioaktiv izatop istifadəsinə görə “Sülh üçün Atom” mükafatı almışdır

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Georg Charles von Hevesy // Encyclopædia Britannica (ing.).
  3. 1 2 www.pas.va (ing.).
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #116785179 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Georg Charles von Hevesy Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine
  6. "George de Hevesy Biographical". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.