Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xacəli (Sayınqala)
Xacəli (fars. خواجه لو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (23 ailə).
Xacələr
Yuxarı Xacələr (Çaroymaq)
Xakəli
Xakəli - İranın Qəzvin ostanının Abyek şəhristanının Bəşariyat bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,146 nəfər və 790 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Xacəhim (Nir)
Xacəhim (fars. خواجه ييم‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (10 ailə).
Öncəlik (iqtisadiyyat)
Öncəlik iqtisadi nəzəriyyədə — istehlakçının fərqli alternativləri (istehlakçı dəstləri, məhsul dəstləri) müqayisə etmək (arzuolunana görə sifariş) qabiliyyətinin rəsmi təsviridir. Riyazi nöqteyi-nəzərdən hər hansı bir üstünlük sistemi, qəbul edilə bilən alternativlər dəsti ilə ikili münasibətdir (əvvəlcədən sifariş, sərt sifariş və ya ekvivalentlik). Tercih anlayışı nizamlı (sıralı) faydalılıq nəzəriyyəsinin mərkəzində durur. İstehlakçının fərqli alternativləri bir-biri ilə müqayisə etməsi kifayətdir. Xüsusilə bir köməkçi funksiyası varsa, onun ədədi dəyərləri belə bir müqayisəyə imkan verir. Funksiya dəyəri nə qədər böyükdürsə, alternativ də bir o qədər yaxşıdır. Eyni zamanda, nizam nəzəriyyəsindəki fayda subyektivdir, çünki standart və ümumiyyətlə qəbul edilmiş ölçü vahidi yoxdur. Buna görə ədədi dəyərlərin özləri və aralarındakı fərq, müştəri məmnuniyyətinin səviyyəsi və bir alternativə digərinə üstünlük dərəcəsi haqqında heç nə demir. Kardinalist (ədədi) faydalılıq nəzəriyyəsində ədədi dəyərlər, əksinə, həm müştəri məmnuniyyətinin səviyyəsini, həm də alternativə üstünlük dərəcəsini göstərir. Sıralı yanaşma müasir mikroiqtisadiyyatda əsasdır, lakin bu, pul vahidlərindəki kommunal (istehlakçı rifahı) dəyişikliklərini qiymətləndirmə ehtimalını istisna etmir.
Sarı xanəli
Xanəli Babayev
Xanəli Babəli oğlu Babayev - Filologiya elmləri namizədi == Həyatı == Xanəli Babəli oğlu Babayev 1963-cü ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. Ali təhsillidir. Filologiya elmləri namizədidir. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi və Bakı İslam Universitetinin Mingəçevir şöbəsinin direktor müavinidir. Mətbuatda müxtəlif mövzularda tez-tez çıxışlar edir. 3 kitab müəllifidir.
Xanəli Fəttayev
Xanəli Qəribəli oğlu Fəttayev (d. 22 sentyabr 1997; Lerik, Azərbaycan - ö. 29 yanvar 2017; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Xanəli Fəttayev 1998-ci ilin 22 sentyabr günündə Lerik rayonunun Molalan kəndi anadan olub. == Hərbi xidməti == Əsgər Xanəli Fəttayev 2017-ci ildə, yanvarın 29-u axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Yanvarın 30-u isə Xanəli Fəttayev Bakı şəhərinin Xəzər rayonunda, Binə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fəttayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Xanəli Kərimli
Xanəli Kərimli (tam adı:Xanəli Abbasəli oğlu Kərimli; 27 noyabr 1951, Mahmudoba, Şahbuz rayonu) — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Səkkizillik təhsilini 1958–66-cı illlərdə rayonun Mahmudoba kəndində alıb, orta təhsilini 1968–69-cu illərdə C. Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub, 2-ci kursdan (1971) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1973–88-ci illərdə Badamlı kənd səkkizillik və Mahmudoba kənd orta məktəblərində müəllim, Şahbuz Rayon 167 saylı Kənd Orta Texniki Peşə Məktəbində dərs hissə müdiri işləmişdir. 1988–89-cu illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində metodist, 1989–91-ci illərdə Şahbuz qəsəbəsində tədris istehsalat kombinatının rəis müavini, 1991–96-cı illərdə Naxçıvan Dövlət Universitetinin "Fikir" qəzetinin redaktoru, eyni zamanda 1996–98-ci illərdə universitetin ədəbiyyat kafedrasında müəllimliklə bərabər, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdı. 1998–2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir. X. Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyat şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında "Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941–1970)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Xanəli Kərimov
Xanəli Kərimli (tam adı:Xanəli Abbasəli oğlu Kərimli; 27 noyabr 1951, Mahmudoba, Şahbuz rayonu) — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Səkkizillik təhsilini 1958–66-cı illlərdə rayonun Mahmudoba kəndində alıb, orta təhsilini 1968–69-cu illərdə C. Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub, 2-ci kursdan (1971) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1973–88-ci illərdə Badamlı kənd səkkizillik və Mahmudoba kənd orta məktəblərində müəllim, Şahbuz Rayon 167 saylı Kənd Orta Texniki Peşə Məktəbində dərs hissə müdiri işləmişdir. 1988–89-cu illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində metodist, 1989–91-ci illərdə Şahbuz qəsəbəsində tədris istehsalat kombinatının rəis müavini, 1991–96-cı illərdə Naxçıvan Dövlət Universitetinin "Fikir" qəzetinin redaktoru, eyni zamanda 1996–98-ci illərdə universitetin ədəbiyyat kafedrasında müəllimliklə bərabər, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdı. 1998–2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir. X. Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyat şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında "Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941–1970)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Xanəli Tolış
Xanəli Tolış (tam adı: Xanəli Şirəli oğlu Ağayev) — Azərbaycan şairi. İxtisasca tarixçi-etnoqraf olsa da, azərbaycan və talış dillərində yazdığı şeir və poemaları ilə məşhurdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. == Həyatı == Xanəli Tolış 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub 1969-cu ildə oranı bitirmişdir. 1961-ci ildə 6 aya qədər "Yeni həyat" qəzeti redaksiyasında işləmişdir. 1961-ci ilin sentyabr ayından Qızılavar kənd 8-illik məktəbində pioner baş dəstə rəhbəri, 1962-ci ildən 1977-ci ilə kimi həmin məktəbdə tarix müəllimi və eyni zamanda partiya təşkilatı katibi işləmişdir. 1962-ci ilin noyabr 1965-ci ilin sentyabr tarixlərində hərbi xidmətdə olmuşdur.
Aşağı Xacələr (Çaroymaq)
Aşağı Xacələr (fars. خواجه لرسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (8 ailə).
Bir gecəlik (mahnı)
Bir gecəlik — azərbaycanlı müğənni Aygün Kazımova və türkiyəli müğənni Gökhan Erolun mahnısıdır. Mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Mahnını ilk öncə Gökhan Erol solo ifa etmişdir. Daha sonra Aygün Kazımova mahnını radioda dinləyir və özü şəxsən Gökhan bəyə müaciət edərək mahnını duet şəklində ifa edir.
Orta Xacələr (Çaroymaq)
Orta Xacələr (fars. خواجه لروسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (14 ailə).
Yuxarı Xacələr (Çaroymaq)
Yuxarı Xacələr (fars. خواجه لرعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (17 ailə).
Arçelik
Arçelik A. Ş. – Türkiyənin tanınmış əmtəə nişanıdır. 1955-ci ildə Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmış və bu gün Koç Holding qrupunun tərkibinə daxildir. 1959-cu ildə Arçelik şirkəti özünün ilk paltaryuyan maşınını buraxır. Şirkətin ilk soyuducusu 1960-cı ildə Arçelik zavodunun konveyerindən çıxdı. Zaman keçdikcə Koç məişət texnikasının digər növlərinin də buraxılmasını təşkil etməyə başladı. Artıq 1977-ci ildə bu istehsal növü kütləvi xarakter daşıyırdı. Texnika BEKO brendi altında buraxılırdı və 1983-cü ildə alıcılar arasında geniş yayılmışdı. Arçelik şirkətinin rəhbərləri hesab edirdilər ki, hər zavod müəyyən bir məhsul növündə ixtisaslaşmalıdır. Bununla əlaqədar olaraq 1977-ci ildən etibarən bir sıra fabriklərin tikintisinə başlanıldı. Bir qədər sonra Arçelik şirkəti Türk Demir Döküm şirkəti ilə birgə qızdırıcılar və mətbəx piltələrinin istehsalı ilə məşğul olan Ardem şirkətini yaratdı.
Facelis
Facelis (lat. Facelis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Facelis brachyantha Macloskie Facelis lasiocarpa (Griseb.) Cabrera Facelis plumosa (Wedd.) Sch.Bip. Facelis retusa (Lam.) Sch.Bip.
Xalik Məmmədov
Xalik Rəfi oğlu Məmmədov (28 iyun 1958, Kakalos, Astara rayonu) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti (2021–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri. == Həyatı == Məmmədov Xalik Rəfi oğlu 28 iyun 1958-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. 1984-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirmişdir. "Personalın idarə olunmasında motivasiyanın rolu" mövzusunda elmi işi sayəsində İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 8 elmi məqalənin müəllifidir. Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlamışdır. Energetik, Enerji təchizatı sexinin rəis müavini, 1985–1991-ci illər ərzində Yeni Bakı Neftayırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991–1992 illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində "Azinteroyl" Müştərək Müəssisəsinin texniki direktoru, 1992–1994-cü illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994–2005-ci illərdə "Azərneftyanacaq" İstehsalat Birliyində (daha sonra "Azərneftyanacaq" Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, 1996-cı ildən baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışmışdır. 2005-ci ilin noyabr ayından SOCAR-da İşlər İdarəsinin rəisi və 2007-ci ildən isə SOCAR-ın Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse prezidenti, 2021-ci ildən 2023-cü ilə qədər Dövlət Neft Şirkətinin Vitse prezident vəzifəsində çalışıb. Səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə Əməkdar mühəndis fəxri adına layiq görülmüş və II dərəcəli Əmək Ordeni ilə təltif olunmuşdur. 1986–1992-ci illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Şurasının Rəyasət heyətinin üzvü, 1990–1992-ci illər ərzində Ümumittifaq Həmkarlar İttifaqı Konfederasiyasının (ÜİHİK) üzvü, ÜİHİK-in Əməyin Mühafizəsi və Ekologiya Komissiyasının Əməyin mühafizəsi üzrə alt komissiyasının sədri seçilmişdir.
Xaçik
Xaçik — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Çəlik
Cəlik (Ərdəbil)
Jülide Özçelik
Jülide Özçelik - Türkiyəli caz sənətçisidir. == Həyatı == Jülide Özçelik 1975-ci ildə İstanbulda doğulmuşdur. Məktəbi bitirdikdən sonra Müjdat Gezen Sənət Mərkəzində musiqi təhsilinə başlamışdır. Məzun olduğu il İstanbul Bilgi Universitetinin musiqi fakültəsinə qəbul olmuşdur. Burada vokal bölümündə Nüket Ruacan ilə vokal texnikalarını öyrənmişdir.Selen Gülün, Randy Esen, İmer Demirer, Donovan Mixon , Ayşe Özbekligil, Raci Pişmişoğlu, Ricky Ford, Can Kozlu kimi müəllimlərdən ansambl, harmoniya, solfeciya dərslərini öyrənərək məzun olmuşdur. Türk dilində caz ilə bağlı müxtəlif layihələr irəli sürmüş və reallaşdırmışdır. Bu zaman Klassik Türk Müsiqisi xorlarına qoşulmuşdur və konsertlərdə solist olaraq iştirak etmişdir. == Fəaliyyəti == Axıcı və duru səsli Jülide Özçelik albom hazırlamaq fikrini Cem Tuncerə söyləyərək albomun hazılıqlarına başlayır. Cem Tuncer, Erbil Doğan, Kağan Yıldız, Ediz Hafızoğlu və Genco Arı ilə birgə 2008-ci ilin Yanvar ayında ilk albomu olan Jazz İstanbul Volume 1 'i çıxardı. Bir çox müxtəlif tədbirlərə qoşulmuşdur.
Qamze Özçelik
Qamze Özçelik (türk. Gamze Özçelik; d. 26 avqust 1982) — türk kino aktrisası, model və aparıcı. == Həyatı == Gamze Özçelik tanınmış türk aktrisası, model və aparıcıdır. Boyu 174 sm-dir.
Serap Özçelik
Serap Özçelik (18 fevral 1988, İstanbul) — Türk karateçi. == Karyerası == Fransanın paytaxtı Parisdə keçirilən 2012 Karate Dünya Çempionatında Serap Özçelik ilk turda belaruslu Koulinkoviçlə qarşılaşıb, normal vaxt 1–1 bitən döyüşü hakimin qərarı ilə udub, daha sonra ikinci turda Xorvatiya idmançısı Ratkoviçi 1–0 məğlub edib. O, 3-cü turda çilili Bruna ilə qarşılaşıb, bundan sonra 1/4 finala yüksəlib. O, 1/4 finalda fransalı Aleksandra Reçiya ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə uduzub. Reçia finala yüksəldikdən sonra təkrar görüşdə rusiyalı Ponomareva ilə qarşılaşan Özçelik 4–3 hesabı ilə qalib gələrək üçüncülük matçına vəsiqə qazanıb. 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən karate üzrə Dünya Çempionatında Serap Özçelik qadınlar arasında kumite yarışlarında 50 kq çəki dərəcəsində finalda Almaniya üçün mübarizə aparan türk əsilli Duyğu Buğurla üz-üzə gəlib. O, Duyu Buğuru 6–1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Serap Özçelik 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanıb. Kumitedə 50 kq-da qızıl medal qazanan Serap Özçelik "Avropa Oyunlarında Türkiyəyə qızıl medal qazandıran ilk türk idmançı" olur. O, Bakı Kristal Zalında 50 kq çəki dərəcəsində fərdi kumite üzrə təsnifat mərhələsində A qrupunda yer alıb.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Ayla Çəlik
Ayla Çəlik (29 oktyabr 1973, İstanbul) — Türkiyəli müğənni və söz yazarı.
Mert Çelik
Mert Çelik (10 iyun 2000, İstanbul) bir azərbaycanlı futbolçu kimi oyanayır. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. == Kareyası == === Neftçi === 19 sentyabr 2020 ci ildə Neftçi Mert Çelik ilə müqavilə bağladı.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.