Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
İran xalısı
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Nil xanısı
Nil xanısı, ( Latinca: Lates niloticus) Xanıkimilər dəstəsinin Latidae fəsiləsinə aid balıq növü. Xüsusilə Nil çayı və Nil hövzəsindəki göllərdə, həmçinin Volta çayı, Seneqal çayı, Çad gölü və Viktoriya gölü kimi digər Afrika çay və göllərində yayılmışdır. Nil xanısının orta ölçüləri — uzunluğu 45-65 sm, çəkisi 10-20 kq-dır. Maksimum uzunluğu 200 sm, çəkisi isə 200 kq ola bilir. Bədəninin rəngi adətən gümüşü boz olur və beli uzunu gümüşü mavi rəngli zolaqlar keçir. Yırtıcı balıq olan Nil xanısı, kiçik balıqlar və xərçəngkimilərlə qidalanır. Yetkin Nil xanıları suyun dərinliklərində üzməyi seçdikləri halda, balacalar daha çox suyun dayaz yerlərində üzürlər. Bəzi xanıkimilərdə olduğu kimi Nil xanısının da qəlsəmə qapağında iti bir sümük çıxıntısı var. Həmçinin bu çıxıntılara gözləri və qəlsəmələri arasında da rast gəlmək olar. Onlar kiçik və tikan şəklindədirlər.
Çay xanısı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. == Yayılması == Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. == Morfoloji əlamətləri == DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.
Xalıs Ələsgərov
Xalis Ələs oğlu Ələsgərov (1 oktyabr 1948, Qarabağlı, Samux rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Haqqında == 1948-ci il oktyabrın 1-də Samux rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 85 saylı Samux—Şəmkir—Goranboy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. == Tarixi == Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Mədəniyyəti == Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. == İstinadlar == == Ədəbiyyat == Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Qalisiy Vikipediyası
Qaliscə Vikipediya — Vikipediya, açıq ensiklopediyanın Qalisiya dilində olan versiyasıdır. Qaliscə Vikipediyanın bənzərsiz xüsusiyyətlərindən bir dənəsi budur ki coğrafi məqalələrinin başlıqları həm Qaliscə adı və imlanı həm də yerli adını və imlasını ehtiva edir, məsələn Yeni Dehli məqaləsinin adı "Nova Deli - नई दिल्ली", və Azərbaycan məqaləsinin adı "Acerbaixán - Azərbaycan" və s.
Salisil aldehidi
Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir. == Fiziki xassələri == Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1]. Dielektrik keçiriciliyi 17,09-dur. == Alınması == Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır. Salisil turşusunun elektrolitik bərpası ilə; O-krezolun POCl3 və ya fosgen ilə 120–150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə; Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası); Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır. Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır.
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Mohsen Xalili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Sadri Alışık
Sadri Alışık, əsl adı Mehmet Sadrettin Alışık (5 aprel 1925, İstanbul — 18 mart 1995, İstanbul) türk teatr aktyoru, kino aktyoru və komediya aktyorudur. 1964-cü ildən etibarən Turist Ömər və Ofsayt Osman obrazları ilə tanınıb. O, həyatı boyu 200-dən çox filmdə rol alıb. === Həyatı === 5 aprel 1925-ci ildə İstanbul, Paşabahçe, Beykozda anadan olub. Anası Saffet Xanım, atası isə Kapitan Rafet bəydir. Uşaqlıq illərində teatra maraq göstərmişdir; Məktəb tamaşalarında rol aldı. O, ilk dəfə 1939-cu ildə Eminönü İcma Mərkəzində həvəskar kimi səhnəyə çıxıb. Beykoz Orta Məktəbini (indiki Ziya Ünsel İbtidai məktəbi), sonra İstanbul Oğlan Liseyini bitirmişdir.
Xalis Ataksor
Mayor Xalis bəy və ya Kor Xalis kimi də tanınır (1876, Aydın – 8 avqust 1933, Uşak) — Çanaqqala və İstiqlal Müharibəsi qazisi. Atası; baş dəftər katibi Ahmet Muhtar Əfəndi (Hamlacı Muhtar) ; Anası Germiyanoğullarından Həvva Naime; həyat yoldaşı Zekiye Ataksor. == Məktəb dönəmi == Halis bəy 1876-cı ildə Aydında anadan olub. Kütahyaya kiçik yaşlarında böyük kitabın katibi olan atası Əhməd Muhtar Əfəndinin təyin edilməsi nəticəsində gəldi. İbtidai təhsilini 1881-ci ildə daxil olduğu Kupecik məhəllə məktəbində tamamladı. 1885 - 1888 arasında Kütahya liseyində oxudu. Məzun olduqdan sonra Fransız dilini öyrənməyə başladı. 1889-cu ildə yeni açılan İdadi məktəbinə başladı. 1893-cü ildə Kütahya Liva Şurasının rəhbərliyinə seçildi və Bursa Dövlət Xidməti Liseyinə başladı. 1896-cı ildə İdadi sertifikatının 6.
Xalis Güləhmədov
Xalis Oruc oğlu Güləhmədov — (02 may 1917, Gürcüstan, Ahalkələk rayonu, Koqiya kəndi – 08 mart 2002-ci il Gəncə şəhəri) — Kənd təsərrüfatı elmləri doktoru (1965), professor (1966). == Həyatı == Xalis Güləhmədov 02 may 1917-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Koqiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığından orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb. == Əmək fəaliyyəti == Xalis Güləhmədov 1936–1939-cu illərdə Azərbaycan kənd təsərrüfatı institutun tələbəsi, 1939-cu ildə "Aztexbarit" zavodunda laborant işləyib. Həmin il orduya səfərbər olub və 1947-ci il daxil olmaqla orduda xidmət edib. Müharibə zamanı siravi əskərdən kapitan rütbəsinə qədər yüksəlmişdir, Berlin şəhərinin döyüşlərində iştirak etmiş, 2 "Vətən müharibəsi" ordenləri və 7 medallarla təltif edilmişdir. Böyük Vətən müharibəsi veteranıdır. Müharibə qurtarandan sonra ali təhsilini başa çatdırmiş, Elmi-tədqiqat pambıqçılıq institutunda aspiranturanı uğurla bitirmiş, həmin institutda uzun müddət işləmiş və 1962–1969-cu illərdə onun direktoru olmuşdur. 1969–2002-ci illərdə Azərbaycan Kənd təsərrüfatı Akademiyasında texniki bitkilər və seleksiya kafedrasının müdiri vəsifəsində işləyib. Kənd təsərrüfatının inkişaf sahəsində böyük işlər görmüş, ziyalılar sırasında Xalis Oruc oğlu Güləhmədovun adı xüsusi olaraq vurğulanır.
Xalis aktivlər
Xalis Ələsgərov
Xalis Ələs oğlu Ələsgərov (1 oktyabr 1948, Qarabağlı, Samux rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Haqqında == 1948-ci il oktyabrın 1-də Samux rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 85 saylı Samux—Şəmkir—Goranboy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Xalis mənfəət
Xalis mənfəət və ya xalis gəlir — vergilər, rüsumlar və büdcəyə digər icbari ödənişlər ödənildikdən sonra müəssisənin balans mənfəətinin onun sərəncamında qalan hissəsi. Xalis mənfəət müəssisənin dövriyyə vəsaitlərinin artırılmasına, fondların və ehtiyatların formalaşmasına, istehsala yenidən investisiya qoyulmasına istifadə olunur. Xalis mənfəətin həcmi ümumi mənfəətin həcmindən və vergilərin məbləğindən asılıdır. Xalis mənfəətin həcminə əsasən müəssisənin səhmdarlarına dividendlər hesablanır. == Müəyyənləşdirilməsi == K.Makkonnell və S.Bryuya görə, xalis mənfəət (iqtisadi mənfəət) müəssisənin ümumi gəlirindən bütün fürsət xərclərinin çıxılmasına bərabərdir .
Mohammad Taqi Xalili
Mohammad Taqi Xalili (d. 1976, Maydan, Vərdək vilayəti, Əfqanıstan) — Əfqanıstannın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən) == Həyatı == Mohammad Taqi Xalili 1976-ci ildə Əfqanıstanın Vərdək vilayətinin Maydan şəhərində anadan olmuşdur. == Təhsili == Gənc yaşlarında ikən ibtidai və orta təhsilini almaq üçün Vərdək vilayətindən Kabul şəhərinə köçür. Daha sonra isə ali təhsilini İran, Azərbaycan və İsveçrədə davam etdirir. O, siyasi elmlər sahəsində bakalavr bitirmiş və 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində liderlik üzrə magistr dərəcəsini qazanmışdır. == Fəaliyyəti == 2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, Xalili Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevrədə yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsi olmuşdur. İsveçrədə 5 il çalışdığından sonra Kabula qayıtmış və Əfqanıstan Prezidentinin müavini vəzifəsinə seçilmiş atasının – Mohammad Karim Xalilinin siyası müşaviri vəzifəsinə təyin edilmişdir. Siyasi müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Kərzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Kərzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının kampaniyalar üzrə baş meneceri olmuşdur.
Qurban Əli Xalidi
Qurban Əli Xalidi (tam adı: Qurban Əli Xalidi Al-Ayağuzi Al-Cavcaqi) çoxlu doğu qıpçaq çölünə görə olan tarix kitablarının yazıçısıdır . Qurban Əli Xalidinin tarix yazıları Qazaxıstan ilə Şərqi Türkistan tarixinin böyük mənbələrindəndir. == Həyatı == Qurban Əli 1846-cı ildə Ayağuz şəhərində anadan oldu. Ayağuz nayman qazaxların topraqlarındandır (naymanlar Qazaxıstanın orta yüzünün böyük boylarındandırlar). Qurban Əli Çala qazaxlardan idi, mənisi budur ki anası qazax amma atası orta asiya tatarlar , başqurdlar ya türkmənlərindən idi. Qurban Əli öz yazılarının birində öz şəcərəsin türkmən baba adlı bir kişiyə yetirir ki Əbülğazı Bahadurxan çağında xivədən sarda şəhrinə köçüpdür. Türkmən babanın o şəhərdə üç oğlu olubdur: Bay Murad qul Mühəmməd Qadir qul Bəykbav Bikbav Ornaş Baş adlı kəndin yaxınlığında otrağ edib usman adlı oğlu oldı. Qurban Əlinin atası, Xalid, Usmanın nəvəsi (Bəyk Qulun oğlu). Qurban Əlinin anası, Əfifə də Türkmən babanın oğlu Mühəmməd qadir qulun oşaqlarından idi.
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Xalis cari dəyər
Xalis cari dəyər (XCD, ing. net present value, NPV) — bu günə qədər azaldılmış ödəniş axınının endirimli dəyərlərinin cəmidir. NPV göstəricisi, cari vaxta (investisiya layihəsinin qiymətləndirilməsi anına) azaldılmış bütün pul daxilolmaları və çıxışları arasındakı fərqdir. Bu, pul vəsaitlərinin daxilolmaları ilkin investisiya xərclərini və layihə ilə bağlı dövri pul vəsaitlərinin xaric olmasını ödədikdən sonra investorun layihədən almağı gözlədiyi pul vəsaitinin məbləğini göstərir. Nağd ödənişlər zaman dəyəri və risk əsasında qiymətləndirildiyi üçün NPV layihə tərəfindən əlavə dəyər kimi şərh edilə bilər. Bu, investorun ümumi gəliri kimi də şərh edilə bilər. == Tərifi == Amerikalı professor Entoni Atkinsona görə, “xalis cari dəyər” investisiya layihəsi ilə bağlı bütün diskontlaşdırılmış pul vəsaitlərinin (daxil və çıxışlarının) cəmidir. CF (Cash Flow) pul axını üçün burada C F t {\displaystyle CF_{t}} t {\displaystyle t} illərində ödənişdir ( t = 1 , . . .
Ömər Xalis Bıyıktay
Ömər Xalis Bıyıktay (türk. Ömer Halis Bıyıktay) (d. 1883 Ərzincan, Osmanlı İmperiyası – ö. 25 dekabr 1935, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1905-ci ildə hərbi məktəbi bitirmişdir. 1908-ci ildə baş leytenant rütbəsinə yüksəldi. 1910-cu ildə Hərbi Akademiyaya daxil oldu. 1911-ci ildə akademiyanın tətil etməsi səbəbilə İtaliya-Osmanlı müharibəsinə qoşuldu. 1913-cü ildə yenidən Hərbi Akademiyada təhsil almağa başladı və 4 oktyabr 1914-cü ildə kapitan rütbəsi ilə məzun oldu. Birinci Dünya müharibəsində bir sıra hərbi vəzifələrdə xidmət etdi.
Ömər Xalis Dəmir
Ömər Xalisdəmir (20 fevral 1974 – 16 iyul 2016, Ankara) — türk hərbçi. 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürən və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olan hərbi qulluqçudur. Bu hadisə baş verən zaman ona "vur" əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir. == Həyatı == Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömər Xalisdəmir uşaqlığını da Niğdədə keçirmişdir.Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib. Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır. == Xatirəsi == Azərbaycanlı rəssam Ülkər Əbülfət tərəfindən portreti çəkilib.
Xalis zəkanın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Mənsur bəy (Dərbənd valisi)
Mənsur bəy — Dərbənd valisi. Mənsur bəy, Kral I İsmayıl (1501–1524-cü illərdə hökmranlıq edir) dövründə 1509-cu ildə Dərbəndin ilk Səfəvi valisi vəzifəsində çalışan bir Səfəvi məmuru idi. Qısa müddətdən sonra, 1538-ci ilə qədər, şəhər Səfəvi hökmranlığı altında idarə edən Şirvanşahlar ailəsinin üzvləri tərəfindən idarə olunmağa başladı. Bundan sonra birbaşa təyin olunmuş Səfəvi məmurları yenidən şəhərin idarəsini ələ keçirdilər.