Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanbulan
Xanbulan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xanbulan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Oykonim ərazidəki eyniadlı çayın adından yaranmışdır. Əhalisi 1441 nəfərdir.
Xanbulaq
Xanbulaq (dağ) — Göygöl rayonunda dağ. Xanbulaq (çay) — Göygöl rayonunda çay. Xanbulaq (Gəncə) — İndiki Xoşbulaq Xanbulaq (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Xanbulaq (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd.
Canbuta
Canbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2017-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2017-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2018-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Vaqif Özbək oğlu Orucovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2019-cu ildə isə alətin son variantı ərsəyə gəlib.
Manqutay (Sərab)
Manqutay (fars. منقوطای‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (37 ailə).
Xanbulan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanbulaq (Ağsu)
Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər. Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı.
Xanbulaq (Yardımlı)
Xanbulaq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Xanbulaq bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanbulaq (dağ)
Xanbulaq – Göygöl rayonu ərazisində dağ. Murovdağ silsiləsinin şimal yamacında, Qoşqar və Gəncə çaylarının suayrıcındadır. Hündürlüyü 1422 m. Dağ oradakı bulağın adı ilə belə adlandırılmışdır. Bulaq isə vaxtilə Gəncə xanlarına məxsus yurd yerlərindən birinin yaxınlığında yerləşməsinə görə Xanbulağı adlandırılmışdır.
Sabutay bahadur
Sabutay bahadur (Monqolca: Сүбээдэй / Sübe'edei, Sübütei, Farsca: سوبداى بهادر Sūbdā'ī bahādur, Çincə: 速不台 ya da 速別額台; təq. 1175, Burxan Xaldun dağı – 1248), Çingiz xan və Ügedey xanınn öndə gələn tümən bəyi idi. Türk əsillidir. Sabutayın dəqiq doğum tarixi bəlli olmasa da, onun təxminən 1176-cı ildə müasir Monqolustan sərhədlərində yerləşən Urianxay bölgəsində anadan olduğu təxmin edilir. Atasının adı Suri Bahadur, anasının adı Höelün xatındır. Sabutay Urianxay tayfasından monqol əsilzadəsi olaraq doğulmuşdur. Sabutay gənc yaşlarında Çingiz xanın xidmətinə girdi. Çingiz xanın ordusunda sürətlə yüksələn Sabutay istedadlı sərkərdə olduğunu tez bir zamanda sübut etdi. Sabutay Çingiz xanın qərb səfərlərində iştirak etmiş və bir çox mühüm döyüşlərdə qələbələr qazanmışdır. Bu döyüşlərə Kalka çayı döyüşü (1223), Kiyevin mühasirəsi (1240) və Mohi döyüşü (1241) daxildir.