Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xanbulan
Xanbulan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xanbulan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == Oykonim ərazidəki eyniadlı çayın adından yaranmışdır. == Əhalisi == Əhalisi 1441 nəfərdir.
Xanbulaq
Xanbulaq (Gəncə) — İndiki Xoşbulaq Xanbulaq (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Xanbulaq (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd.
Canbuta
Canbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2017-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2017-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2018-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Vaqif Özbək oğlu Orucovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2019-cu ildə isə alətin son variantı ərsəyə gəlib.
Manqutay (Sərab)
Manqutay (fars. منقوطای‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (37 ailə).
Xanbulan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanbulaq (Ağsu)
Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == Xanbulaq Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər. Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı.
Xanbulaq (Yardımlı)
Xanbulaq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Xanbulaq bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sabutay bahadur
Sabutay bahadur (Monqolca: Сүбээдэй / Sübe'edei, Sübütei, Farsca: سوبداى بهادر Sūbdā'ī bahādur, Çincə: 速不台 ya da 速別額台; təq. 1175, Burxan Xaldun dağı – 1248), Çingiz xan və Ügedey qaanınn öndə gələn tümən bəyi idi. Türk əsillidir. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Böyük qardaşı Cəlmə noyonun ardınca Çingiz xanın yanına getdi. Xan onu ordusuna götürüb tez bir zamanda yüksəltdi. Tarixdəki hiç bir sərkərdənin almadığı qədər torpak ələ keçirdiyi 20-dən çox səfərə başçılıq etmişdir. bir çox hərbi manevrləri, strateji hücumları, aldadıcı, hiylə dolu geri çəkilmələri ilə tanınırdı. Ən çox Macarıstan və Polşa ordularını aralarında təqribən min dörd yüz kilometr məsafə olan hərbi birliklərlə iki gündə yox etdiyi çox yaxşı düşünülmüş muharibə planıyla xatırlanmaqdadır. Çingiz xanın Monqolustana, Çinə və Orta Asiyaya etdiyi səfərlərə yardım etmişdir.