Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xatınlı
Xatınlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Xatınlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Kür çayı sahilində olan Xatınlı kəndinin əhalisinin 1930-1936-cı illərdə Xunni düzündə həmin kəndə məxsus əkin yerlərində məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların bir qismi oykonimi etnotoponim hesab edir. Bəzi tədqiqatçılar isə oykonimi Atabəy Özbəyin sonralar isə Cəlaləddin Xarəzmşahın zövcəsi Mehri Cahan Xatunun (XIII əsr) adı ilə bağlayırlar. Xatun "xan arvadı, xan qadını" mənasındadır. == Tarixi == Kənd XX əsrin 30-cu illərində kolxoz islahatı ilə əlaqədar Kür çayının sağ sahilindən indiki əraziyə köçürülmüşdür. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Əmrahov Vüqar Mübariz oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şirinov Elmar Cəbrayıl oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Xatınlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Katınlı
Katınlı-i Süfla (Xoy)
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.
Mehrican xatın
Mehrican xatın (XIII əsrin əvvəlləri) — sultan Toğrulun qızı, Atabəylər dövləti nin axırıncı hökmdarı Müzəfərəddin Özbəy in arvadı. Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyə ni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddin lə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.
Məvaziyi-xatın
XII-XIII əsrlərdə Naxçıvan vilayətinin şimalında Eldəniz hökmdarlarının xanımlarına məxsus mülklər yerləşirdi. Dəbil istiqamətində gedən yollar üzərində yerləşən bu mülklər sonrakı dövrlərdə xüsusilə XVI-XVII əsrlərdə elə “Xatın mülkləri” kimi xatırlanmış və “Məvaziyi-xatın” adlandırılmışdır . Eldənizlər dövründə bu mülklərdə çoxlu karvansaralar tikilmiş və onların bəzilərinin qalıqları günümüzə qədər qalmışdır. Bu fakt isə bizə əski Oğuz-Səlcuq adətlərini xatırladır . F.Sümər “Oğuzlar” kitabında yazır ki, karvansaralar, xəstəxanalar və körpülər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər arasında Səlcuq xanədanına mənsub xatınların olması da maraqlıdır. Hətta İranda karvansaraların əsasən və ya daha çox Səlcuq sultanlarının qızları tərəfindən inşa edildiyi sanılırdı . A.Bağırovun irəli sürdüyü ehtimala görə nahiyənin adı 1225-1229-cu illərdə Naxçıvanın hakimi olmuş Qızıl Arslanın arvadı Xatına məxsus kəndləri əhatə edən ərazinin adı ilə bağlı yaranmışdır . Sözün birinci hissəsindəki “Məvazi” - “mevzi” sözü əski Osmanlı türkcəsindən “mövqe”, “mənzil”, “yer” kimi tərcümə edilir. “Xatın” isə Eldənizlərdə saraya xanımlarını ifadə etmək üçün işlədilmişdir. Məvaziyi-Xatın nahiyəsi şimaldan və qərbdən Dərələyəz, şərqdən Dərəşahbuz, cənubdan Mülki-Arslanlı nahiyələri ilə həmsərhəd olmuşdur.
Təbriz Xatın
Təbriz Xatın (fars. تبریزخاتون‎) — Kürdüstan ostanının kəndlərindəndir ki, Divandərə şəhristanının Məkəzi bəxşinin Çehelçeşmə kəndistanında yerləşib.2004-cü il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 320 nəfər və 52 ailədən ibarət idi.
Çərşənbə Xatın
Çərşənbə Xatının şəkli ilin son çərşənbə axşamında ocağın yanındakı divarda çəkilir. Əvvəlcə divara su səpirlər, sonra isə, barmaqla unu yaş divara bənək bənək vurarlar. Beləliklə, Çərşənbə Xatının şəkili ocağın qırağında ilboyu qalar. Hər ilin son çərşənbə axşamında bu şəkil təzədən çəkilməlidir. == Çərşənbə Xatın Ayın Düşüncədə == Çərşənbə Xatın Azərbaycanın ayın (əsatiri) düşüncəsində, ocaq, və ailə ilahəsidir.
Katınlı-i Süfla (Xoy)
Katınlı-i Süfla (fars. كتن لوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Katınlı-i Ülya (Xoy)
Katınlı-i Ülya (fars. كتن لوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bərderəş Təbriz Xatın
Bərderəş Təbriz Xatın (fars. برده‌رش تبریزخاتون‎)-Kürdüstan ostanının kəndlərindəndir ki, Divandərə şəhristanının Məkəzi bəxşinin Çehelçeşmə qəsəbəsində yerləşib. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (21 ailə).
Dünyanın xatirəsi
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək.1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Nil xanısı
Nil xanısı, ( Latinca: Lates niloticus) Xanıkimilər dəstəsinin Latidae fəsiləsinə aid balıq növü. Xüsusilə Nil çayı və Nil hövzəsindəki göllərdə, həmçinin Volta çayı, Seneqal çayı, Çad gölü və Viktoriya gölü kimi digər Afrika çay və göllərində yayılmışdır. Nil xanısının orta ölçüləri — uzunluğu 45-65 sm, çəkisi 10-20 kq-dır. Maksimum uzunluğu 200 sm, çəkisi isə 200 kq ola bilir. Bədəninin rəngi adətən gümüşü boz olur və beli uzunu gümüşü mavi rəngli zolaqlar keçir. Yırtıcı balıq olan Nil xanısı, kiçik balıqlar və xərçəngkimilərlə qidalanır. Yetkin Nil xanıları suyun dərinliklərində üzməyi seçdikləri halda, balacalar daha çox suyun dayaz yerlərində üzürlər. Bəzi xanıkimilərdə olduğu kimi Nil xanısının da qəlsəmə qapağında iti bir sümük çıxıntısı var. Həmçinin bu çıxıntılara gözləri və qəlsəmələri arasında da rast gəlmək olar. Onlar kiçik və tikan şəklindədirlər.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
İran xalısı
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Çay xanısı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. == Yayılması == Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. == Morfoloji əlamətləri == DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.
Dünyanın xatirəsi (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Şəhidlərin Xatirəsi Muzeyi
Şəhidlərin Xatirəsi Muzeyi - Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yaradılmış muzey. == Muzey haqqında == Muzey 20 yanvar 1997–ci il tarixində istifadəyə verilmişdir, Şəhidlər xiyabanının ərazisində yerləşən sahəsi 105 m2 olan Şəhidlərin Xatirə Muzeyi Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yaradılmışdır. Muzeydə Şəhidlərin şəxsi əşyaları, geyimləri, şəkilləri, sənədləri və digər tarixi məlumatları nümayiş olunur. == Həmçinin bax == Şəhidlər Xiyabanı Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Şəhidlər (mahnı) == Xarici keçidlər == "Qubada Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb". apa.az. İstifadə tarixi: 27.01.2021. "Qubada 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib". culture.gov.az. İstifadə tarixi: 27.01.2021.