XATIN

is. Qadın, xanım. Ağam bir xatın aldı; Davanı satın aldı. ( Ata. sözü ).
[Qazan xan:] A üzü qaralı, başı qadalı, xatınları, oğul-uşağı nə deyə dustaq etdin?! M.Rzaquluzadə.

Синонимы

  • XATIN xatın bax arvad 1; xatın 2
XATƏM₁
XATINBARMAĞI
OBASTAN VİKİ
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.
Mehrican xatın
Mehrican xatın (XIII əsrin əvvəlləri) — sultan Toğrulun qızı, Atabəylər dövləti nin axırıncı hökmdarı Müzəfərəddin Özbəy in arvadı. Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyə ni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddin lə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.
Məvaziyi-xatın
XII-XIII əsrlərdə Naxçıvan vilayətinin şimalında Eldəniz hökmdarlarının xanımlarına məxsus mülklər yerləşirdi. Dəbil istiqamətində gedən yollar üzərində yerləşən bu mülklər sonrakı dövrlərdə xüsusilə XVI-XVII əsrlərdə elə “Xatın mülkləri” kimi xatırlanmış və “Məvaziyi-xatın” adlandırılmışdır . Eldənizlər dövründə bu mülklərdə çoxlu karvansaralar tikilmiş və onların bəzilərinin qalıqları günümüzə qədər qalmışdır. Bu fakt isə bizə əski Oğuz-Səlcuq adətlərini xatırladır . F.Sümər “Oğuzlar” kitabında yazır ki, karvansaralar, xəstəxanalar və körpülər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər arasında Səlcuq xanədanına mənsub xatınların olması da maraqlıdır. Hətta İranda karvansaraların əsasən və ya daha çox Səlcuq sultanlarının qızları tərəfindən inşa edildiyi sanılırdı . A.Bağırovun irəli sürdüyü ehtimala görə nahiyənin adı 1225-1229-cu illərdə Naxçıvanın hakimi olmuş Qızıl Arslanın arvadı Xatına məxsus kəndləri əhatə edən ərazinin adı ilə bağlı yaranmışdır . Sözün birinci hissəsindəki “Məvazi” - “mevzi” sözü əski Osmanlı türkcəsindən “mövqe”, “mənzil”, “yer” kimi tərcümə edilir. “Xatın” isə Eldənizlərdə saraya xanımlarını ifadə etmək üçün işlədilmişdir. Məvaziyi-Xatın nahiyəsi şimaldan və qərbdən Dərələyəz, şərqdən Dərəşahbuz, cənubdan Mülki-Arslanlı nahiyələri ilə həmsərhəd olmuşdur.
Təbriz Xatın
Təbriz Xatın (fars. تبریزخاتون‎) — Kürdüstan ostanının kəndlərindəndir ki, Divandərə şəhristanının Məkəzi bəxşinin Çehelçeşmə kəndistanında yerləşib.2004-cü il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 320 nəfər və 52 ailədən ibarət idi.
Çərşənbə Xatın
Çərşənbə Xatının şəkli ilin son çərşənbə axşamında ocağın yanındakı divarda çəkilir. Əvvəlcə divara su səpirlər, sonra isə, barmaqla unu yaş divara bənək bənək vurarlar. Beləliklə, Çərşənbə Xatının şəkili ocağın qırağında ilboyu qalar. Hər ilin son çərşənbə axşamında bu şəkil təzədən çəkilməlidir. Çərşənbə Xatın Azərbaycanın ayın (əsatiri) düşüncəsində, ocaq, və ailə ilahəsidir.
Bərderəş Təbriz Xatın
Bərderəş Təbriz Xatın (fars. برده‌رش تبریزخاتون‎)-Kürdüstan ostanının kəndlərindəndir ki, Divandərə şəhristanının Məkəzi bəxşinin Çehelçeşmə qəsəbəsində yerləşib. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (21 ailə).
Aşağı Xatınarx
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1670–80-ci illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın, kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir.
Xatınabad
Xatınabad — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,883 nəfər və 900 ailədən ibarət idi.
Xatınbulaq
Xatınbulaq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Xatınbulaq Füzuli rayonunun Qarakollu inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim kəndin ərazisindəki Xatın bulağının adından yaranmışdır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Xatınbəyli
Xatınbəyli — Azərbaycan Respublikasının Ağdərə rayonunun Xatınbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Xatınbəyli kənd Soveti yaradılmış və Xatınbəyli kəndi Manikli kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xatınbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Xatınbəyli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Xatıncan
Xatıncan — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsrik Cırdaxan camaatına məxsus keçmiş binə yerində salınmışdır. Yerli əhalinin məlumatına görə, kənd xalq təbabəti ilə məşğul olmuş Xatıncan adlı qadının adı ilə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd orta dağlıq qurşaqda yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Xatınlı
Xatınlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Xatınlı kənd inzibati ərazi dairəsində kənd. Kənd Kür çayı sahilində olan Xatınlı kəndinin əhalisinin 1930-1936-cı illərdə Xunni düzündə həmin kəndə məxsus əkin yerlərində məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların bir qismi oykonimi etnotoponim hesab edir. Bəzi tədqiqatçılar isə oykonimi Atabəy Özbəyin sonralar isə Cəlaləddin Xarəzmşahın zövcəsi Mehri Cahan Xatunun (XIII əsr) adı ilə bağlayırlar. Xatun "xan arvadı, xan qadını" mənasındadır. Kənd XX əsrin 30-cu illərində kolxoz islahatı ilə əlaqədar Kür çayının sağ sahilindən indiki əraziyə köçürülmüşdür. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əmrahov Vüqar Mübariz oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şirinov Elmar Cəbrayıl oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Xatınlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Xatınarx
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonuunda kənd. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828-29 - cu illərdə İranın Xoy vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar kənddən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfıqulu xanın (1655-1680) arvadı Xatun tərəfindən salınmışdır. Ona görə də kənd Xatınarx adlandırılmışdır. Toponimin əvvəllindəki «yuxarı» sözü fərqləndirici əlamət bildirir. Antropotoponimdir.
Xatınarx
Aşağı Xatunarxı

Значение слова в других словарях