BATİNİ

BATİNİ – ZAHİRİ Bu adamın zahiri quruluşu kimi, batini həyatının da çox maraqlı olduğunu onun hər sözündən, hər hərəkətindən anlamaq olurdu (A.Şaiq).

BATİN
BATMAQ
OBASTAN VİKİ
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Batinilik
Batinilik və ya Batiniyyə ( الباطنية , Əl-Batiniyyeh ); İslamda Quran ayələrinin zahiri mənalarından daha dərin həqiqi mənalar daşıdığına inanan və ayələri ona uyğun təfsir edən cərəyana “Batini”, bu fikri mənimsəyənə isə “Batin” deyilir. Şiəlikdə belə hesab edilir ki, bu mənaları ancaq Allaha aid olan və Əlinin nəslindən olan məsum On iki İmam bilə bilər. Batini sözü ərəbcə Bâtın sözündən götürülmüşdür. Batin, gizli həqiqət, bir şeyin içi, daxili mənası deməkdir. O, həm də İslam anlayışında Allahın 99 adından biridir. Bu termini İranlı Qəzali kimi sünni alimləri bu fikirləri qəbul edənlərə ittihamedici məna verərək işlətmişlər. Tarixdə ən məşhur batinilər ismaililərdir . Əl-Kirmani və Nasir Xosrov kimi Fatimi - İsmaili yazıçıları bunun əksini irəli sürsələr də, Qəzali və bəzi digər sünni alimlərinə görə, bu qruplar dini mətnlərin, ibadət və qaydaların zahiri mənalarını rədd edirlər.

Значение слова в других словарях