Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xoruzlu
Xoruzlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Xoruzlu Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonim kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır.. == Əhalisi == Əhalisinin bir hissəsi 1949-cu ildə Dərələyəz mahalından deportasiya olunublar. === Tanınmışları === Vəzir Orucov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Tofiq Yusif — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru.
Ocaqqışlaq-i Xoruzlu (Biləsuvar)
Ocaqqışlaq-i Xoruzlu (fars. اجاق قشلاق خروسلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (45 ailə).
Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd.
Doşulu
Doşulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Doşulu oyk., düz. Cəbrayıl r-nunun Balyand i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. Oykonim Doşu (Ģ.a.) və -lu (mənsub.şək.-si) komponentlərindən düzəlib, "Doşuya məxsus kənd, doşulular" deməkdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Aşağı Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Ayrı-ayrı mənbələrdə Aşağı Öküzlü, Aşağa Öksüzlü variantlarında da qeydə alınmışdır. Yaşayış məntəqəsini XIX əsrdə Öysüzlü (indiki Yuxarı Öysüzlü) kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Azərbaycan elatlarından birinin adıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çal dağının (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Əliyev Fuad Ramin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mehdiyev Seymur Hüseyn oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Nağıyev Pərviz Güloğlan oğlu (1991-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çxıdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. == Tarix == Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Tovuzlu (Xudabəndə)
Tovuzlu (fars. توزلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,085 nəfər yaşayır (450 ailə).
Yuxarı Öysüzlü
Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur. === Tarixi abidələri === Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Çovdaroğlu Aşıq Məhəmməd — azərbaycanlı aşıq.
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə - Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. == Bədii analiz == "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
Hind xoruzu
Oğuzlu kilsəsi
Oğuzlu kilsəsi — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığından 19 km Şimalda, Oğuzlu kəndi ərazisində qədim kilsə. Kilsənin orijinal ermənicə adı bilnmədiyindən yerləşdiyi kəndin adı ilə adlandırılmışdır. Həmçinin kilsənin nə zaman inşa edilməsi də məlum deyil. Kilsə divarındakı naməlum tarixli kitabə isə abidənin Hassan Gntuni adlı bir nəfər tərəfindən inşa etdirilməsi haqqında məlumat verir. Bu şəxs Kral Smbatın (890-914) dövründə Qarsın hakimi olmuşdur. Yazıda Kral Smbatın adının çəkilmədiyinə görə kitabənin X əsrin başında Qarsda baş vermiş üsyan nəticəsində şəhərin bir müddət Kral Smbatın hakimiyyəti altından çıxdığı dövrdə yazıldığı düşünülür. Dövrümüzə çatmayan başqa bir kitabədə isə kilsənin "şahzadələr şahzadəsi" Aşot Pahlavid tərəfindən bərpa etdirildiyi qeyd edilirmiş. Daha sonrakı bir tarixdə isə kilsənin Cənub-Qərb küncü çökdüyü düşünülür. Çünki, kilsə divarlarının bu hissəsi sonrakı tarixdə daha kiçik daşlarla yenidən inşa edilmişdir. Daş işçiliyinin bənzərliyindən eyni dövrdə bayır divarlarının yüksəldildiyi, girişlərə divar çəkildiyi, yada girişlərin ölçüsünün kiçildildiyi düşünülə bilər.
Pirverdinin xoruzu
== Məzmun == Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. == Film haqqında == Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) === Rollarda === İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Hovuzlu yaşayış yeri
Hоvuzlu yаşаyış yеri — Yuxarı Buzqov kəndinin qərbində hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеrinin ərаzisində bir nеçə yеrdə yаşаyış binаsı üçün bünövrə qаzıldığındаn Еrkən Tunc dövrünə аid kеrаmikа pаrçаlаrı üzə çıхmışdır. Lаkin аrаşdırmаlаr göstərdi ki, yаşаyış yеrində mədəni təbəqə çох yığılmаmışdır. Tаpıntılаr bаşlıcа оlаrаq yеrüstü mаtеriаllаrdаn ibаrətdir. Оnlаr qаrа, bоz və çəhrаyı rəngdə bişirilmiş küpə tipli qаblаrın аğız hissəsi və qulplаrının pаrçаlаrı ilə təmsil оlunmuşdur. Yаşаyış yеrinin ərаzisi 2 hеktаrdır. Yаşаyış yеri köçmə mаldаrlıqlа məşğul оlаn mаldаr tаyfаlаrа аiddir. Аbidəni е.ə. IV-III minilliklərə аid еtmək оlаr. Qеyd еtmək lаzımdır ki, yаşаyış yеrinin ərаzisindən Аntik və Оrtа əsrlərə аid kеrаmikа nümunələri də аşkаr оlunmuşdur.
Yuxarı Öysüzlü bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmir bəy Mosullu
Əmir bəy Mosullu — Səfəvilər dövlətində hərbi və siyasi xadim. I Təhmasibin lələsi, əmir, Xorasanın bəylərbəyi. == Haqqında == Əmir bəy türkmanların mosullu tayfasındandır. Onun atası və babası Ağqoyunlular dövlətində yüksək vəzifələr tutublar. 1505-ci ildə Əlvənd Mirzə öldükdən sonra Diyarbəkir hakimi olub. Sonradan Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəyin qızı Diyarbəkir qalasını ələ keçirir. 1507-ci ildə Şah ismayıl Xətai Əlbistanı aldıqdan sonra Əmir bəy Diyarbəkirin açarını və bir çox zinət əşyalarını şaha gətirərək tayfasından olan əksəriyyət kimi o da, Səfəvilər dövlətinin xidmətinə keçir. Səfəvilər dövlətində tezliklə yüksəklərə doğru irəliləyir. Əvvəlcə o mərkəzi idarəetmədə möhrdar vəzifəsini tutur. 1510-cu ildə Xorasanı özbəklərdən almış orduya komandan təyin edilir.
Vasilkov mayolika xoruzu
Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı. == Tarixi == Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir. Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir. Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeriy Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur.2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.Xoruz şkaf ilə birlikdə Milli Ləyaqət İnqilabı Muzeyinin ekspozisiyasına aparılmışdır. == Simvolika == Bombalanmadan salamat çıxmış və olduğu divarda qalmış xoruzlu mətbəx şkafı mətanət və mübarizə simvoluna çevrilmişdir.
Musa sultan Mosullu-Türkman
Musa sultan Mosullu-Türkman —Mosullu türk tayfasından olan qızılbaş əmiri. O, I Təhmasibin dövründə Təbriz və ya Azərbaycan bəylərbəyiliyinin bəylərbəyi olmuşdur. == Həyatı == Musa Soltanın aid olduğu Mosullu tayfası Ağqoyunlu dövlətinin əsas tayfalarından biri olmuşdur. Musa Soltanın babası Bəkr bəy Mosullu (ö. 1491) Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə Astarabad hakimi və hökmdarın sadiq sərkərdələrindən biri olmuşdur. Musanın atasının adı İsa bəy idi. Bəzi mənbələrin bildirdiyinə görə, I Təhmasibin arvadı Sultanım Bəyim Musa Sultanın qızı olmuşdur. Bu məlumatlara görə, Musa Səfəvi şahları II İsmayıl ilə Məhəmməd Xudabəndənin babasıdır. Hər bir halda, Kəyumərs Ğerağluya görə, o, Sultanım Bəyimin atası yox, qardaşı idi. O, qızılbaş əmirlərindən biri olan Üləma Soltan Təkəlinin Osmanlı imperiyasına sığınmasından sonra I Təhmasib tərəfindən Azərbaycan bəylərbəyi təyin edilmişdir.
Əmir xan Mosullu-Türkman
Əmir xan Türkman (?-1586) — XVI yüzillik, qızılbaş sərkərdəsi, Təbrizin bəylərbəyi. == Həyatı == Məhəmmədi bəy Mosullu-Türkmanın oğlu III Əmir хan uzun illər paytaхtı Təbriz olan Azərbaycanın bəylərbəyi olmuşdu. O, Türkman elinin Mosullu oymağındandır. 1577-ci ildə II Şah İsmayıl Səfəvi vəfat etdi. Əmirlər ayaqlandılar. Araya girən Хəlil хan Avşar qızılbaşları sakitləşdirdi. Türkman tayfasının qocaman ağsaqqalı Əmir хan Mosullu ilə Ustaclı elinin cavan ağsaqqalı Pirə Məhəmməd хan arasında "ata-oğul" müqaviləsi bağlandı. Şah öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün "ağsaqqalar şurası" yarandı. Şuraya Ustaclı elindən, Pirə Məhəmməd хan Çavuşlu, Türkman elindən Əmir хan Mosullu, Şamlı elindən Sultan Hüseyn хan Bəydili, Təkəli elindən Müseyib хan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu хan daхil idi. Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər.
Pirverdinin xoruzu (film, 1987)
== Məzmun == Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz. == Festivallar və mükafatlar == 1) 1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı Filmə Priz və Diplom verilmişdir. == Film haqqında == Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Cəlil Məmmədquluzadə Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Ramiz Əzizbəyli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Geyim rəssamı: Aydın Lazımov Qrim rəssamı: Çingiz Paşayev Rejissor: Ənvər Həsənov Operator: Elman Əliyev Montaj edən: Nelli Dadaşova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Ədalət Yunusov, Akif Musayev Mətni oxuyan: Ramiz Əzizbəyli (titrlərdər yoxdur) === Rollarda === İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".