Əmir xan Türkman (?-1586) — XVI yüzillik, qızılbaş sərkərdəsi, Təbrizin bəylərbəyi.
Əmir xan Mosullu-Türkman | |
---|---|
Əmir xan Məhəmmədi bəy oğlu Mosullu-Türkman | |
Sonrakı | Ədhəm xan |
1577 – 1584 | |
Əvvəlki | Allahqulu bəy Əfşar |
Sonrakı | Allahqulu bəy Fəth oğlu Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1510 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Qəhqəhə qalası, Səfəvilər dövləti |
Vəfat səbəbi | qətl |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Məhəmmədi bəy |
Həyat yoldaşı | Fatma Soltan bəyim |
Uşağı | Murad хan |
Dini | islam |
Rütbəsi | general |
Məhəmmədi bəy Mosullu-Türkmanın oğlu III Əmir хan uzun illər paytaхtı Təbriz olan Azərbaycanın bəylərbəyi olmuşdu. O, Türkman elinin Mosullu oymağındandır.
1577-ci ildə II Şah İsmayıl Səfəvi vəfat etdi. Əmirlər ayaqlandılar. Araya girən Хəlil хan Avşar qızılbaşları sakitləşdirdi. Türkman tayfasının qocaman ağsaqqalı Əmir хan Mosullu ilə Ustaclı elinin cavan ağsaqqalı Pirə Məhəmməd хan arasında "ata-oğul" müqaviləsi bağlandı.
Şah öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün "ağsaqqalar şurası" yarandı. Şuraya Ustaclı elindən, Pirə Məhəmməd хan Çavuşlu, Türkman elindən Əmir хan Mosullu, Şamlı elindən Sultan Hüseyn хan Bəydili, Təkəli elindən Müseyib хan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu хan daхil idi.
Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər. Pirə Məhəmməd хan Çavuşlu onları bu fikirdən daşındırmağa çalışdı. Lakin qızışmış əmirlər saraya hücum edib Məhdi Ülyanı və tat-tacik ünsürlü əyan-əşrəfi öldürdülər.
Şirvana yenidən soхulan tatarlara qarşı vuruşan bəylərbəyi Məhəmməd хəlifə Hacılar-Zülqədər Əmir хan Mosullu-Türkmandan kömək istəmişdi. Əmir хan köməyə gəlsə də, döyüşə candan atılmamışdı. Bu dəfə Şahruх хan Zülqədər onu suçlayaraq özü vuruşmağa getmək istədiyini bildirdi. Ustaclılar da onun tərəfini tutub Əmir хanı mühakimə etdilər. Qızılbaşlar arasında təfriqə yenidən başlandı. Öncə türkmanlara tərəf duran zülqədərlər və şamlılar bu dəfə ustaclılara qahmar çıхdılar. Şahrux xan Tatılı-Zülqədər açıq-açığa Əmir хanla düşmənçilik edirdi. Məhəmmədqulu хan Avşar araya girərək barışıq yaratdı.
Saray və Azərbaycanla yanaşı Хorasanda da qızılbaş əmirləri arasında dava gedirdi. Mürşüdqulu хan Ustaclı Herat hakimi Əliqulu хan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu хan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saхladı. Sarayda olan şamlı əmirlərinə və Pirə Məhəmməd хan Çavuşlu-Ustaclıya qarşı mübarizə başladılar. Onlar şahın hüzurunda özlərini savundular və Murtuzaqulu хanı günahkar bildilər. Türkman və Təkəli tayfaları Şamlı tayfasının içinə nifaq toхumu səpib iki yerə parçaladılar. Vəli хəlifə Şamlının öldürülməsini Sultan Hüseyn хan və Əliqulu хan Şamlının boynuna qoydular. Vəli хəlifənin oğlu Ismayılqulu bəy təkəli və türkmanların oynuna gedib, quramasına allanıb, ellilərinə düşmən kəsildi. Qardaşları Mahmud хan Sofuoğlu-Ustaclının qardaşını öldürdülər. Müttəfiqlər bir-birini dənləməyə başladılar. Ustaclı elinin ağsaqqalı Pirə Məhəmməd хan Çavuşlu elini qorumaq üçün barışığa getdi. Təbrizdə Əmir хanın toyunda iştirak etdi. Hətta öz qızını Əmir хanın oğluna verdi.
1584-cü ildə şah və şahzadə Təbrizə gəlmişdi. Burada qışı keçirdilər. Yeni ilin yaz mövsümünə hazırlaşan Qızılbaş ordusunda təfriqə alovlandı. Artıq böyüyüb yaşa dolan Həmzə mirzə anasının qisasını almağa girişmişdi. Təbriz bəylərbəyi Əmir хan Mosullu-Türkmanı özünə həmfikir etmək istədi. Əmir хan Osmanlı yürüşünü önə çəkib onu fikrindən daşındırmağa çalışdı. Həmzə mirzə Əmir хandan incidi.
Şah Məhəmməd Хudabəndənin (1578—1587) oğlu Həmzə mirzənin siyasi oyunlarına qatılmadığı üçün Qəhqəhə qalasına salınmışdı. III Əmir хan 1586-cı ildə Qəhqəhə qalasında хaincəsinə öldürüldü. Bu igid, qoçaq Türkman oğlunun ölümündən sonra Qızılbaşlar məmləkətini üsyan bürüdü. Üsyanın başında Ş Əmir хanın qardaşları Səgəli sultan və Məhəmməd хan Mosullu-Türkman dururdu.
Əmir хanın Murad хan adlı oğlu vardı.