Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator. == Həyatı == Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə baxmayaraq ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi. Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu.
Xoşhal xan Xəttak
Xoşhal xan Xəttak(1613 – 25 fevral 1689; puşt. خوشحال خان خټک), bəzən belə də yazılır: Xushāl Bābā (puşt. خوشحال بابا), )— puştun əsilli əfqan şairi. Xoşhal xan Xəttak 1613-cü ildə ulu babası Məlik Akuray tərəfindən Pəncab bölgəsində qurulan Akurə şəhərində doğuldu. Baburlu dövlətinin xidmətində olan Məlik Akuray Pəştu qəbilələrindən Xəttakin rəisiydi. Əkbər şah (1556-1605) tərəfindən Attoktan Peşavərə gedən yolun vergisini toplamaqla vəzifədar olaraq göndərilmişti. Xoşhalin atası Şahbaz xan və babası Yəhya xan, Sultan Cahangir şah və Sultan Şahcahanın xidmətində idilər. Xoşhal, gəncliğində atasıyla birlikdə asi qəbilələrə qarşı girişilən savaşlara qatıldı. Atası bir savaşda öldürülüncə “xan” ünvanı ilə onun yerinə keçdi, 1641-ci ildə Xəttak qəbiləsinin rəisi oldu. 1645-ci ildə zabit olaraq qatıldığı Bəlx və Bədəxşan savaşlarında göstərdiyi yararlılıklardan ötürü Şahcahan tərəfindən mükafatlandırıldı.
Xoşnamə
Xoşnamə (fars. خوشنامه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (15 ailə).
Hostage
"Hostage" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Mahnının həmmüəllifi və prodüseri Finneas O'Konnelldir.
Ostade
Ostade — Holland rəssamlar ailəsi.
Xoştəzə (Xudafərin)
Xoştəzə (fars. خوش تازه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (9 ailə).
Linckia costae
Linckia multifora (lat. Linckia multifora) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Xostan Vəliyev
Xostan Vəliyev (tam adı: Xostan Ələsgər oğlu Vəliyev; 1932, Zəngilan rayonu – 2008, Bakı) — coğrafiya elmləri doktoru, professor. Xostan Ələsgər oğlu Vəliyev 1932-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. O, Bakı Kənd Təsərrüfatı Texnikumunda oxuduqdan (1947–1950) sonra Zəngilan su təsərrüfatı idarəsində texnik-topoqraf (1950–1951) işləmişdir. Xostan Vəliyev 1951–1956 illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Geologiya-Coğrafiya fakültəsində ali təhsil almışdır. Xostan Vəliyev Azərbaycan hidrometeroloji xidmət idarəsinin neft daşları abservatoriyasında mühəndis, Səngi-Muğan meteoroloji stansiyasında rəis (1956–1963), Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dosenti (1963–1968), Moskva Dövlət Universitetində baş elmi işçi (1969–1970) vəzifələrində çalışmışdır. Xostan Vəliyev 1970-ci idən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru işləmişdir. O, 1992–1996 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı olmuşdur. Xostan Vəliyev 2008-ci ildə Bakıda vəfat etmişdir. Xostan Vəliyev 1959-cu ildə AEA (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu) Coğrafiya institutunun aspiranturasına qəbul olunmuş, 1963-cü ildə "Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası (şah dilindən Bəndovan burnunadək) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1986-cı ildə Azərbaycan EA (indiki AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu) Coğrafiya institutunun ixtisaslaşmış elmi şurasında "Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Məlik Xoşabə
Məlik Xoşabə Yusif (süry. ܡܠܟ ܚܕܒܫܒܐ ܝܘܣܦ; 1877 – 1952, İraq) — aysor hərbi lideri, Tyari qəbiləsinin məliki. O, Birinci Dünya müharibəsi zamanı Assuriya müstəqillik hərəkatında mühüm rol oynamışdır. Sonrakı həyatda Xoşabə aysorlar arasında böyük mübahisələrə səbəb olmuşdur. O, bir çoxları tərəfindən, xüsusən 1932-ci ildə yeni yaradılmış və ərəblərin dominantlıq etdiyi İraq dövlətində Assuriya muxtariyyətinin işini sarsıtmaqda bölücü fiqur kimi görünürdü. Britaniya ordusunun zabiti Ronald Sempill Staffordun dediyinə görə, Xoşabə öz arvadını və qızını əxlaqsız hərəkətlər etdiyinə inanaraq öldürmüşdür.
Xosta (Soçi)
Xosta — Krasnodar diyarının Soçi şəhərində yerləşən mikrorayon. Xostinski rayonunun inzibati mərkəzi. Xost mikrorayonunun mənzilləri Xosta çayının hər iki sahilində yerləşir. Xosta çayı Qara dənizin Tixaya buxtasına tökülür. Yaxınlıqda Vidno burnu yerləşir. "Tapse—Adler" dəmir yol xətti Xosta rayonu ərazisindən keçir. Ərazidə dəmir yol stansiyası var. 12-ci əsrdə burada Genuya ticarət məntəqəsi Casto yerləşirdi. XV əsrin sonlarında Şimali Qara dəniz bölgəsi Osmanlı imperiyasının tabeliyinə keçdi. Osmanlılar bu bu bölgədə dörd əsrə yaxın hökümranlıq etdilər.
2S34 Xosta
2S34 "Xosta" (rus. 2С34 "Хоста, əslən adı: 2S1M) — Rusiyanın 120 mm-lik özüyeriyən artilleriya qurğusu. 2S31 Vena, 2S23 Nona-SVKbir sıra komponentlərinin tətbiqi ilə "2S1 Gvozdika"nın dərin modernləşdirilmiş növüdür. 2S34 "Xosta" Permdə Motovilikha zavodunda hazırlanmışdır.
Adrian van Ostade
Adrian van Ostade (10 dekabr 1610[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası – 1685[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası) — XVII əsr holland boyakarlığında kəndli həyatını təsvir edən ən məşhur rəssamlardan biri. İsaak van Ostadenin qardaşı və müəllimi. == Yaradıcılığı == Tablolarında yumor və xəyalpərvərlik hissləri üstündür. Ostadenin qrafika yaradıcılığı (ofortlar, akvarellər, rəsmlər) canlı həyat müşahidələrinə əsaslanır. === Əsərləri === Rəssamın emalatxanası. 1663. Drezden şəkil qalereyası Kənd musiqiçiləri. 1655. Ermitaj, Leninqrad Fleytaçı. 1660.
İsaak van Ostade
İsaak van Ostade (d. 2 iyul 1621, Harlem, Niderland – ö. 16 oktyabr 1649, Harlem, Niderland) — Adrian van Ostadenin qardaşı və şagirdi. Əsərləri üçün (aşıq havada səhnələr, mənzərələr) işığın xüsusiyyətlərini incəliklə ifadə edən gümüşü kolorit xarektrikdir. Donmuş göl. 1642. Ermitaj, Leninqrad Ostade ASE, VII cild, Bakı, 1983. səh. 390.