Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buzüstü xokkey
Buz üstə xokey adından da aydın olacağı kimi buzun üzərində iki komanda/dəstələ oynanan bir idman və ya oyundur. Oyunçular hokey konkilərini geyib hokey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışarlar. Oyunçular diski (pakı) qalaya soxaraq ədəd taparlar. Komanda/dəstədə biri qapıçı olmaq üzrə altı oyunçu fasiləsiz oynayar. Əslən bir komanda/dəstədə 20dən çox oyunçu vardır. Bir oyunçu qaydaları pozuntu etsə hakim cəza olaraq komanda/dəstəs(n)i bir müddətə 5 adamla oynadar. 26x56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir. Buz üstə xokey mövzusunda Kanada, Rusiya, İsveç, Finlandiya, Çex Respublikası, Amerika Birləşmiş Ştatları və Slovakyia qabaqda gələn ölkələrdir. Dünyadakı ən yaxşı oyunçuların çoxu NHLdəndir (Milli Xokey Liqası).
Azərbaycan Xokkey Federasiyası
Azərbaycan Xokkey Federasiyası — Azərbaycanda buzüstü xokkeyin inkişafı ilə məşğul olan təşkilat. == Tarixi == Azərbaycanda xokkeyin inkişafı təşəbbüsü məşhur sovet məşqçisi Anatoli Tarasova məxsusdur. O , Azərbaycan SSR İdman Komitəsinin xahişi ilə federasiyanın gələcək prezidenti Valeri Laryukovu Bakıda xokkey məktəbi açmaq və idmanı inkişaf etdirmək üçün göndərdi. Elə həmin il Respublika Buzlu Xokkey Federasiyası yaradıldı. Bakıda buz sarayının (indiki Heydər Əliyev adına idman-konsert kompleksi) əsasında 200-ə yaxın uşağın iştirak etdiyi xokkey məktəbi var idi. Bu, Azərbaycanda xokkeyin inkişafı üçün əsas olmalı idi. SSRİ dağılandan sonra Ümumittifaq İdman Komitəsinin xokkey şöbəsinin müdiri Yuri Korolyev Azərbaycan Xokkey Federasiyasının BXF-na daxil olmasını təklif etdi. 6 may 1992-ci ildə BXF-nin qurultayında federasiya keçmiş SSRİ respublikaları ilə birlikdə onun tərkibinə qəbul edildi. Bununla belə, eyni zamanda Əbülfəz Elçibəy Azərbaycanın prezidenti olduqda respublikada xokkeyi inkişaf etdirməmək, daha çox milli idman növlərində üstünlük vermək qərara alındı.. Sonradan federasiya dəfələrlə Azərbaycanda xokkeyin inkişafı ilə bağlı məsələ qaldırdı, lakin dövlətin idman orqanları maliyyə çatışmazlığını əsas gətirərək bundan imtina etdi.
Azərbaycanda otüstü xokkey
Azərbaycanda otüstü xokkey 1960-cı illərin sonlarında inkişaf etməyə başladı. == Sovet dövrü == 30-50-ci illərin ortalarında Sovet İttifaqında otüstü xokkeyi inkişaf etdirmək üçün ilk uğursuz cəhdlər Azərbaycan SSR-idən yan keçir. 1970-ci ildə Bakının SKIF komandası kişilər arasında ilk SSRİ otüstü xokkey çempionatında iştirak edir. Zonal mərhələdə bakılılar yalnız İrəvan Dövlət Bədən Tərbiyəsi Universitetini qabaqlayaraq qrupda 3-cü yeri tutdular. 1971-ci ildə azərbaycanlı xokkeyçilər bütün görüşləri uduzaraq bir qol vurmadan sonuncu olurlar. 1973-cü ildə bakılıları Sumqayıtdan gələn “Spartak” əvəzləyir. Ancaq onlarda zonada sonuncu olurlar.XX əsrin 70-ci illərin ortalarından etibarən Azərbaycan otüstü xokkeyinin yüksəlişi başlayır. 1976-cı ildə Bakının “Burevestnik” klubu ilk dəfə SSRİ çempionatının yüksək liqasında iştirak etmək hüququ əldə edir. Debüt ilində 8 komanda arasında 6-cı yeri tutur. 1979-cu ildə onlar SSRİ çempionatının bürünc medallarını qazanırlar.
Milli Xokkey Liqası
Milli Hokkey Liqası NHL (İngilis dili) və ya Ligue Nationale de Hockey LNH (Fransız) Şimali Amerikadakı buz xokkeyi liqasıdır. NHL ümumiyyətlə hər biri şərq və qərbdən ibarət olan 15 komandanın iki konfransına bölünür. Hər konfrans 5 komandadan ibarət 3 qrup tərəfindən təşkil olunur. NHL, 1917-ci ildə, Monrealda (Kanada, Kvebek, 4 komanda) quruldu. Bu gün ABŞ-dən 24, Kanadadan 6 komanda daxil olmaqla cəmi 30 komanda var. Digər ölkələrdə NHL buz hokkey liqalarından fərqli olaraq, heç-heçə ehtimalı yoxdur. Komandalar normal vaxtın sonunda qolu vura bilmirlərsə, qalib əlavə vaxtda oynayaraq müəyyənləşir. == Erkən illər == Milli Hokkey Liqası 1917-ci ildə Milli Hokkey Assosiasiyasının (NHA) varisi olaraq quruldu. 1909-cu ildə qurulan NHA, bir il sonra Ontario və Kvebekdəki yeddi komanda ilə oynamağa başladı və peşəkar buz xokkeyində ilk böyük liqalardan biri oldu. Lakin NHA-nın səkkizinci mövsümündə Toronto Blueshirts klubunun sahibi Eddie Livingstone, Montreal Canadiens komandalarının sahibləri, Montreal Wanderers, Ottawa senatorları və Quebec Bulldogs ilə liqanın gələcəyini müzakirə etmək üçün bir sıra görüşlər etdi.
Dinamo (xokkey klubu, Riqa)
«Dinamo» Riqa xokkey klubu (latış. «Dinamo» Rīga‎) — Latviyanın Riqa şəhərində fəaliyyət göstərmiş xokkey klubu. Klub 1946-cı ildə təşkil edilmişdir. 1995-ci ildə isə fəaliyyətini dayandırmışdır. == Riqada şayba ilə xokkeyin tarixi == Latviyada xokkey ənənləələri XX əsrin əvvəllərində meydana gəlmişdir. Riqada Rudiya imperiyası tarixində ilk dəfə 1908-ci ildə kanada xokkeyi üzrə «Yunion» və Atıcı parkı arasında görüş baş tutmuşdur. 1930/1931-il mövsümündə isə Latviyanın ilk çempionatı keçirilmişdir. Burada «Yunion», «Vanderer» və «Yuniversitates Sport» klubları iştirak edirdi. == Klubun tarixi == 1946-ci ildə xokkey üzrə SSRİ cempionatında Riqada Dinamo klubu təşkil edilmişdir. İlk yarışında klub dördüncü yeri tutmuşdur.
2011 Dünya Buzüstü Xokkey Çempionatı
2011 Dünya Buzüstü Xokkey Çempionatı — 29 Aprel ilə 15 May 2011 tarixləri arasında Slovakiyada təşkil edilən və ölkələrin milli kişi buzüstü xokkey komandalarının yarışdığı 75-ci Dünya Buzüstü Xokkey Çempionatı idi. Müsabiqələr Bratislava şəhərində yerləşən Ondrey Nepela Arenada və Koşitsedə yerləşən Ladislav Troyak Stadion-da keçirilmişdir. Slovakiya, müstəqillik qazandıqdan sonra ilk dəfə bir Dünya Buzüstü Xokkey Çempionatına ev sahibliyi etdi. Ancaq, bu turnirlə birlikdə Bratislava şəhəri bu yarışa üçüncü dəfə ev sahibliyi etmişdir. Çexoslovakiyanın bir parçası ikən 1959-cu və 1992-ci illərdə Praqa şəhəri bu yarışa ev sahibliyi etmişdi. Finlandiya, finalda 6–1 qalib gələrək qızıl medal qazandı. Bu, Finlandiyanın yarışın tarixindəki ikinci çempionluğu olmuşdur. == Ev sahibi şəhərin seçimi == Avropada yeləşən dörd ölkə, 2011 Dünya Buzüstü Xokkey Çempionatına ev sahibliyi etmək üçün rəsmi təklif verdi. Həmin ölkələr bunlardır: Slovakiya İsveç Macarıstan FinlandiyaBir raund davam edən səsvermənin ardından, ev sahibliyi qazanan ölkə BBXF-nın (Beynəlxalq Buzüstü Xokkey Federasiyası) prezidenti Rene Fasel tərəfindən 2006-cı ilin May ayının 19-da, Latviyanın Riqa şəhəindəki Beynəlxalq Buzüstü Xokkey Federasiyası nümayəndələri konqresində açıqlandı. Slovakiya 70 bal qazanaraq ev sahibliyi hüququnu əldə etdi.
Bonkey
Bonkey (盆景, azərb. podnos mənzərəsi‎) – Yaponiya miniatür mənzərə sənəti. Bonkey 3 ölçülü mənzərələrin müvəqqəti və ya daimi miniatür təsviridir. Bu zaman əsasən daş, qum, sement kimi materiallardan istifadə olunur. Bonsay və saykey kimi digər yapon sənət növlərindən fərqli olaraq bonkeydə canlı element istifadə olunur. Bonsay canlı ağaclar, saykey isə canlı ağac və digər tərəvəzləri özündə ehtiva edir. == Haqqında == Podnos üzərində qumla müstəvi şəkilli mənzərələr yaratmaq sənəti olan bonsekidən fərqli olaraq bonkey mənzərələrin 3 ölçülü təsviridir və bəzən daimi saxlanıla bilər. Bonkeydə çox vaxt quru materiallardan istifadə olunsa da, axan su və dəniz kənarı mənzərələri də təsvir olunur, bunun üçün müxtəlif rəngli çınqıl və qumlardan istifadə olunur. Bəzən bonkeydə insanların, tikililərin, körpüləri və digər elementlərin miniatür fiqurları da öz əksini tapır. Bonkeyin əsas məqsədi nümayiş üçün estetik görünüşlü miniatür mənzərələr əldə etməkdir.
Dokken
Dokken — 1977-ci ildə Amerikada qurulmuş hard rok qrupudur. == Qrup haqqında == Qrup 1977-ci ildə köhnə Xciter üzvləri Corc Lynch, Mick Brown və Don Dokken-ın bir araya gəlməsi ilə yarandı. Bas gitara üçün müvəqqəti olaraq Peter Baltes alındı ​​və ilk EP olan «Back In The Streets» Carrerre Recordsdan çıxarıldı. Lynch'dən əvvəlki lead gitarist Greg Leon daha sonradan Randy Rhoads-ın yerinə Quiet Riot-a qatılacaqdı. 1978-ci ildə müvəqqəti bassçı Peter Baltes-ın yerinə yenə bir keçici gitarist olan Juan Croucier alındı. Bu heyət ilə «Hard Rok Woman» və «Paris Is Burning» single-larını çıxaran qrup 1981-ci ildə Avropada «Breaking The Chains» albomunu çıxardı. Bu albom 1983-cü il 18 sentyabrda Amerika daxilində remaster-ləndi və satışa çıxarıldı. Qrup ilk etapda Avropada çox sevildi ancaq Amerikada hələ siyahılara girə bilmədi. 1982-ci ildə müvəqqəti bas gitarist Juan Croucier-in yerinə ilk dəfə qalıcı olaraq Jeff Pilson alındı. Croucier da Ratt qrupuna daxil oldu.
Zonkey
Zebroid (ya da zedonk, zorse, zebr qatırı, zonkey, və zebmule) dişi zebr ilə erkək atın cütləşməsindən meydana gələn hibrid canlıya verilen addır. Qatırlar kimi zonkeylər də əksər hallarda qısırdır. == Fiziki xüsusiyyətləri == Zonkeylər daha çox zebr olmayan valideyninin xüsusiyyətlərini və zebrnın zolaqlarını daşıyır. Zolaqlar bütün bədəni əhatə etmir, boyun və ya ayaqlar kimi nayihələrlə sərhədlənə bilir. Zebr-eşşək hibridlərində zolaqlar qarın və bel nayihələri ilə məhdudlaşır.
Emma Makkey
Emma Maki (ing. Emma Mackey; 4 yanvar 1996, Le-Man[d]) — fransız-britaniyalı aktrisa. "Seks tərbiyəsi" teleserialında Meyv Uayli rolunu canlandırmaqla məşhurluq qazanıb. == Həyatı == Emma Maki 4 yanvar 1996-cı ildə Fransanın Le-Man şəhərində anadan olub. Məktəb direktoru olan atası Filipp fransızdır, anası Reyçel isə britaniyalıdır.Maki Sablé-sür-Sart kommunasında böyüyüb. 2013-cü ildə Nantes Kollecində Yüksək Fəxri diplomla bakalavr dərəcəsini almışdı, daha sonra Lids Universitetində ingilis dili və ədəbiyyatını öyrənmək üçün İngiltərəyə köçdü. Təhsilini 2016-cı ildə bitirdi. Hal hazırda Londonda yaşayır.
Disk jokey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır.
Donkey Kong (video oyun)
Donkey Kong — "Nintendo" oyun şirkəti tərəfindən 1981-ci ildə yaradılan macəra oyunudur. == Portativ versiyalar == Donkey Kong uyğun olaraq Apple II, Atari 8-bit family, Atari 2600, Atari 7800, ColecoVision, Commodore 64, Commodore VIC-20, Game & Watch multiscreen, Amiga, PC, ZX Spectrum, Intellivision, Mini-Arcade, Nintendo Entertainment System, və TI-99/4A platformaları üçün versiyaları vardır. "Animal Crossing" videooyununu Nintendo GameCube və NES platformalarının digər versiyalarında oynamaq mümkündür.
Donkey Kong (video oyun, 1981)
Donkey Kong — "Nintendo" oyun şirkəti tərəfindən 1981-ci ildə yaradılan macəra oyunudur. == Portativ versiyalar == Donkey Kong uyğun olaraq Apple II, Atari 8-bit family, Atari 2600, Atari 7800, ColecoVision, Commodore 64, Commodore VIC-20, Game & Watch multiscreen, Amiga, PC, ZX Spectrum, Intellivision, Mini-Arcade, Nintendo Entertainment System, və TI-99/4A platformaları üçün versiyaları vardır. "Animal Crossing" videooyununu Nintendo GameCube və NES platformalarının digər versiyalarında oynamaq mümkündür.
Bökey Ordası
Bukey ordası — Rusiyanın tərkibində vassal qazax xanlığı. == Tarixi == XIX əsrin birinci yarısinda xan üsul-idarəsinin mövcud olduğu Xivə, Buxara və Kokandda siyasi cəhətdən qeyri-sabitlik mövcud idi, Buxara xanlığı ilə Kokand, Xivə ilə Buxara, Mərkəzi Asiya dövlətləri ilə İran arasında arası kəsilməyən müharibələr gedirdi. Xanlıqlar arasmda vaxtaşırı ərazi ugrunda gedən müharibələr, daxili ziddiyyətlər, ayrı-ayri bölgələrdə xalq üsyanları, bəzi qonşu dövlətlərlə münaqişələr xanliqları zəif salırdı [l,s.54], Eyni zamanda mövcud vəziyyət bəzi dövlətlərin Mərkəzi Asiya va Qazaxıstana marağını artırır, həm də bölgədə həmin dövlətlərin mənafeyi toqquşurdu [2,s.49], Qazaxıstanın ərazisinin bir hissəsi - Kiçik jüz hələ 1731-ci ildə, Orta jüz isə 1740-ci ildə Rusiyanın təbəəliyini qəbul etmişdi. XVIII əsrin ortalarmda Rusiya imperiyasinin sərhədi Ural, Uy (Tobolun qolu) va İrtış «jaylan boyu keçirdi. Qazaxıstanın sərhədyanı rayonlarından uzaq olan ərazilərdə Rusiyanın təsiri hələ hiss olunmurdu. Cənubda isə qazaxlar Xivə və türkmənlərlə həmsərhəd idi. Qazax mülklərinin sərhədləri cənub-şərqdə Sırdəryanın cənubu, cənubda isə Zailiysk Alatausuna qədər uzanırdı. Çinin hakimiyyəti Böyuk jüzün Şarq rayonlarında hələ qalırdı. Onun qərb rayonları faktiki olaraq müstəqil idi. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi.
TAI T625 Gökbey
TAI T625 və ya Gökbey T-625 və Türkiyə Silahlı Qüvvələri və mülki aviasiya sahəsində Türkiyənin coğrafi və iqlim şəraitinə uyğun olaraq istifadə edilməsi üçün, türk mühəndisləri tərəfindən konstruksiya edilən, inkişaf etdirilən Türk Aerokosmik Sənayesinin obyektlərində hazırlanan və istehsal olunması planlaşdırılan ümumi təyinatlı helikopterdir. Orijinal helikopterin gələcəkdə UH-1 və təcili yardım helikopterlərini əvəz etməsi planlaşdırılır. == Konstruksiya və inkişafı == TAI 2010-cu ildə orijinal yerli ümumi təyinatlı helikopter üçün ilkin konstruksiya işlərinə başlamışdır. 6 tonluq ümumi təyinatlı helikopter layihəsi üçün Orijinal Helikopter Proqramı Sazişi 26 iyun 2013 tarixində imzalanmışdır və proqram cədvəli 6 sentyabr 2013-cü ildən etibarən tətbiq edilmişdir. Türk Aerokosmik Sənayesi Alp aviasiya, eniş dəsti, ötürücü qutusu və dinamik komponentlərin istehsalı və yığılmasına cavabdeh olarkən, İspaniyanın CESA şirkəti hidravlik sistemləri təmin etmək üçün seçilmişdir. T625-in əvvəlcə 5 ton ağırlığında olacağı gözlənilirdi və 2 ədəd LHTEC CTS800 mühərrikindən istifadə edilməsi nəzərdə tutulurdu. LHTEC CTS800, TUSAŞ T-129 Attack vertolyotunda da istifadə edildiyi üçün seçilmişdi. Ancaq yerli mühərrik şirkəti TEI tərəfindən yeni nəsil TS1400 mühərrikinin inkişafına başlanıldı. Vertolyotun birinci dəfə ictimaiyyətə təqdim edilməsi 5 sentyabr 2014 tarixində Ankarada təşkil edilmiş Yerli Vertolyotun Sənayeləşməsi Yığıncağında edilmişdir. T-625 ilk prototip uçuşunu 6 sentyabr 2018-ci ildə etmişdir.