Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xocalı
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra, Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçir. == Haqqında == 1991-cı il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991–1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi (01.01.2010). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi.
Xorablı
Xorablı (fars. خورابلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xoalı
Xoalı (vyet. Hoa Lư) — Vyetnamın keçmiş paytaxtı, Daykovyetin siyasi, iqtisadi və mədəni mərkəzi idi (X əsr). Xoalı üç Vyetnam sülaləsinin yarandığı yerdir: Din, Erkən Le və Li. Köhnə şəhər xarici və daxili qalalar da daxil olmaqla təxminən 300 hektar əraziyə malikdir, dağlarla əhatə olunmuşdur. Kral Li Konq Uan 1010-cu ildə paytaxtı Txanlonq şəhərinə köçürmüşdü. Köhnə Xoalı qalası dağıdılmışdır və şəhərin ən erkən tarixi abidələri Din sülaləsinə – X əsrin ikinci yarısına aiddir. Xoalıda Din Tyen Xoanq və oğullarının məbədləri, Le Day Xanyuya, kraliça Zıonq Van Nqa və oğullarına həsr olunmuş Le məbədi var. İnzibati cəhətdən qədim Xoalı şəhəri Ninbin vilayətinin eyniadlı mahalında yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyatı == Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Quang Vinh, Vua Lê Đại Hành (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 1998. Trấn Bạch Đằng, Lê Vǎn Nǎm, Nguyễn Đức Hòa, Cờ Lau Vạn Thắng Vủỏng (Thành Phố Hồ Chí Minh: Nhà Xuất Bản Trẻ, 2005.
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Ağbulaq (Xocalı)
Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Ağgədik (Xocalı)
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Ayqestan adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Ballıca Xocalı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur.
Başkənd (Xocalı)
Başkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun Kosalar inzibati ərazi vahidində kənd. Ballıca çayının sahilində, Mıxtökən dağının ətəyindədir.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Dağdağan (Xocalı)
Dağdağan — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Krasnıy adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdağan kəndinin əhalisinin əhalinin sayı 213 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağdağan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Etimologiyası == Qarabağ silsiləsinin ətəyindədir. Toponim Azərbaycanda bitən və qədimdən müqəddəs, pis qüvvələrdən qoruyucu hesab edilən dağdağan ağacının adı ilə bağlıdır. Fitotoponimdir. Azərbaycanda bu bitkinin adı ilə Dağdağan dağı (Xanlar və Şahbuz rayonları), Dağdağanlı dərə (Oğuz, Qəbələ, Qubadlı, Zəngilan, Qazax, Cəlilabad rayonları), Dağdağanlı Qobu (Şəki), Dağdağanlıdüz (Cəbrayıl), Dağdağan təpəsi (Xocavənd) və s. oronimlər də qeydə alınmışdır.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbulaq (Xocalı)
Daşbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Astxaşen adlandırılır. == Tarixi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır. == Daşbulaq çayı == Xocalı rayonu ərazisində çay. Çay öz adını eyniadlı bulaqdan almışdır.
Daşkənd (Xocalı)
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Tarixi == Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Dəmirçilər (Xocalı)
Dəmirçilər — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad etmişdir.
Dərələyəz (Xocalı)
Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir. == Tarixi == Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir. Həmin şəxslərin çox hissəsi Dərələyəz mahalından gəldikləri üçün kəndin də adını Dərələyəz qoyurlar.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Kosalar (Xocalı)
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. == Tarixi == Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır.Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri. "Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi. 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri 4 istiqamətdən Kosalara hücuma keçdi. Canhəsən kəndində 6 postumuzu düşmən qüvvələri mühasirəyə almışdı.
Meşəli (Xocalı)
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Meşəli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd Qırxqız dağlarının ətəyindədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Uzun müddət ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılmış əhalisi didərgin düşmüşdür.
Mikayıllı (Xocalı)
Mikayıllı — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Kənd 1990-cı ildə ermənilərlə mübarizədə helak olmuş polis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şərəfinə Mikayıllı adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır.
Muxtar (Xocalı)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mədə xorası
Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı == Tarixi == Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s. == Səbəbləri == Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər == Əlamətləri == Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2-3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s. == İstinadlar == == Mənbə == Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson.
Naxçıvani (Xocalı)
Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rasmiləşdirilmişdir. Oykonim "Naxçıvandan gələnlər" mənasındadır.Kəndin adı XVIII əsrin ortalarına aid mənbədə Yuxarı Qarabağın Çelabert nahiyəsində Naxçıvanik kimidir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Naxçıvanlı kəndinin əhalisinin sayı 211 nəfər təşkil edirdi.
Qayabaşı (Xocalı)
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.