Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır.[2] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Naxçıvanlı | |
---|---|
39°54′34″ şm. e. 46°52′23″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 775 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rasmiləşdirilmişdir. Oykonim "Naxçıvandan gələnlər" mənasındadır.[3]
Kəndin adı XVIII əsrin ortalarına aid mənbədə Yuxarı Qarabağın Çelabert nahiyəsində Naxçıvanik kimidir.[4]
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Naxçıvanlı kəndinin əhalisinin sayı 211 nəfər təşkil edirdi.[5]