Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otmar Hitsfeld
Ottmar Xitsfeld — Almaniyalı futbol mütəxəssisi == Həyatı == Otmar Hitsfeld 12 yanvar 1949-cu ildə anadan olub. 2008-ci ilin yayından İsveçrə yığmasını çalışdıran Hitsfeldin yetirmələri bir il ərzində 10 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlubiyyətə uğrayıb. Bu məğlubiyyət onun debüt matçına təsadüf edib. == Uğurları == Baş məşqçi qismində 2 Qitələrarası kubok, 2 Çempionlar Kuboku, 7 Almaniya, 2 İsveçrə çempionluğu, 3 Almaniya və 3 İsveçrə kubokunu qazanıb. 1997-ci və 2001-ci illərdə dünyanın ən yaxşı məşqçisi seçilib.
Kolmar
Kolmar (fr. Colmar) – Fransanın şimal-şərqində yerləşən şəhər. Yuxarı Reyn departamentinin mərkəzidir.
Qotlar
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. == Kökləri == Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Botlar
Botlar (lat. Bothidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Notlar
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Toxmar
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Komar
Yuxarı Komar (Culfa)
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Oxtar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Xamar
Moqadişo (somali Muqdisho, ərəb. مقديش‎) — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır. Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı. Siad Barre rejiminin devrilməsindən sonra Moqadişoda vətəndaş müharibəsi başlamış, 2006-cı ildə İslam Məhkəmələr Birliyi tərəfindən idarə olunmuşdur.
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
Kolmar-Riboville
Kolmar-Riboville (fr. Colmar-Ribeauvillé) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn . Prefektura — Kolmar. Rayon əhalisi 2012-cı ildə 198 449 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 176 nəf / km². Rayon ərazisi — 1128 km².
Kolmar (dəqiqləşdirmə)
Kolmar Fransanın şimal-şərqində yerləşən şəhərdir.
Ralf Rotman
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. == Həyatı və fəaliyyəti == Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. == Mükafatları == 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Riştə Xoşkar
Riştə Xoşkar (fars. رشته‌خشکار‎)‏ — Gilan ostanında hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Sven Botman
Sven Botman (12 yanvar 2000-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Botman Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 11 aprel 2018-ci ildə o, Ayaks klubu ilə 2022-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Botman öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Tokmar qalası
Tokmar qalası — Daşucu-Antalya avtomobil yolunun 22-ci km-də yerləşir. Tokmar qalası dənizə yaxın bir təpə üzərində inşa edilmişdir. Cənubi yalçın bir qaya ilə əhatə olunmuş qalanın şimalında müdafiə bürcləri vardır. XII əsrdə tikildiyi güman edilir. == Tarixi == Tokmar adının haradan gəldiyi dəqiq bilinmir. Qalanın orta əsrlərdəki adı Latınca Castellum Novumoladır. Novum: fəlsəfədə "yeni fikir, yeni ideya, yeni axın" mənasındadır. "Yeni qala" mənasına yaxın olduğunu düşünülür. Tokmar qalasının digər bir adı isə mənbələrdə Norberd və ya Norpert olaraq qeyd olunur. 1198-ci ildə Tokmar və Silifke qalalarının rəhbəri Sevadios adını (Bu Yunan dilində Sebastos yəni Augustusdur) alan Heri adlı şəxsdir.
Viyar-Kolmar
Viyar-Kolmar (fr. Villars-Colmars, oks. Vilars de Cormarç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allo-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04240. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 238 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 160 nəfərin (15–64 yaş arasında) 107 nəfəri iqtisadi cəhətdən fəal, 53 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 66,9%, 1999-cu ildə 66,2%). Aktiv fəaliyyət göstərən 107 nəfərdən 97 nəfər (57 kişi və 40 qadın), 10 nəfər işsiz (3 kişi və 7 qadın) işləmişdir.
Aleksandr Şotman
Aleksandr Şotman (rus. Алекса́ндр Шо́тман; 25 avqust (6 sentyabr) 1880, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 30 oktyabr 1937, Moskva) — rus inqilabçısı, sovet dövlət xadimi və partiya lideri. 1899-cu ildən RK(b)P-nin üzvü. Oktyabrın 30-da "antisovet trotskiçi təşkilatda iştiraka görə" güllələnib. == Həyatı == 1880-ci il avqustun 25-də (6 sentyabr) Sankt-Peterburq quberniyasının Sankt-Peterburq qəzasının Aleksandrovskoye kəndində (indiki Sankt-Peterburq sərhədləri daxilində) fəhlə ailəsində anadan olub. Üç illik dövlət məktəbini bitirib. 15 yaşından Lessner, Nobel və Obuxov zavodlarında tornaçı işləyib. == Fəaliyyəti == === İnqilabi fəaliyyət === 1899-cu ildə RSDFP-nın yeraltı dərnəyinə qoşulmuş, 1899–1901-ci illərdə isə Sankt-Peterburq Fəhlə Sinifinin Azadlığı Uğrunda Mübarizə İttifaqının üzvü olmuşdur. 1901-ci ilin mayında Obuxov müdafiəsinin təşkilatçılarından biri idi. Nobel zavodunda (indiki Rusiya Dizel zavodu) işləyərək 1902-ci ildə Vıborq rayon komitəsinin partiya təşkilatçısı və RSDFP Sankt-Peterburq komitəsinin üzvü olub.
Kotar sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Krasnı Xutar
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Lotar Matteus
Lotar Herbert Matteus (alm. Lothar Herbert Matthäus‎, 21 mart 1961[…], Erlangen, Bavariya) — görkəmli alman futbolçu və futbol mütəxəssisi. 1990-cı ildə Qızıl top mükafatına layiq görülmüş, 1991-ci ildə FİFA tərəfindən ilin oyunçusu seçilmişdir. == Ailə həyatı == Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var. Növbəti dəfə Lotar "Playbol" jurnalında çəkilən Ukraynalı fotomodel, özündən 26 yaş Liliana ilə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib.
Oumar Kaba
Oumar Kone
Oumar Kone (11 fevral 1985, Mali) — Malili cüdoçu. Oumar Kone Malini 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == 11 fevral 1985-ci ildə anadan olub. == Karyerası == Oumar Kone birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Lusiano Korreya ilə üz-üzə gəldi. Həmin görüşdə Oumar Kone rəqibinə 2:102 hesabı ilə uduzdu.