XUKƏR
XUN
OBASTAN VİKİ
Xumar (qala)
Xumar və ya Xumarinskoye qorodişe (rusca:Хумаринское городище) — dövrümüzə yalnız xarabalıqları gəlib çatmış orta əsrlər qalası. Qala Kalez dağının zirvəsində, Böyük Qafqazdakı Kuban çayının yuxarısında yerləşir. Qalanın yaxınlığında Xumara kəndi yerləşir. Qala inzibati baxımdan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Qaraçay rayonu ərazisinə aiddir. Qalanın qalıqları 1960–1962-ci illərdə V.A. Kuznetsov tərəfindən araşdırılmışdır. Araşdırılma zamanı runik əlyazmaları aşkar edilmişdir. Lakin bu ekspedisiya zamanı qazıntılar aparılmamışdır. 1963–1964-cü illərdə həyata keçirilmiş arxeologi qazıntılar zamanı isə artıq qazıntılar aparılmışdır. Bu ekspedisiya Qaraçay-çərkəz Respublikasının araşdırma inistitutunun əməkdaşı E.P. Alekseyeva tərəfindən həyata keçirilmişdir. O, üzə çıxarmışdır ki, orta əsrlərə aid qatların altında eradan əvvəl 8–6-cı əsrlərə aid qatlar yatmaqdadır.
Xumar Bağı
Xumar Bağı (fars. خمارباغي‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 258 ailədə 431 nəfəri kişilər və 458 nəfəri qadınlar olmaqla cəmi 889 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Xumar Qədimova
Xumar Qədimova (1 fevral 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017). Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib. Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib. 3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Xumar Zülfüqarova
Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı. Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub. 25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
Xumarlu
Xumarlı və ya Xumarlu— İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,222 nəfər və 334 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xumarlı
Xumarlı (Zəngilan) — Zəngilan rayonunda kənd. Xumarlı (Xudafərin) — Cənubi Azərbaycanın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanında şəhər.
Xumarlı (Xudafərin)
Xumarlı və ya Xumarlu— İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,222 nəfər və 334 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xumarlı (Zəngilan)
Xumarlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Xumarlı kəndi Həkəriçayının sahilindədir. Tədqiqatçıların bir qismi oykonimi XIII-XIV əsrlərdə adı çəkilən qumar tayfasının adı ilə, digər qismi isə Xumar şəxs adından yaranmış nəsil adı ilə əlaqələndirir. Hər iki halda etnotoponimdir. http://zengilan.
Xumarta
Xumarta — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Köhnəkənd kənd Sovetindən Xumarta kəndi İrçan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəndin əsl adı Xumartıdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini atlıxan nəsli salmışdır. Oykonim Xumar (şəxs adı) və tı/ti (kürd dilində "kənd" deməkdir) sözlərindən düzəlib, "Xumara məxsus kənd" mənasındadır. Kənd Qarabağ silsiləsinin yamacında yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 100 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Xumarək (Xudabəndə)
Xumarək (fars. خمارك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 340 nəfər yaşayır (76 ailə).

Значение слова в других словарях