XUMAR
XUMARGÖZ
OBASTAN VİKİ
Xumar (qala)
Xumar və ya Xumarinskoye qorodişe (rusca:Хумаринское городище) — dövrümüzə yalnız xarabalıqları gəlib çatmış orta əsrlər qalası. Qala Kalez dağının zirvəsində, Böyük Qafqazdakı Kuban çayının yuxarısında yerləşir. Qalanın yaxınlığında Xumara kəndi yerləşir. Qala inzibati baxımdan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Qaraçay rayonu ərazisinə aiddir. Qalanın qalıqları 1960–1962-ci illərdə V.A. Kuznetsov tərəfindən araşdırılmışdır. Araşdırılma zamanı runik əlyazmaları aşkar edilmişdir. Lakin bu ekspedisiya zamanı qazıntılar aparılmamışdır. 1963–1964-cü illərdə həyata keçirilmiş arxeologi qazıntılar zamanı isə artıq qazıntılar aparılmışdır. Bu ekspedisiya Qaraçay-çərkəz Respublikasının araşdırma inistitutunun əməkdaşı E.P. Alekseyeva tərəfindən həyata keçirilmişdir. O, üzə çıxarmışdır ki, orta əsrlərə aid qatların altında eradan əvvəl 8–6-cı əsrlərə aid qatlar yatmaqdadır.
Xumar Bağı
Xumar Bağı (fars. خمارباغي‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 258 ailədə 431 nəfəri kişilər və 458 nəfəri qadınlar olmaqla cəmi 889 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Xumar Qədimova
Xumar Qədimova (1 fevral 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017). Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib. Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib. 3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Xumar Zülfüqarova
Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı. Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub. 25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.

Значение слова в других словарях