Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaqubəli kəndi (Maku)
Yaqubəli kəndi (fars. يعقوبعلي كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 367 nəfər yaşayır (58 ailə).
Yaqublu
Yaqublu — Azərbaycan soyadı. Bu soyadı olan tanınmış şəxslər Nəsiman Yaqublu — azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru. Eltun Yaqublu — Azərbaycanlı futbolçuKəndlər AzərbaycanYaqublu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Yaqublu (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.GürcüstanYaqublu (Başkeçid) — Gürcüstanın Başkeçid rayonunda kənd.ErmənistanYaqublu (Pəmbək) — Qərbi Azərbaycanın Pəmbək mahalında kənd. Yaqublu (Zəngəzur) — Qərbi Azərbaycanın Zəngəzur mahalında kənd. Yaqublu (Abaran) — Qərbi Azərbaycanın Abaran mahalında kənd.
Yaqubi
Yəqubi (ö. 897–ci il) — tarixçi, səyyah == Həyatı == Əhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfahani tarixdə "Yəqubi" və "İbn Vazeh" kimi daha məşhurdur. Onun üçüncü nəsildən babası Vazeh xəlifə Mənsur Dəvaniqinin qulamı idi. O, Bağdad şəhərinin salınmasında fəal iştirak etmiş, şəhərin böyük bir hissəsinin tikintisinə rəhbərliyi həyata keçirmişdi. 775-ci ildə Mənsur onu Ərməniyyə vilayətinin valisi təyin etdi. Növbəti Abbasi xəlifəsi Mehdi onu Misirə vali göndərdi. Lakin az sonra Vazeh xəlifə Mehdinin əmri ilə edam olundu (785-786; bəzi məlumatlara görə Vazehin edamı Harun ər-Rəşidin zamanında baş vermişdir). Yəqubi ehtimala görə Bağdadda doğulmuş, gənclik illərini Ərməniyyə vilayətində (yəni Azərbaycan torpaqlarında) keçirmişdi. Onun Tahirilərin xidmətində olması barədə də ehtimallar vardır (Yəqubi Tahirilərin fəthləri barədə müstəqil kitab da yazmışdır). Təqribən 874-cü ildə Yəqubi əvvəlcə Hindistana, daha sonra Misirə və məğrib diyarına səfər edir.
Baba Yaqublu
Baba Yaqublu (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı. 1825-ci ildə yaranmışdır. . XX əsrin əvvəllərində kənd dağılmışdır.
Eltun Yaqublu
Eltun Sofik oğlu Yaqublu (19 avqust 1992, Bakı) — Səbail klubunun kapitanı və müdafiəçisi .
Fərman Yaqublu
Fərman Telman oğlu Yaqublu (20 iyun 1993, Qəhrəmanlı, Beyləqan rayonu – 23 iyul 2021, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin iştirakçısı. 23 iyul 2021-ci ildə saat 16:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçer rayonu ərazisindəki mövqelərdən Kəlbəcər rayonunu atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində Fərman Yaqublu şəhid olmuşdur. == Həyatı == Fərman Yaqublu 20 iyun 1993-cü il Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Onun atası, Telman Yaqubov Birinci Qarabağ müharibəsində iştirak etmiş, 27 yanvar 1994-cü ildə Füzuli istiqamətində şəhid olmuşdur. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun giziri olan Fərman Yaqublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 23 iyul 2021-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan–Azərbaycan Dövlət Sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Açılan snayper atəşi nəticəsində hərbi qulluqçu, gizir Yaqublu Fərman Telman oğlu şəhid olmuşdur. Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gizir Yaqublu Fərman Telman oğlu 29.12.2020 "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.
Nəsiman Yaqublu
Yaqublu Nəsiman Qara oğlu (1962, Zəngilan rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb.
Tofiq Yaqublu
Tofiq Rəşid oğlu Yaqublu (6 fevral 1961, İncəoğlu, Bolnisi rayonu) — azərbaycanlı siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü, Müsavat Partiyasının sabiq sədr müavini (2010–2018). == Həyatı == Tofiq Yaqublu 1961-ci il fevralın 6-da Gürcüstan SSR-in Bolnisi rayonunun İncəoğlu qəsəbəsində anadan olub. Azərbaycan Kooperasiya İnstitutunu bitirib. == Siyasi fəaliyyəti == Tofiq Yaqublu 1992–1993-cü illərdə Binəqədi rayonunun icra başçısının müavini vəzifəsində çalışıb.[mənbə göstərin] 1992-ci ildən "Müsavat" Partiyasının üzvüdür. Partiyanın Binəqədi rayon şöbəsinin sədri, "Müsavat" Məclisinin üzvü, "Müsavat" Partiyası sədrinin müavini olub. "Yeni Müsavat" qəzetinin yazarı olub. Tofiq Yaqublu 1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.[mənbə göstərin] === 2013-cü ildə həbsi === 2013-cü il İsmayıllı hadisələrində icra başçısının istefası tələbi ilə etirazlar olmuş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Tofiq Yaqublu hadisədən bi gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş, şəhərdə polis tərəfindən saxlanılaraq məcburi qaydada Bakıya geri qaytarılmışdır. Yanvarın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında İsmayıllı hadisələrinə ReAl sədri İlqar Məmmədov və Tofiq Yaqublunun səbəb olduğu bildirilmişdir. Yanvarın 29-da Tofiq Yaqublu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılaraq, onun İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra sərbəst buraxılmışdır.
Yaqublu (Abaran)
Yaqublu (Təzə Kələş.) — İrəvan quberniyasının Eçmiadzin qəzasında, kənd. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Tarixi == İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Təzə Kələş olmuşdur. Kənddə 1897-ci ildə 120 nəfər, 1908-ci ildə 200 nəfər, 1914 - cü ildə 213 nəfər, 1916-cı ildə 208 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Yaqublu (Başkeçid)
Yaqublu — Gürcüstan Respublikasının Aşağı Kartli quberniyasının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Yaqublu (Dmanisi)
Yaqublu — Gürcüstan Respublikasının Aşağı Kartli quberniyasının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Yaqublu (Gədəbəy)
Yaqublu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Yaqublu kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XVIII əsrdə Tovuz rayonunun Qazıqulu kəndindən gəlmiş Yaqub ağa adlı şəxs saldığı üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 238 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yaqublu (Oğuz)
Yaqublu — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Azərbaycan Respublikasında "Yaqublu" toponiminə hazırda Oğuz və Gədəbəy rayonlarında rast gəlirik, lakin tarixi mənbələr göstərir ki, vaxtı ilə İrəvan quberniyasının Zəngəzur və Eçmədzin qəzalarında, Tiflis quberniyasının Dmanisi rayonunda, digər regionlarda da həmin adda kəndlər olmuşdur. Haqqında bəhs edilən Yaqublu kəndi isə ölkəmizin Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz – Mingəçevir – Yevlax – Gəncə şose yolunun kənarında; Oğuz rayonunun mərkəzindən təxminən 20 km. məsafədə Alazan- Əyriçay çökəkliyində yerləşir. Folklor nümunələrində də təsadüf etdiyimiz bu toponimlə yazılı mənbələrdə "Yakublu" formasında, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış məşhur tarixçi Mahmud Xınaluqinin "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında rastlaşırıq. Toponimin etimologiyası barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər vardır. Bəzi tədqiqat əsərlərində "Yaqublu" toponiminin tərkibindəki "Yaqub" sözü yəhudi adı olan Yakovun (İakovun) ərəb forması hesab edilir. Mənası "ardınca, dabanbasdı, izi ilə gələn" kimi izah olunur. Bəzən isə Yaqublu toponimi Yakov adlı udi adı ilə də əlaqələndirilir. Bunların heç bir əsası yoxdur, fərziyyədir və ancaq iddia sayıla bilər.
Yaqublu (Pəmbək)
Yaqublu (Quqark) — Pəmbək mahalının Quqark rayonunda kənd. Yaqublu İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd və rayon mərkəzi. == Tarixi == Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim yaqublu etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1. IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud, 25. V.1983-cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur.
Əliqismət Yaqublu
Əliqismət Mükafat oğlu Yaqublu (18 aprel 1992; Lerik rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Lerik şəhər 3 saylı orta məktəbində oxuyub. 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyinə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Evli idi. İki az yaşlı Əliəsgər və Məhəmməd adlı övladları var. == Hərbi xidməti == Təlim Tədris Mərkəzində hərbi biliklərini inkişaf etdirən Əliqismət Yaqublu 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən "N" saylı hərbi hissəyə təyinat alır, amma elə həmin ildə komandanlığa ərizə yazaraq ön cəbhədə xidmət etmək istədiyini bildirir. Gənc leytenantın arzusunu nəzərə alan rəhbərlik onu Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərir. 2016-cı il "Aprel döyüşləri"ndə xüsusi qəhrəmanlıq göstərən Əliqismət Yaqublu "Aprel döyüşləri"ndən sonra Qobustana təyinat alır.
Tarixi-Yaqubi
"Yəqubi tarixi" ümumi tarix olub Adəmin yer üzünə enişindən başlayıb İslamın zühurunadək davam edir və ondan sonra 259 ilədək olan hadisələri əhatə edir. Qeyd etmək lazımdır ki, "Yəqubi tarixi" İslam mədəniyyətində qələmə alınmış və bizə gəlib çatan ən qədim ümumi tarixdir. Hal-hazırda kitabın ən çox yayılmış çapı iki cilddədir. Birinci cild Adəmin (ə) həyatının əvvəlindən İslamın meydana gəlməsinədək, ikinci cild isə İslamın başlanğıcından 259-cu ilədək olan hadisələri ozündə əks etdirir. Kitabın yazılma üslubu hədisi deyil, tarixi üslubdur. Bu mənada ki, Yəqubi bəzi muhəddis tarixçilər kimi hadisələri sənədin silsiləsini qeyd etməklə hədis şəklində gətirməmişdir. Əksinə bir tarixçi kimi müxtəlif mənbələrdən istifadə etdikdən sonra kitabı yazmağa girişmişdir. Bu baxımdan "Yəqubi tarixi" Dinəvərinin "Əxbarut-tıval" və Məsudinin "Murucuz-zəhəb" kitablarına bənzəyir, Təbərinin tarixinə deyil. Lakin qeyd etmək lazımdır ki, kitabın yazılma şəkli tarixi olsa da mətləblərin sənədlərinin verilməməsi nəql olunanların sənəd baxımından araşdırılmasını tədqiqatçı üçün imkansız edir. Bundan əlavə kitab illər əsasında deyil tarixi fəsil başlıqları əsasında (məsələn, xəlifələrin hakimiyyətə gəlməsi) yazılmışdır.
Yaqublu kəndi kurqanları
Yaqublu kəndi kurqanları — Oğuz rayonunun Yaqublu kəndi yaxınlığındakı kurqanlar. Ərazidə qeydə alınan 9 kurqandan 4-nün yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağılıb, ya da digər məqsədlər üçün istifadə edilib. Hazırda diametri 60 metr olan kurqanda tədqiqat işləri aparılır. Arxeoloji materiallar bu abidənin Tunc dövrünün sonu, erkən Dəmir dövrünün əvvəllərinə aid olduğunu, həmin dövrlərdə bu regionun güclü iqtisadiyyata malik olduğunu, daxili və xarici ticarətin, sənətkarlığın, xüsusilə metal işləmə, dulusçuluq və digər sənət sahələrinin yüksək səviyyədə inkişaf etdiyini deməyə əsas verir.
Kitab əl-buldan (əl-Yaqubi)
Kitab əl–buldan (ərəb. كتاب البلدان‎; azərb. Ölkələr haqqında kitab‎; ing. Book of Countries) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas–səyyahı Əbül–Abbas Əhməd ibn Əbu Yaqub ibn Cəfər Vəhb ibn Vadih əl–Katib əl–Abbasi əl–Yaqubi tərəfindən yazılması hicri təqvimlə təqribən 278–ci (miladi 891–ci) və ya 292–ci (miladi 905–ci) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri. Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu. == Əlyazmaları == Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski (rus. Антон Осипович Мухлинский; d. 1808 – ö. 1877) tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında (alm. Bayerische Staatsbibliothek‎) saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (alm.