Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Havaşan
Havaşan (fars. هاواشان‎ ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Adına yaraşan ömür... (film, 2013)
Adına yaraşan ömür... filmi rejissor Röyal Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir. Münəvvər Kələntərli 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 10-a yaxın filmə çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.
Şeytanla savaşan Müqəddəs Mikayıl (Rafael)
Şeytanla savaşan Müqəddəs Mikayıl (it. San Michele sconfigge Satana) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Şeytanla savaşan Müqəddəs Mikayıl əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Yaşadan, yaşayan Yaşar
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti. Savalan Əmirov Təxəllüsü olanlar Xaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi, Digər Savalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Yavata
Yavata — Yaponiyada, Kyuşu adasının şimalında, Kioto prefekturasında şəhər. Əhalisi 74.180 (1 İyul 2010) nəfərdir. Metallurgiya kombinatı, elektrik motorqayırma, koks-kimya, sement, silikatlı kərpic zavodları, port qurğuları var.
Yovşan
Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir.
Gavahan (Xudafərin)
Gavahan (fars. گاواهن‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (10 ailə).
Havadan yanğınsöndürmə
Havadan yanğınsöndürmə meşə yanğınları ilə mübarizə üçün təyyarələrin istifadəsidir. Meşə yanğınlarını söndürmək üçün təyyarə və vertolyot kimi aviavasitələrdən yanğınsöndürmə vasitələri atılır. Yanğınla mübarizədə istifadə olunan kimyəvi maddələrə su, köpüklər və gel kimi su artırıcıları və Phos-Chek kimi xüsusi hazırlanmış yanğın inhibitorları (yanğın qabaqlayıcı) daxildir.
Lamaşan (Həştrud)
Lamaşan (fars. لامشان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 515 nəfər yaşayır (107 ailə).
Mahmud Savalan
Rafiq Savalan
Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı – 29 oktyabr 2023) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971) Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb (1964–1966). Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb. Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyirdi (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru idi (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib.
Savalan (Qəbələ)
Savalan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib, telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədilə kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb. Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir ki, tinglərə qulluq göstərilir.
Savalan (Təbriz)
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Savalan (dağ)
Savalan dağı — İranda dağ, geoloji olaraq yatmış vulkandır. Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidir. Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim şəhərlər olan Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir. Bu silsilə Qərbdən 20, Şərqdən isə 40 km enə mailkdir.
Savalan Mirzəyev
Savalan Mirzə oğlu Mirzəyev (gürc. სავალან მირზა ოკლი მირზოევი; 29 avqust 1986, Qaratəhlə[d], Qardabani rayonu) — Gürcüstan dövlət və ictimai-siyasi xadimi, Gürcüstan Parlamentinin 9 və 10-cu çağırış deputatı. O, Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri olmuşdur. Savalan Mirzə oğlu Mirzəyev 29 avqust 1986-cı ildə Gürcüstan SSR-in Qardabani rayonun Qara Təhlə kəndində ziyalı ailəsində dünyaya gəlib. 2007-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. Savalan Mirzəyev 12 iyun 2013-cü ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə müşaviri təyin edilib. Savalan Mirzəyevin nəsli bir neçə yüz ildir ki, Qardabani rayonun Qara Təhlə kəndində yaşayır.
Savalan Ocaqverdizadə
Savalan Rüstəm oğlu Ocaqverdizadə (1895-1977) — fizioloq, tibb elmləri doktoru (1959), professor (1961). Savalan Rüstəm oğlu 1895-ci ildə Şuşa qəzasının Ağdam şəhərində anadan olmuşdu. Şuşa Real məktəbini bitirmişdi. Savalan Ocaqverdizadə 1977-ci ildə Bakı şəhərində vəfat edib.
Savalan TV
«Savalan TV» — «İran Radio və Televiziya» şirkətinin sahibi olduğu regional İran telekanalı. Telekanalın yayımı İranın Ərdəbil ostanı ərazisini əhatə edir. Telekanal 2000-ci ildən bəri azərbaycan və fars dillərində yayımlanır. Telekanal İranın «Səhənd TV», «Eşraq TV» və «Azərbaycan TV» telekanalları ilə əməkdaşlıq edir.
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.
Savalan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Savalan dağı
Savalan dağı — İranda dağ, geoloji olaraq yatmış vulkandır. Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidir. Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim şəhərlər olan Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir. Bu silsilə Qərbdən 20, Şərqdən isə 40 km enə mailkdir.
Savalan qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança). Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur. Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir. "Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır.
Savalan Əmirov
S. T. Əmirov 05 may 1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə orta məktəbi, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) "mühəndis-geoloq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962–64-cü illərdə təyinat üzrə Azərb. E. A. geologiya İnstitunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1964–1967-ci illərdə SSRİ EA Kristalloqrafiya institutunun əyani aspiranturasında təhsil almış, 1968-ci ildə Moskva şəhərində "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün homentitin strukturası mözusunda namizədlik dissertasiyası müdafiə edərək Azərb. E. A. kimya institutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrsində işləmişdir. S. T. Əmirovun əsas tədqiqat sahəsi yüksək adsorbsiya, katalizator, molekulyar ələk xassələrinə malik olan təbii və suni seolitlərin atom-kristal strukturlarının açılmasına kristollokimyasına faza çevrilmələrinə və tətbiqinə həsr olunmuşdur. Görkəmli alim, akademik Xudu Məmmədovla birlikdə təklif etdiyi seolitlərin kristallokimyəvi təsnifatı bu sahədə işləyən alimlər tərəfindən qəbul olunmuş və dərs kitablarında və monoqrafiyalarda öz yerini tutmuşdur. Prof. S. T. Əmirov 1983-cü ildə konkursdan keçərək AzPİ-nin "KMT və Korroziya" kafedrasına dosent vəzifəsinə işə qəbul olunmuşdur.
Ləvasan
Ləvasan (Farsca: لواسان, Lavāsān) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Ləvasan bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 15.448 nəfər və 4.645 evdir.
Yarasa
Yarasa (lat. Microchiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan yarımdəstəsi.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.