Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yawar Hamdani
Əhməd Nik Talab (Adı ilə bilinir:Yawar Həmedani, fars. یاور همدانی‎; 22 aprel 1934, Həmədan – 3 mart 2020, Tehran) — İran yazıçısı və şairi. Harvard Universitetində söylədiyi Saye Sar Alvand adlı kitab Hamadan ləhcəsində qorunub saxlanılır. 22 aprel 1934-cü ildə Həmədanda anadan olub. İranın fars və türk şairlərindən biridir. 2020-ci ildə Tehranda vəfat edib.
YAP
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2024-cü ilin may ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 730 min nəfərdən çox üzvü var.
Yak
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.
Yal
Yal — Sıra dağların və ya dağ massivlərinin qarşı-qarşıya durmuş yamacları arasında ən hündür hissəsinə deyilir. Yal zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir.
Yam
Yam və ya Pəyam (fars. پيام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,389 nəfər yaşayır (336 ailə).
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Yas
Yas və ya matəm – sevilən insanın itkisinin ardınca baş verən kədərin təcrübi, habelə emosional ifadəsi. Bir ifadə kimi yas həm də vəfat edən şəxsin ardınca təşkil olunan və bir sıra məxsusi elementlər və hərəkətlər toplusu ilə müşayiət olunan rəsmi və ya qeyri-rəsmi tədbirləri də ifadə edir. Bu zaman, əksərən qara rəngli libaslardan istifadə olunur. Lakin dünyanın fərqli yerlərində başqa formada paltarların da məxsusi olaraq yas, yaxud matəm üçün seçildiyi də müşahidə olunur. Şəxsin itkisinin emosional təsirlərinə ən çox məruz qalan şəxs, ya da şəxslərdə sosial fəaliyyətlərdən çəkinmə, özünə qapanma, vəfat edənin xatirəsini yad etmə kimi psixoloji məqamlar özünü büruzə verir. Bəzən sözügedən hadisədən mütəəssir olanların dini rituallara yönəldiyi də məlumdur. Yas mərasimlərinin forması mədəni, coğrafi, habelə dini amillərlə birbaşa bağlıdır. Bununla yanaşı, qeyd olunan mərasimlərin mahiyyəti arasında da bir sıra fərqlər mövcuddur. Məsələn, bəzən hansısa dövlət rəhbərinin vəfatı üzərinə ölkə miqyasında rəsmi matəm elan oluna bilər. Bu zaman bir sıra xüsusi protokol qaydaları əsasında ölmüş rəhbərin xatirəsi ailə üzvlərinin, rəsmi şəxslərin, zaman-zaman kütlələrin iştirakı ilə yad edilir.
Yay
Yay — ilin dörd fəslindən biri. Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yağ
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı) Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Endrü Yan
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir. 2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir. == Həyatı == Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.
Hidravlik yağ
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.
Katrina Law
Katrina Lo (ing. Katrina Law; d. 1 yanvar 1985, Nyu Cersi) — Alman, italyan və Tayvan mənşəli ABŞ-lı model və aktrisa. == Həyatı == O, həmçinin özünün "Soundboard Fiction"da vokalist və bas gitaraçıdır. Televiziya serialı olan "Spartak: Qan və Qum" və "Spartak: İntiqam"-da Mira (Battiatusun evində kölə) rolunu canlandırmışdır. Həmçinin "Ox" adlı filmdə Nyassa al Ghul rolu ilə də tanınır. 2013-ci ilin yazında "Ölüm Vadisi"filminin çəkilişi başladı. Fevral 2014-cü ildə televiziya seriyası "Ox" ortaya çıxdı.
Liu Yao
Liu Yao Xan Çaonun beşinci imperatoru idi. == İlk dövrlər == Liu Yao Kubeyin nəvəsi idi. Yuanxay tərəfindən böyüdülmüşdü. Bütün ailənin hörmətini qazanmış bir sərkərdə kimi yetişmişdi. Cin sülaləsi dövründə cinayət işləmiş və Koreyaya qaçmışdı. Yuanxay imperator olan kimi Yaonu da general etmişdi. 309-cu ildə Şian knyazı elan olunmuşdu.Liu Yao Liu Konqla birlikdə hərəkət etmiş və Liu Heni aradan götürmüşdü. Liu Yao Çanqan şəhərini tutduqdan sonra 318-ci ildə Kin knyazı titulu almışdı. Liu Kanın öldürülməsindən sonra Yin Çunu məğlub etmiş və taxta çıxmışdı. == Hakimiyyəti == Yao hakimiyyətinin ilk illərində son dərəcə ədalətli və tolerant idi.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Pıt-Yax
Pıt-Yax — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir
Qadınaoxşar yay
Qadınaoxşar yay (həmçinin Marfino yayı, Şimali Amerikada Hindi yayı) — Avropa və Şimali Amerikada sentyabrın axırlarında və ya oktyabrın birinci yarısında isti və quru hava dövrü. Stabil antisiklon ilə əlaqələndirilir. Qadınaoxşar yay əhəmiyyətli dərəcədə soyuduqdan sonra baş tutur və adətən ildə bir dəfə çiçək açan bəzi bitkilərin ikincil çiçəklənməsi ilə müşayiət oluna bilər. Бабье лето // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Некрылова А. Ф. Круглый год. М.: Правда. 1991.
Qavrilov-Yam
Qavrilov-Yam — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Sarı yağ
Qhi (Sanskritcə:ghṛta, Hindi: घी ghī ,*Benqali: ঘী ghee, Urduca: گھی ghī, Tamilcə: நெய் ney, Ərəbcə: سمنة samna, Hausaca: man shanu) — Hindistan yarımqitəsi mənşəli və ümumiyyətlə Cənubi Asiya (Hindistan, Banqladeş, Nepal, Pakistan mətbəxi), mətbəx və rituallarında istifadə edilən aydınlaşdırılmış kərə yağın bir sinifi. Azərbaycan mətbəxində də işlənir. Bu yağın ingiliscə adı ghee dir ki Sanskrit dilindən (ghṛtaIAST, 'səpilmiş') alınıb. Ənənəvi qhi inək südündən hazırlanır (Sanskrit: गोघृत go-ghṛta) və Vedik və müasir Hindu libasyon və yağlama mərasimlərində müqəddəs rolu var. Həmçinin qhi üçün bir himn var.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Yan Avqusta
Yan (İohann) Avqusta (çex. Jan Augusta, alm. Johann Augusta‎; həmçinin Yan Klobuçnik, çex. Jan Kloboučník; təq. 1500[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 13 yanvar 1572, Mlada-Boleslav) — Çexiya ilahiyyatçısı və təbliğçisi. Avqusta 1500-cü ildə Praqada anadan olmuş və atasının papaq tikmə sənətinə yiyələnmişdir. Çex qardaşlığının rəhbəri olan Yan Avqusta Lüter və Melanxtonun dostu idi. O, əvvəlcə utrakvistlərin təlimlərinə sadiq qalmış, lakin sonra rəhbəri olduğu çex qardaşlarının təlimlərini qəbul etmişdir. Avqusta I Ferdinandın hakimiyyəti dövründə işgəncələrə məruz qalmış və 16 il həbs edilmişdir. O, 1564-cü ildə Maksimilian tərəfindən bir daha təbliğ etməmək şərti ilə azad edilmişdir.
Yan Kubiş
Yan Kubiş (çex. Jan Kubiš; 24 iyun 1913[…], Dolni Vilemovice[d][…] – 18 iyun 1942[…], Praqa[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti çex idi. 24 iyun 1913-cü ildə Trebiç yaxınlığındakı Dolni Vilemovice şəhərində Frantişek Kubiş və Kristina Mikiskovanın ailəsində anadan olub. Atası əslən Horni-Radslavitzdən idi. O, fabrikdə ayaqqabı ustası işləyirdi, bacısı Aloisiya Lişkovaya məxsus olan 14 nömrəli evdə yaşayırdı. Yan dörd uşağın ikincisi idi. Anası Kristina Mikiskova 1920-ci ildə vəfat etdi (Yan altı yaşında idi).
Yan Çeçot
Yan Antoni Çeçot (pol. Jan Antoni Czeczot (Czeczott), belar. Ян Чачот, lit. Jonas Čečiotas; 24 iyun 1796 – 23 avqust 1847, Druskininkаy, Litva general-qubernatorluğu[d]) — Polşa, Belarus və Litva şairi, folklorşünası və etnoqrafı, Filomatlar Cəmiyyətinin üzvü. Vilna Universitetində Filomatlar Cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. 1824-cü ildə Orenburqa sürgün edilmişdir. Çeçot "Piosnki wieśniacze znad Niemna i Dźwiny, niektóre przysłowia i idiotyzmy w mowie sławiano-krewickiej, z postrzeżeniami nad nią uczonymi" əsərində ləhcə hesab etdiyi belarus dilinin qrammatik və tarixi eskizini vermiş, slavyan dillərinin sanskritlə oxşarlığına dair esse yazmış və nəhayət, atalar sözlərini qeyd etmişdir. Piosnki wieśniacze znad Niemna. We dwóch częściach. Wilno, 1837.
Qırmızı yay
"Qırmızı yay" (ing. Red Summer) — 1919-cu ilin yayında və payızın əvvəlində ABŞ-da baş vermiş talanlar. Amerikanın otuzdan çox şəhərində baş vermiş talanlarda əksər hallarda ağdərililər afroamerikalılara hücum etmişdir. Bəzi hallarda, qaradərililər özünümüdafiə və cavab xarakterli hücumlar həyata keçirmişdir. Xüsusən də Çikaqoda, Vaşinqtonda və Arkanzas ştatının Eleyn qəsəbəsində çoxlu ölüm halları qeydə alınmışdır. "Qırmızı yay" termini ilk dəfə fəal və yazıçı Ceyms Veldon Conson tərəfindən istifadə edilmişdir. O, 1916-cı ildən Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiyanın katibi vəzifəsində çalışmış və birliyin bir çox yerli bölmələrinin təşkilində iştirak etmişdir. 1919-cu ilin yayında irqi zorakılığa qarşı dinc etiraz aksiyaları təşkil etmişdir.