Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beşik
Beşik — körpə uşaqlar üçün nəzərdə tutlmuş kiçik yataq - kiçik çarpayı və ya zənbil. Bəzən "Beşik" sözünü məcazi məna da da işlədirlər. Məsələn, "Azərbaycan muğam sənətinin beşiyidir" və ya "Qarabağ Azərbaycan musiqisinin beşiyidir".
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. == Tarixi == Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Yerik
Yerik (rus. ерик, ing. yerik) 1) daşqın zamanı su basmış körfəz, axmaz, qədim çay yatağı; 2) çaydan gölə, göldən gölə gizli axın; 3) Don çayı­nın aşağısında və Volqa çayının deltasında xırda qollar.
Beşik nəğmələri
Beşik nəğmələri — folklor növü; körpə uşaqları oxşamaq, əzizləmək, ovutmaq və yatırtmaq məqsədilə beşik başında avazla oxunan nəğmələr. Formaca müxtəlif (daha çox bayatı şəklində) olur. Beşik nəğmələrinə el arasında bəzən "nənnilər" (ninnilər) də deyilir. Bu nəğmələrdə ana öz körpəsinin boy-buxununu, hərəkətlərini şirin bir dillə əzizləyib tərifləyir, ona gümrahlıq, xoşbəxtlik, uğurlu tale arzulayır. Beşik nəğmələrinə laylalar, nazlamalar və oxşamalar daxildir. Həzin avazla oxunan laylalar körpənin duyğularına emosional təsir göstərir və onu uyudur. Nazlama və oxşamalarda isə körpənin iməkləməsi, dil açması, yeriyib-yüyürməsi, böyüyüb başa çatması və s. arzulanır. Beşik nəğmələri həcmcə yığcam, ölçü və bənd quruluşuna görə oynaqdır. == Ədəbiyyat == Azərbaycan ədəbiyyatı tarixi. .
Meşik (Urmiya)
Meşik (fars. مشيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (33 ailə).
Miodraq Yeşiç
Miodraq Yeşiç (serb. Миодраг Јешић; 30 noyabr 1958, Oseçenika[d], Mionisa bələdiyyəsi[d] – 8 dekabr 2022, Ruma[d], Voevodina) — Serbiyalı futbol məşqçisi, keçmiş futbolçu, 2011-ci ilin iyun ayında Təbrizin Bələdiyyəspor futbol klubunun olmuş baş məşqçisi. Türkiyədə uzun illər həm oyunçu, həm də məşqçilik etdiyinə görə türk dilini sərbəst bilirdi. 1985-1989-cu illərdə Türkiyənin "Altay" klubunda çıxış edib. Dörd il ərzində o, 136 oyun keçirib və 29 qol vurub. Növbəti klub isə müdafiəçinin yeganə 1989/90 mövsümündə çıxış etdiyi “Trabzonspor” olub. Mövsüm ərzində 37 oyun keçirib və iki qol vurub. == Həyatı == 30 noyabr 1958-ci ildə Oseçenikada doğulub.
Qara deşik
Qara dəlik — zərrəciklər və işıq kimi elektromaqnit dalğaların içindən qaça bilmədiyi güclü qravitasiyaya sahib fəza-zamanın bir nahiyəsi. Ümumi nisbilik nəzəriyyəsinə görə, kifayət qədər kompakt kütlə fəza-zamanı deformasiya edərək bir qara dəlik formalaşdıra bilər. Heç bir obyektin qaçışının mümkün olmadığı bölgənin sərhədinə hadisə üfüqü deyilir. Hadisə üfüqü onu keçən obyektin vəziyyətinə böyük ölçüdə təsir göstərməsinə rəğmən, lokal olaraq aşkar edilə bilən xüsusiyyətlər müşahidə edilmir. Bir çox cəhətdən, qara dəlik işığı əks etdirmədiyi üçün ideal qara cisim kimidir. Üstəlik, əyri fəza-zamanda kvant sahə nəzəriyyəsi proqnoz edir ki, qara dəlik kütləsi ilə tərs mütənasüb şəkildə, qara cismin şüalandırdığı istilik ilə eyni spektrumda Hokinq radiasiyası yayır. Bu temperatur ulduz qara dəlikləridə milyardlarla kelvinə bərabər olduğuna görə onların müşahidə edilməsini imkansızlaşdırır. Qravitasiya sahəsi işığın qaça bilməyəcəyi qədər güclü olan cisimlər ilk dəfə 18-ci əsrdə Con Mixel və Pyer Simon Laplas tərfindən nəzərə alındı. Qara dəliyi xarakterizə edən ümumi nisbiliyin ilk müasir həlli 1916-cı ildə Karl Şvartsşild tərəfindən tapılmışdır, ancaq heç bir şeyin qaça bilməyəcəyi fəza bölgəsi olaraq şərhi ilk dəfə Devid Finkelştein tərəfindən 1958-ci ildə nəşr edildi. Qara dəliklər çoxdan bəri riyazi maraq hesab olunurdu; 1960-cı illərdə nəzəri tədqiqatlar ümumi nisbiliyin ümumi proqnozu olduğunu göstərdi.
Sermet Yeşil
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Yeşim Büber
Yeşim Büber (18 avqust 1977, Aydın) — Türkiyəli aktrisa .
Yeşim Ustaoğlu
Yeşim Ustaoğlu (18 noyabr 1960, Sarıqamış, Qars ili) — Türk rejissor, kinorejissor, ssenari müəllifi. == Həyatı == 18 Noyabr 1960-cı ildə Sarıqamışda dünyaya gəlmişdir. Atasının təyinatı ilə 2 yaşında olanda ailəsi ilə birgə Trabzona köçdü, uşaqlıq illəri burada keçdi. Karadeniz Texniki Universiteti Memarlıq Şöbəsindən məzun oldu. Kinoya mükafat qazanan qısa filmləri ilə başlayan Yeşim ilk çıxışını 1994-cü ildə çəkdiyi 'İz' filmi ilə etdi. İstanbul, Köln, Nürnberq film festivallarından ən yaxşı film mükafatları ilə qayıdan "İz" filmini 1999-cu ildə çəkdiyi "Güneşe Yolculuk" filmi izlədi. "Güneşe Yolculuk" filmi ilə Berlin Film Festivalında aldığı, Ən Yaxşı Avropa Filmi: Mavi Mələk və Heinrick Boll Sülh mükafatlarından əlavə, İstanbul Film Festivalı və Ankara Film Festivalı daxil olmaqla milli və beynəlxalq səviyyədə çoxlu mükafatlar almışdır. 2003-cü ildə uzun metrajlı və sənədli filmləri gerçəkləşdirmək məqsədilə Ustaoğlu Filmin əsasını qoydu. 2004-cü ildə "Bulutları Beklerken" filmi çəkildi. Bulutları Beklerken NHK Beynəlxalq Film İstehsalçıları Mükafatı və Ən Yaxşı Aktrisa Mükafatları ilə birgə aldığı digər beynəlxalq mükafatlarlara layiq görüldü.
Eşik iyesi
Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər. == Xüsusiyyətləri == Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır.
Eşik iyəsi
Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər. == Xüsusiyyətləri == Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır.
Bursa Yeşil Cami
Bursa Yeşil Cami, Bursa yaşıl məscid — İlk Osmanlı dövrünə aid Bursada tikilən məscid. == Tarixi == Osmanlı dövləti gücləndikcə tikinti-inşaatçılıqda da yeni-yeni təzahürlərlə səciyyələndirməyə başlayırdı. Memarlar artıq köhnə norma və qaydalardan yan keçərək daha müstəqil və yaradıcı meyllərə üz tutmağa başlayırdılar. Bunun ən bariz nümunəsini Bursadakı məşhur Yeşil Cami (1415-1424) hesab etmək olar. Əvvəlki kvadrat forması əvəzinə memar düzbucaqlı formaya üstünlük vermiş və bundan başqa bir mərkəzi zal əvəzinə, o, bir gümbəzlə əhatələnmiş iki zalı layihələndirmişdi. Ayrı-ayrı tikili hissələrinin ölçülərindəki dəyişiklik də hissediləcək səviyyədə idi. Yığcam həcmlik tikiliyə zəriflik bəxş edirdi. Caminin tənə üzərində tikilməsi onun monumentallığını və bütövlüyünü daha da nəzərə çarpdırır. Yeşil Caminin interyerində də dəyişiklik həmin dövr üçün yeni idi. Enli və alçaq gümbəzlərdəki deşiklər və kiçicik pəncərələr həyətin mərkəzindəki hovuz və fəvvarələrin görüntüsünə əlverişli şərait yaradır.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Yəşim
Yəşim — qiymətli mineral daş. == İnsan orqanizminə əhəmiyyəti == Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Böyük Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsi Sadıqlı kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Böyük Kəsik kənd Soveti yaradılmışdır.
Kəsik (Xudabəndə)
Kəsik (fars. كسيك‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (111 ailə).
Kəsik konis
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır.Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Böyük Kəsik bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Kəsik Dəmiryol Stansiyası
Böyük Kəsik Dəmiryol Stansiyası — Ağstafa rayonunda, Bakı–Tbilisi dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Heşin
Heşin (Ermənistan)
Keşiş
Keşiş — Xristianlıqda evlənməmiş, manastırda yaşayan rahib və ya rahibə. == Haqqında == Rahib sözünün kökü ərəb və fars dillərinə əsaslanır. Rahiblər aralarında xristianlığın ən sıx formasını yaşamağa çalışan, bunun üçün ayrılığa gedib günlərlə ilahi düşüncə ilə məşğul olan, monastırda yaşayan və həyatlarını xristianlığa uyğun şəkildə nizamlayan insanlardırlar. Köhnə dildə monastırlara "keşişxana" deyilirdi. Bunlar Franciskan, Dominikan, cizvit rahibləri kimi təriqətlərə görə bölünürdülər. Rahiblik özünü tərki-dünya etmək deməkdir. Rahiblər düşüncə ilə dünyadan uzaq bir həyat sürdükləri monastırda yaşayırlar. İçki içmirlər, oruc tuturlar və cinsi həyatdan uzaq dururlar. Fərdi rahibliklə qrup şəklində edilən rahiblik fərqlidir. Məsələn, İslamda hamı ramazan ayında oruc tutur.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü)Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Relik
Relik (Latınca reliquiae "geri qalan, qalıq") Xristianlıqda Məsih, müqəddəslər və digər əziz insanlarla əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalara və ya parçalara verilən addır. Məsələn, müqəddəslərin sümükləri və ya bu insanın sahibi olduqları mallar relikdir. Reliklər bəzən reliker adlanan xüsusi mühafizə qablarında saxlanılır.
Feşin
Nikolay İvanoviç Feşin (26 noyabr (8 dekabr) 1881 və ya 1881, Kazan – 5 oktyabr 1955[…], Santa-Monika, ABŞ) — rus və amerikalı rəssam, qrafika rəssamı, heykəltaraş, oymaçı, impressionizm və modern üslüblarının nümayəndəsi. == Bioqrafiya == 1900-cü ildə Feşin Kazan Rəssamlıq Məktəbini bitirdi və İmperator Rəssamlıq Akademiyasına daxil olmaq üçün Sankt-Peterburqa yollandı. 1903-cü ildə Feşin — Akademiyada və tələbələr arasında ən populyar olan İ. E. Repinin emalatxanasına daxil oldu. Repinin yanında təhsilin birinci ilinin sonunda yaratdığı "İbadətdən sonra katakombalardan çıxış" maarifləndirici eskizi Akademiya Şurası tərəfindən yüksək qiymətləndirildi və rəssam birinci mükafatına layiq görüldü. İmperator Rəssamlıq Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbini İ. E. Repinin emalatxanasında bitirdikdən sonra Kazana qayıtdı və indi onun adını daşıyan Kazan Rəssamlıq Məktəbində dərs deməyə başladı. 1916-cı ildə İmperator Rəssamlıq Akademiyasının akademiki seçildi. 1923-cü ildə ailəsi ilə birlikdə ABŞ-yə mühacirət etdi və 1955-ci ilə qədər orada yaşadı. Nikolay İvanoviç Feşin Akademiyanı xaricə səyahət etməyə imkan verən mükafatla bitirdi (ona rəssam adının verilməsi haqqında qərar 30 oktyabr 1909-cu ildə verildi). 1910-cu ilin yazında Feşin Berlin, Münhen, Verona, Venesiya, Milan, Padua, Florensiya, Roma, Neapol və Vyananı ziyarət edərək həyatında ilk dəfə Rusiyanı tərk etdi. Səyahətini Parisdə başa çatdırdı.
Seşin
Seşin (pol. Cieszyn, polyak: [ˈt͡ɕɛʂɨn] ( dinlə); çex. Těšín [ˈcɛʃiːn] ( dinlə); alm. Teschen‎; lat. Tessin) — Polşada şəhər. Olza çayı sahilindədir. Elektrotexnika, metal emalı, yeyinti, trikotaj sənayesi var. Dəri-qalantereya məmulatı istehsal olunur.Şəhər kommunası statusuna malikdir. Sahəsi 28,61 km2, əhalisi 34,778 nəfərdir (2018). 1920-ci ilə qədər şəhərin Polşa və Çex hissələri birlikdə Teşin şəhərini təşkil edirdi.
Aran (Lerik)
Aran — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Dağətəyi ərazidədir.
Ağçay (Lerik)
Ağçay — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Ayəsk
Ayəsk və ya Ayaz — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,023 nəfər və 1,399 ailədən ibarət idi.
BESIX
Besix — Belçikanın inşaat şirkəti. 1909-cu ildə Belçikada yaradılmışdır. Şirkət xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bəsic
Bəsic (Farsca: بسيج), Ayətullah Xomeyni tərəfindən 1979-cu ilin noyabr ayında İranda yaradılmış paramilitarist könüllü milis təşkilatıdır. Təşkilatın rəsmi adı Bəsic Müqavimət Qüvvəsidir (Farsca: نیروی مقاومت بسیج). Bu təşkilat birbaşa dini liderdən əmr alır. Hal-hazırda rəsmi dini mərasimlərin təşkil edilməsi, sosial xidmətin təşkili, əxlaq polisi və müxalif toplaşmaların yatırılması kimi fəaliyyətlər də daxil olmaqla daxili təhlükəsizlik qoşunlarının yardımçı qoşunu kimi fəaliyyət göstərir. İran İslam Respublikasının ali dini lideri Ayətullah Xameneinin fərmanı ilə 2016-cı ildən Briqadir Qulam Hüseyn Qeybpərvər İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Müqavimət Qüvvələrinin komandiridir.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.