1. Atasız-anasız uşaqlar, yetimlər.
[Məşədi Cəfər:] Məndən sonra bir bölük yetim-yesir qalacaq.
2. məc. Yoxsullar, məzlumlar, evsiz-eşiksizlər.
Amma bunu da biliniz, ey mollalar ki günlər dolanar, …zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşməni tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar…
Külək əsir, şaxta kəsir; Nalə çəkir yetim-yesir.
Murad camaat içində açıq-açığına danışırdı ki, “Şura hökuməti hamıya əl-qol verib, dil-ağız verib, kasıb-kusub, yetim-yesir adam olub, adam içinə çıxır…”.