Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xətt gəmisi (yelkənli)
Xətt gəmisi (ing. ship-of-the-line, fr. navire de ligne) — üçdorlu və üçqatlı top sıralı yelkən sinifli, ağacdan hazırlanmış gəmi. Xətt gəmisi 500-5500 ton su sıxışdırma qabiliyyətli göyərtəsində 30—50 dən 135-ə qədər top yerləşən, 300-500 nəfərlik heyətə malik, XVII əsrlərdən tikilməyə başlanılmış 1860-cı illərədək dəniz döyüşlərində cinah taktikası məqsədilə istifadə olunan hərbi gəmi.
Yelkən
Yelkən — külək gücündən yararlanaraq geniş sahə oluşduracaq şəkildə yan yana dikilən və qayığın dirəyinə uyğun şəkildə taxılaraq onu hərəkət etdirən parça və ya şəritlərin hamısıdır. == Külək prinsipi == Bernoullinin prinsipinə görə külək istiqamətinin yelkənin üzərindəki yükünə bağlı olaraq, yelkənin bir tərəfində digərindən daha çox hava təzyiqi oluşur. Bu təzyiq fərqi qaldırma gücü yaradaraq yelkəni düşük təzyiqin olduğu tərəfə itələyir. Onurğa (vəya borda mərkəzi) yelkən üzərindəki bu yanal gücü yelkən qayığının yana yataraq irəli doğru hərəkətinə dönüşdürür. Bernoulli dənkləmi işlədilərək tapılan təzyiq fərqi, qayığa sərf olunan itkinin bir hissəsini oluşdurur. Əsil itki, momentumun qorunumu sayəsində əmələ gəlir. Külək hərəkət halındakı hava molekullarından əmələ gəlir. Bu molekullar sahib olduqları sürət və kütlə sayəsində müəyyən bir momentum ilə yelkənə çırparlar. Yelkənin qabağından girən külək, arxa tərəfindən çıxarkən momentumunun bir hissəsini qayığa yelkən vasitəsi ilə çatdırır və sürəti yavaşladır. Qayıq özü ağırlığı səviyyəsində qazandığı bu momentumu hərəkətə çevirir.
Al yelkənlər
Al yelkənlər - Aleksandr Qrinin 1916-1922-ci illər arasında qələmə aldığı kiçikölçülü romantik sevgi macərası üzərində qurduğu romanı. Hadisələrin gedişin əsərin qəhrəmanlarının, hiss edilmədən bütün gözəl arzuların çin olduğu bir aləmə aparıb çıxarır. Kitabdakı bütün hadisələr tamamilə Aleksandr Qrinin təxayyülünün məhsulu olub, hər hansı real hadisəyə söykənmir. Kitab əsasında çoxsaylı teatr tamaşaları hazırlanmış, musiqi əsərləri bəslələnmiş və film çəkilmişdir. == Personajlar == Matroq Lonqren Menners Assol - Lonqrenin tək övladı Artur Qrey Lilian Qrey - ana Cim - Qreylərin mehtəri Betsi - Qreylərin qulluqçularından biri Kapitan Qop Letika - matros Xin Menners - mehmanxanaçı Panten - kapitan (Qreyin) köməkçisi Tsimmer - "Nağd pul" meyxanasında dənizçləri əyləndirən skripkaçı Duss - Tsimmerin iş ortağı Atvud - bosman Frits - təbilçi == Xarici dillərə tərcümə == Hekayə ingilis, alman, ispan, poland, ukrayna, belarus, yunan, italiya, çin, macar, bolqar, vietnam, türk və s. dünya dillərinə tərcümə olunmuşdur.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib.Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. == Tədbirin tarixi == Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.Tədbir Troiçki körpüsünün(ru) altından hərəkətə başlayan bir qrup katelə açıq elan olundu. Onların ardınca Leninqrad(ru)(indiki Ümid(rus.
Yelkən (bürc)
Yelkən (lat. Vela) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 2.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Yelkən (qaya)
Yelkən qaya — Karasnodar diyarında təbiət abidəsi. Qaya Qara dənizin sahildə, Gelencik şəhərindən 17 km cənub-şərqdə, Praskovevka kəndinin (sahil boyu 500 metr) və Canxot (4,5 km) xutorunun yaxınlığında yerləşir. == Ümumi məlumat == Yelkən qayası dəniz sahilində yerləşən vertikal şahid dağ mənşəli qumdaşı parçasıdır. Qaya əsas hissədən uçqun səbəbi ilə ayrılmışdır. Xarici görünüşünə görə qaya parçası düördbucaqlı yelkəni xatırladır. O üzdən yelkən adlandırılıb. Qayanın qalınlığı bir metrdən çoxdurur. Hündürlüyü 25 m, uzunluğu isə 20 m-dir. Bəzi mənbələrdə isə hündürlüyü 30 m, uzunluğu isə 25 m qeyd olunur. Qayanın dörddə üçündən çoxu sahilə perpendikulyar olaraq dənizə daxil olub.Qaya üzərində, 2,5 hündürlükdə dəlik var.
Yelkən idmanı
Şxun ingilscə schooner sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı.Sonrakı dövrdə şxun daxili yanma mühərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır. Yelkənli qayıq e.ə. 2400-cü illərdə Misirlilər tərəfindən ecad edilmişdir. İlk yelkənin ləvazimatı papirusdur. Misirlilərin arxasından, Polineziyalılar kanoelərində külək texnologiyasını işlətmişdirlər. Yelkənli qayıqlar daha sonra romalılar, yunanlar, çinlilər, ispanlar, portuqallar, [fransızlar və ingilislər tərəfindən mənimsənmişdir.
Əylənli
Əylənli, Aynalı, Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir. == Tarixi == Toponim əylənli türk tayfa adı əsasında yaranmışdır.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Davidaşen qoyulmuşdur. == Toponimi == Mənbədə Aylanlı kimidir 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Əgənli kənd adı. "Kəndin başqa adı Yasaqlıdır". Mənbədə Əglənli kimidir. Digər adı Axsaqlı-Əglənli idi "Axsaq (kəndi) yaxınlığında Əglənli "mə'nasındadır. XX əsrin əvvəllərinə aid mənbədə Aylanlı-Yasaqlı kimidir. 1828–1832-ci illərdə kənd dağılmışdır.
Aşağı Əylənli
Aşağı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 04 aprel 1946-cı il fərmanı ilə adı ildə dəyişdirilərək Lenuqi qoyulmuşdur. XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. == Əhalisi == 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. == Tarixi == Aşağı Əylənli XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də yerdəşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur.
Yuxarı Əylənli
Yuxarı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 2 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin başqa adı Əylənli-Əbdülrəhman olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə əylənli nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin "Oğuzlar" əsərində əyələnoğlu kimi qeyd edilir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsaxkunk qoyulmuşdur.
Yələkli (Qoşaçay)
Yələkli (fars. يلكلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (36 ailə).
Yeleni Doika
Yeleni Doika (d. 15 noyabr 1995) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Doika, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Doika birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Yeleni Doika 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Zoi Kontoqianni, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Yeleni Xronopoulou
Yeleni Xronopoulou (d. 19 noyabr 1988; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Yəmənli Həsən Paşa
Yəmənli Həsən Paşa (ö. 19 oktyabr 1608) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən alban olub, Əndərundakı təhsilinin ardından uzun müddət bostançıbaşı olaraq xidmət göstərdi. Quyucu Murad Paşanın rüşvət şayələriylə vəzifədən alınmasının ardından 1580-ci ildə Yəmən bəylərbəyi təyin edildi. Bölgədə davam edən Zeydi üsyanıyla mübarizə apardı. Uzun illər burada xidmət etməsi səbəbilə bəzi mənbələrdə Yəmənli Həsən Paşa olaraq anılır. Ardından paytaxta göndərdiyi istəyinə uyğun olaraq 20 iyun 1604-cü ildə Yəməndən ayrıldı və İstanbula gəldikdən sonra 25 iyun 1605-ci ildə Misir əyalətinə təyin olundu. 2 illik vəzifəsinin ardından İstanbula dönən Həsən Paşa 1 aprel 1607-ci ildə vəzifədən alındı və 19 oktyabr 1608-ci ildə İstanbulda vəfat etdi. == Mənbə == Sicill-i Osmani I, səh.