Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yılmaya
Yelqava
Yelqava (latış. Jelgava‎) — Latviyanın Zemqale diyarında yerləşən şəhər. 1578—1795-ci illər arasında Kurzeme və Zemqale Hersoqluğun paytaxtı idi.
Yelnya
Yelnya — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
İlmaya
Yeşaya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Yelmar Edilov
Yelmar Edilov (10 aprel 1946, Əlimədətli, Ağdam rayonu – 11 aprel 1994, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Yelmar Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954–1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M. F. Axundov adına üzümçülük kolxozunda işə düzəlir. 1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı.
Yelmar Məmmədov
Yelmar Məmmədov (28 iyun 1957, Aşağı Mollu, Qubadlı rayonu – 12 aprel 1995, Daşkənd) — Azərbaycanın ilk rəsmi milyarderi. Yasamal qəbristanlığında dəfn edilmişdir. Yelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir. Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir. 1975–1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir. 1976-cı ildə hərbi xidmətə gedir. Hərbi xidmətini RSFSR-in Çita şəhərində başa vurur. Hərbi xidmətdən sonra, 1978-ci ildə təsadüf nəticəsində Daşkəndə gəlir.
Yelmar Şərifov
Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi. Yelmar Fərhad bəy oğlu Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Onun atası Fərhad bəy Xurşud bəy oğlu, anası Ildız xanım Qasım bəy qızı soy-kök etibarilə Seyidli oymağının Şərifli soyundandırlar. Yelmar Şərifovun Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan dayıları İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Fərhad bəy də əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. 1931-ci ildə Seyidlidə vəfat etmişdir. Yelmar Şərifovun anası Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır.
Belaya çayı (Kaqalnik)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir. Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi. == Təsviri == Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır.
Peyğəmbər Yeşaya (Rafael)
Peyğəmbər Yeşaya —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1511-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Peyğəmbər Yeşaya əsəri hal-hazırda İtaliyada saxlanılır.
Alma almaya bənzər
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Abuna Yemata Quh
Abuna Yemata Quh — Efiopiyanın Tiqray bölgəsinin Havzen şəhərində yerləşən monolit kilsə. 2,580 metr (8,460 fut) yüksəklikdə yerləşir və kilsənin içərisinə daxil olmaq üçün piyada dırmaşmaq lazımdır. V əsrə aid olan günbəzi, divar rəsmləri və memarlığı ilə diqqət çəkir. == Haqqında == Ziyarətçilər kilsəyə çatmaq üçün təxminən 250 m enişli təbii daş körpüdən, sonra isə dar taxta piyada körpüsündən keçməlidirlər. Ardınca 300 metr (980 fut) hündürlüyündə məsafəni əl tutacaqlarından və ayaq tutacaqlarından (əlavə dayaq olmadan) istifadə edərək şaquli halda qaya divarına dırmaşmalıdırlar. Sonda isə 50 sm enində, aşağısı isə qaya olan çıxıntı üzərində keçmək lazımdır. Kilsənin hazırda mövcud olan sütunlarının kimyəvi tərkibi Kembridən əvvələ aid olan qumdaşı formasiyasının son eroziya qalıqlarından, entiço və adiqrat mənşəli qumdaşlarından ibarətdir. Abuna Yemata Quh dünyanın ən əlçatmaz ibadət yeri olsa da, əsasının qoyulduğu 1500 il əvvəldən indiyədək buraya dırmaşmaq istəyən bir nəfər belə yerə yıxılmayıb. == Tarixi == Yerli əfsanəyə görə kilsənin əsası (qayanın yonulması) VI əsrdə qoyulub və "doqquz müqəddəslər"dən biri olan Abuna Yemataya (yaxud Abba Yem'ata da deyilir) ithaf olunub. Doqquz müqəddəslərin V əsrin sonu və VI əsrin əvvəlləri arasında Roma, Konstantinopol və Suriyadan gəldiyinə inanılır.
Belaya Reçka (Kabarda-Balkariya)
Belaya Reçka (qaraç.-balk. Акъ суу) — Kabardiya-Balkar Respublikasında kənd. "Nalçik şəhər dairəsi" bələdiyyə quruluşunun bir hissəsidir. == Coğrafiyası == Kənd Nalçik şəhər dairəsinin cənub-qərb hissəsində, Nalçik və Belaya çaylarının vadilərində yerləşir. Nalçik şəhərindən 1,5 km cənubda yerləşir. Şimalda Nalçik və şərqdə Xasanya yaşayış yerləri ilə həmsərhəddir. Qəsəbə respublikanın dağətəyi zonasında, Meşə silsiləsinin şimal ətəklərinin ətəyində yerləşir. Əhalinin böyük hissəsi Belaya və Nalçik çaylarının vadiləri boyunca düzənliklərdə məskunlaşmışdır. Ətrafdakı yamaclar çox meyllidir. Bəzi yerlərdə yamaclar yüksək qayalarla açılır.
Belaya Rus (aerobatika eskadronu)
Belaya Rus (belar. Белая Русь) — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir. == Tarixi == Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir.
Belaya dağı (Vesyolıe Qorı)
Belaya dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 715 m-dir. Nijni Tagil şəhərinin cənub-qərbində, Urales və Çernoistoçinsk kəndlərinin yaxınlığında yerləşir. Dağda beynəlxalq "Belaya Dağı" xizək bazası vardır. Xizək bazasını Nijni Tagil, Yekaterinburq, Tümen, Lesnoy, Nijnaya Turadan gələn turistlərin ziyarət etdikləri ən məşhur bir xizək mərkəzidir. == Coğrafiyası == Belaya dağı Vesyolıe Qorı silsiləsinin şimal hissəsində, "Nijnı Tagil şəhər dairəsi" bələdiyyəsində, Starik-Kamen dağının zirvəsindən 17 kilometr şimalda, Urales kəndindən 3 kilometr şərqdə yerləşir. Dağın hündürlüyü 715.4 metrdir. Dağ Volqa ilə Ob hövzələri arasındakı suayrıcında yerləşir. Bununlada Avropa ilə Asiya arasındakı sərhəd oradan keçir. == Təsviri == Dağ şimaldan cənuba uzun kilometrlərə uzanır və tamamilə qarışıq meşə ilə örtülmüşdür.
Alma almaya bənzər (film, 1975)
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Səmaya pilləkən (film, 1978)
Səmaya pilləkən — 1978-ci il istehsalı Azərbaycan filmi. Film bizim müasirimiz, respublikanın əməkdar inşaatçısı, 10-dan artıq yeni məktəb tikmiş Məmməd Hüseynov və onun briqadası haqqındadır. Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sirus Zindadel Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Səmaya yönəldilmiş (film, 1975)
Kinolent "Azərneftkimyamontaj" birliyinin 50 illik yubileyinə həsr olunmuşdur. Film neft və qaz sənayesi üçün böyük qurğular quran fəhlələrin çətin işindən danışır. Filmin çəkilişləri Sov. İKP XXII Qurultayı Adına Zavodda, Xəzər dənizində lentə alınmışdır.
Səmaya mən baxıram, həsrət ilə yanıram
Səmaya mən baxıram, həsrət ilə yanıram (ukr. Дивлюся на небо та й думку гадаю) — sözləri 1841-ci ildə ukraynalı romantik şair Mixailo Petrenko tərəfindən yazılmış mahnı. 1903-cü ildə Lyudmila Aleksandrova tərəfindən bu şeirə musiqi bəstələnib. Musiqiçi, xormeyster və musiqi müəllimi olan Vladislav Zaremba bu mahnını vokal və piano ifasına uyğunlaşdırmışdır. Bu həm də kosmosda ifa edilən ilk mahnı hesab edilir. Belə ki, 12 avqust 1962-ci ildə Ukrayna əsilli ilk kosmonavt Pavel Popoviç "Vostok-4" sovet kosmik gəmisinin göyərtəsində bu mahnını oxumuşdur. Михайло Петренко: Життя і творчість (художні тексти, дослідження, документи). // Упорядники О. Є. Петренко, О. О. Редчук. Оформлення Д. О. Редчук. «Фенікс».