Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yenigün
Yenigün — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xətai kənd inzibati ərazi dairəsində kənd.
Yeniyol
Yeniyol (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun inzibati ərazi vahidində kənd. Yeniyol (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Yeniyol (Amasiya) — Ermənistanın Amasiya rayonunun inzibati ərazi vahidində kənd. Birinci Yeniyol — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Birinci Yeniyol
Birinci Yeniyol — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Yeniyol kəndi Dağətəyi ərazidədir. Keçmiş adı Nügədi (tatca “yeni kənd”) olub, 1935-ci ildə Yeni Yol qoyulmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr tərəfindən yeni yaşayış məntəqəsi (İkinci Yeniyol) yarandıqda toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. == Əhalisi == Əhalisi 414 nəfərdir ki onunda 210 nəfəri kişi, 204 nəfəri qadındır.
Yeniyol (Amasiya)
Yeniyol — qədim Azərbaycan torpağında azərbaycanlıların yaşamış olduğu kənd. Yeniyol kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Yeniyol kəndi dağıdılmış, yerli əhali qovulmuş və və erməniləşdirilmişdir. Qərib Məmmədov — Akademik, AMEA-nın müşaviri, biologiya üzrə elmlər doktoru (1991), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri. Mehdi Abbasov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Azərbaycan Demokratik Respublikası İrəvan xanlığı Zəngəzur Ağbaba Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI — начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид".
Yeniyol (Ağdam)
Yeniyol — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Yeniyol (Babək)
Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət evi mövcuddur. Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir. Kənddə səhiyyə müəssisəsi mövcuddur.
Yeniyol (Goranboy)
Yeni yol — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkinbindəki yaşayış məntəqəsi Yeni yol kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Yeni yol kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. Bu adda Ağdam və Babək rayonlarında da kənd qeydə alınmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1149 nəfər əhali yaşayır.
İkinci Yeniyol
İkinci Yeniyol — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Yeniyol (indiki Birinci Yeniyol) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmış və İkinci Yeniyol adlandırılmışdır. Yeniyol komponenti rəmzi olaraq verilmiş adlardandır. Əhalisi 117 nəfərdir ki onunda 56 nəfəri kişi, 61 nəfəri qadındır.
Yüngül atletika
Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır. İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi.
Yüngül aviadaşıyıcı
Yüngül aviadaşıyıcı bir ordunun standart gəmilərindən daha kiçik olan bir təyyarə gəmisidir. Dəqiq tərif ölkədən ölkəyə fərqli olsa da, bu gəmilər standart gəminin yarısı və ya üçdə ikisi ölçüsündə ola bilərlər. Yüngül təyyarə daşıyıcıları bir çox cəhətdən müşayiət gəmiləri ilə oxşar konsepsiyaya malikdirlər. Bununla belə, müşayiət gəmiləri amfibiya (dəniz və quru) əməliyyatları zamanı konvoyu mühafizə etmək və hava dəstəyini təmin etmək vəzifəsini yerinə yetirərkən, yüngül aviadaşıyıcılar daha yüksək sürət üçün nəzərdə tutulmuşdurlar. İspaniyalı Xuan Karlos universal desant gəmisi-dir, lakin Harrier II idarə edə bilir və Anadolu da yüngül təyyarə gəmisi kimi qəbul edilir.
Yüngül pulemyot
Yüngül pulemyot bir əsgər üçün köməkçiyə ehtiyac olmadan daşımaq və istifadə etmək üçün hazırlanmış bir silahdır. Ümumiyyətlə cəbhə bölgələrində piyada dəstəyi üçün istifadə olunur. Yüngül pulemyotlar normal silah və ya taktiki vasitə kimi də təsvir edilə bilər. İlk yüngül pulemyot, Birinci Dünya müharibəsi əsnasında ingilislərin piyada əsgərlərə dəstək məqsədilə istehsal etdikləri Lewis pulemyotu idi. Müharibənin sona çatması ilə müəyyən kiçik zonalarda və modern piyada dəstələrinin təcili olaraq ehtiyac duyduğu ərazilərdə istifadə olunmağa başlandı. Yüngül pulemyotlar hərəkət halında və ya belə söykənərək istifadə edilə bilinsə də, bu çox da lazım olmadı. Adətən ayrıc dəstəyi ilə üzü üstə vəziyyətdə istifadə olunurdu. Brengun və ya BAR kimi yüngül pulemyotlarda bir bəslənmə darağı vardı. MG 34 və s. pulemyotlar həm daraq, həm də mayonla qidalanırdı.
Yüngül tank
Yüngül tank sürətli hərəkət üçün hazırlanmış və bu gün ilk növbədə kəşfiyyat məqsədləri üçün və ya əsas döyüş tankının dəstəklənməsi üçün uyğun olmayan yerlərdə səfər qüvvələrini dəstəkləmək üçün, istifadə olunan bir tank variantıdır. İlk yüngül tanklar ümumiyyətlə zirehli maşınlar kimi zirehli quruluş və silahlarla təchiz edilmişdi, lakin tırtıldan istifadə etmələri sahədəki üstün hərəkətliliklərinin təminatçısı idi.
Yeniyol yaşayış yeri
Yeniyol — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Kənd rayonun Məmmədrza Dizə kəndinin cənubunda, Sirabçayla Naxçıvançayın qovşağında yerləşir. Mədəni təbəqə 1 metr qalınlıqdadır. 2013-cü ildə abidədə aparılan araşdırmalar zamanı Eneolit dövrünə aid az miqdarda keramika məmulatı toplanmışdır. 2014-cü ildə 3 ayrı kvadratda aparılan arxeoloji qazıntılar nəticəsində Son Eneolit dövrünə aid arxitektura qalıqları, keramika, sümük, obsidian və daş alətlər aşkar olunmuşdur. Bu dövrün memarlığı yarımqazma, dairəvi və dördkünc formalı tikililərlə təmsil olunmuşdur. Kül layları ilə bir-birindən ayrılan tikinti qatlarının tapıntıları keramika, heyvan sümükləri, obsidian parçaları və ağac kömürünün qalıqları ilə təmsil olunmuşdur. Əmək alətlərinə az rastlanılmışdır. Onlar bazaltdan hazırlanmış 2 dən daşı, 1 asma, 2 biz, çaxmaqdaşından hazırlanmış bir neçə oraq dişi və az miqdarda emal olunmamış obsidian qalıqlarından ibarətdir ki, bu da yaşayış yerinin mövsümi xarakter daşıdığını göstərir. Keramika məmulatı sarı, boz və qırmızı rəngdə bişirilmiş və başlıca olaraq əldə hazırlanan qablardan ibarətdir.
Bren (yüngül pulemyot)
Bren (ingiliscə tam adı Bren Light Machine Gun) - Çexoslovakiya və İngiltərənin birlikdə istehsal etdiyi yüngül pulemyotdur. 1938-ci ildə xidmətə qəbul edilmiş və 1958-ci ildə xidmətdən kənarlaşdırılmışdır. Bənzər versiyası olan L4 hələ də Böyük Britaniya tərəfindən istifadə olunur. 550 metrlik effektiv mənzilə malik Bren kifayət qədər yüngül silahdır. Bu silah .303 British 7.92x57mm Mauser (İkinci dünya müharibəsi dövründə Çin üçün) və 7.62×51mm NATO (İkinci dünya müharibəsindən sonra) tipli güllələrdən istifadə etmişdir. 1938–1966-cı illərdə ümumi olaraq 5,400,000 ədəd istehsal edilmişdir. İkinci dünya müharibəsi, Ərəb-İsrail müharibələri, Birinci Hindçin müharibəsi, Süveyş böhranı, Vyetnam müharibəsi, Folklend müharibəsi kimi bir çox müharibələrdə müxtəlif tərəflər tərəfindən istifadə edilmişdir.
Lewis (yüngül pulemyot)
Lewis pulemyotu Amerika Birləşmiş Ştatları və İngiltərənin birlikdə istehsalı olan yüngül pulemyotdur. Silah müharibə zamanı Britaniya İmperiyası qoşunları tərəfindən geniş istifadə edildi və Koreya müharibəsinin sonuna qədər bir ayırıcı lülə soyutma ötürücüsü və üstə quraşdırılmış tambur maqazin ilə istifadə edilmişdir. == Qısa məlumatlar == Konstruktor: The Birmingham Small Arms Company Limited Konstruksiya tarixi: 1911 İstehsalçı: The Birmingham Small Arms Company Limited Savage Arms Co.
Owen (yüngül pulemyot)
Owen, Avstraliya istehsalı olan yüngül pulemyotdur. Silah 1939-cu ildə Evelyn Owen tərəfindən yaradılıb və İkinci dünya müharibəsi zamanı Avstraliya ordusunun əsas yüngül pulemyotu olmuşdur. Silahı 1943-cü ildən 1960-cı illərin ortalarına qədər istifadə etmişlər.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Türkiyədə yüngül sənaye
Türkiyənin yüngül sənayesi — Türkiyənin toxuculuq, geyim və dəri sənayesində istehsal sənayesində çalışanların üçdə birindən çoxu çalışır (müxtəlif mənbələrə görə, 750 mindən 1,9 milyon nəfərə qədər və toxuculuq və geyim sənayesində təxminən 40 min şirkət fəaliyyət göstərir). Özəl xarici və Türkiyə dövlət kapitalının yüngül sənayedəki payı azdır. Çin, Vyetnam, Hindistan, Banqladeş və Pakistandan ucuz məhsulların bazara daxil olması bir çox türk şirkətlərinin daha bahalı qiymət seqmentinə keçməyə məcbur etdi. Onlar marka məhsulların istehsalını mənimsədilər. Toxuculuq sənayesi Türkiyə iqtisadiyyatının ən qədim və aparıcı sahələrindən biridir. 1980-ci ildə həyata keçirilən iqtisadi islahat toxuculuq mallarının ixracının artmasına və yeni toxuculuq avadanlıqlarının idxalına kömək etmişdir. 2002-ci ildə toxuculuq sənayesində 16,6 milyard dollarlıq (1990-cı ildə — 8,8 milyard) məhsul istehsal olunmuş və 6.2 milyard dollarlıq (1990-cı ildə — 3.1 milyard) məhsul ixrac edilmişdir. 2005-ci ildə 17.5 milyard dollar dəyərində tekstil məhsulları istehsal edildi; 2006-cı ildə tekstil ixracatı 8.1 milyard dollara çatmişdır (o cümlədən parçalar — 3.1 milyard, lif və iplik — 1.7 milyarddan çox). 2009-cu ildə Türk toxuculuq məhsullarının ən böyük alıcılarının ilk onluğuna Rusiya (15%), İtaliya (9,7%), Almaniya (6.1%), Rumıniya (4.6%), Polşa (4.3%), İran (4,1%), Bolqarıstan (3,8%), Böyük Britaniya (3,2%), Misir (2,9%) və ABŞ (2,9%) daxil idi. Tekstil ixracatının əsas məhsullarını sintetik parçalar, pambıq parçaları, iplər və ipliklər, yun parçalar təşkil etmişdır.
Yüngül relsli sistem
Yüngül relsli sistem, Yüngül dəmir yolu və ya Müasir dekovil, daha yüksək həcmlərdə işləyən şəhər tramvay sistemidir. Dekovil, 40 ilə 60 sm arasındakı relslərdə hərəkət edə bilmək üçün hazırlanmış və maşın, heyvan və ya insan gücü ilə hərəkət etdirilə bilən vaqonlardır. 1875-ci ildə Paul Decauville tərəfindən Fransada qurulan şirkət tərəfindən istehsal edilən bu vasitələr zaman keçdikcə bu ad (dekovil) ilə məşhurlaşdı. Yüngül relsli sistemlərdə istifadə olunan vaqonlar adi tramvaylara nisbətən daha sürətli olsalar da, metro vaqonlarına nisbətən daha yüngüldürlər. Son zamanlarda, ağır dəmir yolu sistemləri ilə qarşılaşdırıldıqda, nisbətən ucuz və artan etibarlılığına görə bu sistemlərə daha çox üstünlük verilir.
Yüngül tipli təyyarə
Yüngül təyyarə, maksimum uçuş çəkisi 12.500 funt (5.670 kq) və ya daha az olan bir təyyarədir. Sabit və ya fırlanan qanadları olan yüngül təyyarələr dünyada həm mülki, həm də hərbi məqsədlər üçün geniş istifadə olunur. Hobbi uçuşlara əlavə olaraq, yüngül təyyarələr və vertolyotlar sərnişin daşınması, valyuta atma, elektrik kabellərinə nəzarət və pestisidlərin çilənməsi kimi bir çox fərqli işlərdə istifadə olunurlar.
Azər Əhmədov (yüngül atlet)
Tip 63 yüngül tankı
Type 63 yüngül tankı — Norinco Type 63 Çin istehsalı olan suda-quruda hərəkət edən tankdır. 1963-cü ildə istehsalına başlanılıb. SSRİ istahsalı olan PT 76-nın kopyasıdır. WZ211 olaraq da tanınır.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
Yeniqala burnu
Yeniqala burnu (ukr. Єнікале) — Kerç yarımadasının ucqar şimal-şərqində, Kerç şəhər sovetliyi ərazisində yerləşir. Sahillərini Kerç boğazının suları yuyur. Ərazisində Kerç şəhərinin mikrorayonlarından biri yerləşir. Şərq sahilləri sıldırımlı, qərb sahillərini isə hamardır. Sahil sularında sualtı və üstü daşlara rast gəlinir. Ərazisində tarixi abidə olan Yeniqala qəsr kompleksi və gəmi təmiri zavodu vardır. Ərazisindən dəmir yolu keçir.
Yəngel (Əbyəlil)
Yəngel kəndi (başq. Йәнгел) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Yəngel kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askar): 37 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 44 km. Maqnitaqorsk:40 km; Beloresk: 123 km. Совет муниципальных образований Республики Башкортостан.
Yüngül Atletika üzrə Avropa Çempionatı
Yüngül Atletika üzrə Avropa Çempionatı — Avropa Atletika Assosiasiyasının ev sahibliyi etdiyi yarış. 1970-ci ildən bəri keçirilən çempionat 1966-cı ildən etibarən qapalı məkanlarda Avropa yüngül atletika oyunları kimi keçirilmişdir. 1990-cı ilə qədər hər il, 1992-ci ildən - hər iki ildən bir keçirilir. Ən çox (5 dəfə) turnir Fransada, 4 dəfə İtaliyada, İspaniyada və 2013-cü il çempionluğu nəzərə alınmaqla İsveçdə keçirilib.
Yüngül atletika üzrə dünya çempionatları
Yüngül atletika üzrə Dünya çempionatı — Beynəlxalq Atletika Federasiyaları Birliyinin ev sahibliyi etdiyi yarış. Uzun müddət Yay Olimpiya Oyunları dünyanın ən güclü atletlərinin yarışdığı yeganə yarış idi. Həm də Olimpiya illərində iki dəfə Olimpiya proqramına daxil olmayan sahələr üzrə dünya çempionatları keçirildi: 1976 - 50 km yürüş (kişilər) 1980 - 3000 m qaçış, 400 m maneələrlə qaçış (qadınlar) İlk Yüngül atletika üzrə Dünya çempionatı 1983-cü ildə baş tutdu. Əvvəlcə çempionatlar hər 4 ildən bir, 1991-ci ildən isə hər 2 ildən bir keçirilirdi.