Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xristianlığın yaranması
== Yaranma öncəsi == Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar.
Periferik arteriyaların daralması
Periferik arteriyaların daralması yaxud okklyuziyası (ing. peripheral artery disease - PAD, peripheral vascular disease - PVD) — özünü periferik arteriya damarlarının daralması və tutulması nəticəsində qan təchizatının pozulması ilə xarakterizə olunan xronik damar xəstəliyidir.
Təklifin tələb yaratması
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir. == Nəqliyyatda tələbin idarə edilməsi == Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.
İnsanın meymundan yaranması
"İnsan meymundan yaranıb" tezisi Çarlz Darvin və darvinistlərlə əlaqəli məşhur bir tezisdir, lakin ondan əvvəl Jorj-Lui Lekler de Büffon tərəfindən də ifadə edilmişdi. Ç.Darvin daha konkret olaraq insanın Köhnə Dünyanın qədim meymunlarından törədiyini və dar burunlu meymunlar qrupuna aid olduğunu yazmışdır. Darvinin tezisi paleontologiya və genetikanın müasir məlumatlarına uyğundur. Populyar fikir belədir ki, “insan meymundan əmələ gəlməyib – insanla meymunun ortaq əcdadı olub”. Bu ifadənin yanlışlığı ondan ibarətdir ki, həm insanın özü, həm də onun müasir meymunlarla sonuncu ortaq əcdadı bu alt sıra daxilində Meymunlar (lat. Haplorhini) və Hominidlər ailəsinə (lat. Hominidae) mənsubdur. Meymunlar və ya "quru burunlu" primatlar (lat. Haplorhini) həm Homo sapiens növlərini, həm də onun bir sıra nəsli kəsilmiş əcdadlarını əhatə edən məməlilər sinfinin primatlar dəstəsinin alt sırasıdır. İnsanlara ən yaxın olan müasir bioloji növlər şimpanze (lat.
Adəmin yaranması (film, 1993)
Adəmin yaranması filmi rejissor Yuri Pavlov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Kinopovest ilahi məhəbbət haqqındadır. Film "Cavanşir Kamandar" kinostudiyası (Borçalı) və "Neva" kinostudiyası (Sankt-Peterburq) tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Saulyus Balandis, Sergey Vinoqradov, İrina Metlitskaya, Anjelika Nevolina, Aleksandr Strijenov, Yuri Ovsyanko, İlya Şakunov və Aleksey Palçek ifa edirlər. == Məzmun == Film Andreylə onun qoruyucu mələyi Filippin münasibətlərindən bəhs edir. Andrey Filippin mələk olduğunu bildikdə ona inanmır və ondan qaçır. Sonda mələk həmişəlik yoxa çıxır.Film ilahi məhəbbət haqqındadır. == Festival və mükafatlar == 1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kinofestivalı filmə kino tənqidçilərinin Prizi verilmişdir. 1994-cü ildə ABŞ-nin San-Fransisko şəhərində "Tamaşaçı prizi" almışdır.
Azərbaycanda notariat institutunun yaranması
Azərbaycanda notariat institutunun yaranması - Azərbaycanda notiarat sisteminin keçdiyi tarixi dövrü özündə birləşdirən mərhələ. == Sistemin yaradılması == XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycanı zəbt etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olur. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub. Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə qanun qəbul olundu.Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.Notariatla bağlı Azərbaycanda önəmli hadisələrdən biri də 1920-ci ilin mayında baş verib. Həmin vaxt Bakı Xalq Komisarları Şurasınının və Azərbaycan İnqilab Komitəsinin dekretləri ilə Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariat kontorları ləğv edilib və xalq notariusları vəzifəsi təsis olunub.
Balerinanın yaranması (film, 1972)
Balerinanın yaranması qısametrajlı sənədli filmi rejissor Sona Əlibəyova tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir. == Məzmun == Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir. Biz onların Bakıdakı Xoreoqrafiya məktəbində bu sənətin incəliklərinə necə yiyələnmələrinin şahidi oluruq.İxtisas üzrə yuxarı sinif şagirdlərinin pedaqoqu olan Leyla Vəkilova öz şagirdlərinin məşqlərini diqqətlə izləyir. Onun qeyri-adi, ifadəli "əlləri danışır", uşaqlara nəyi isə başa salır.Bu qızlara və oğlanlara baxarkən inanırsan ki, Azərbaycan baletinin sabahı etibarlı əllərdədir.
İnsanın meymundan yaranması (tezis)
"İnsan meymundan yaranıb" tezisi Çarlz Darvin və darvinistlərlə əlaqəli məşhur bir tezisdir, lakin ondan əvvəl Jorj-Lui Lekler de Büffon tərəfindən də ifadə edilmişdi. Ç.Darvin daha konkret olaraq insanın Köhnə Dünyanın qədim meymunlarından törədiyini və dar burunlu meymunlar qrupuna aid olduğunu yazmışdır. Darvinin tezisi paleontologiya və genetikanın müasir məlumatlarına uyğundur. Populyar fikir belədir ki, “insan meymundan əmələ gəlməyib – insanla meymunun ortaq əcdadı olub”. Bu ifadənin yanlışlığı ondan ibarətdir ki, həm insanın özü, həm də onun müasir meymunlarla sonuncu ortaq əcdadı bu alt sıra daxilində Meymunlar (lat. Haplorhini) və Hominidlər ailəsinə (lat. Hominidae) mənsubdur. Meymunlar və ya "quru burunlu" primatlar (lat. Haplorhini) həm Homo sapiens növlərini, həm də onun bir sıra nəsli kəsilmiş əcdadlarını əhatə edən məməlilər sinfinin primatlar dəstəsinin alt sırasıdır. İnsanlara ən yaxın olan müasir bioloji növlər şimpanze (lat.